Рейтинг
+11.47

daxili sekresiya xəstəlikləri

17 üzv, 31 topik

Endokrin xəstəliklər

Bazedov xəstəliyi


Bazedov xəstəliyi (tireotoksikoz, diffuz toksik/tireotoksik ur, ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır.


Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur; irsi amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda təsadüf edir.


Ardı →

Pankreatit

Pankreatit- mədəaltı vəzin iltihabi xəstəliyi olub, ifraz etdiyi şirənin tərkibində olan fermentlərin aktivləşməsi ilə xarakterizə olunur. Normal halda bu fermentlər qeyri-aktiv halda olurlar, yalnız 12-barmaq bağırsağın şirəsi ilə qarışdıqda fəallaşırlar. Mədəaltı vəzin zədələnməsi (travma, iltihab və s.) zamanı isə fermentlər vəzinin daxilində aktiv hala keçə bilirlər.
Pankreatit yayılmış xəstəlikdir, adətən cavan və orta yaşlılarda daha çox müşahidə olunur. Müxtəlif kliniki formalarda (kəskin, xroniki, reaktiv) təsadüf oluna bilər. Kəskin forma qarnın yuxarı nahiyəsində kəskin ağrılarla müşayiət olunur. Xroniki pankreatitdə isə ağrılar yeməkdən 1-2 saat sonra başlayır. Reaktiv forma isə qidanın tərkibində olan yağların həzminin çətinləşməsi ilə bağlı yaranır.


Ardı →

Bazedov xəstəliyi

Xəstəlik qalxanabənzər vəzinin hipertrofiya, hiperplaziya və hiperfunksiyası ilə müşayiət olunub qana tiroksin və triyodtironin hormonunun artıq miqdarda daxil olması ilə xarakterizə olunur. Xəstəliyə qadınlarda kişilərə nisbətən çox təsadüf edilir. Əsasən 20-50 yaşlarda baş verir.
Etiologiyası. Xəstəliyin etiologiyasında sinir-psixi faktorlar əsas rol oynayır. Kəskin psixi gərginlik xəstələrin 80%-də qeyd edilir. Zobun əmələ gəlməsində kəskin və xroniki infeksion xəstəliklərin də rolu böyükdür. Məsələn, qrip, angina, qızılca, revmatizm və s. Bəzən isə xəstəlik endokrin vəzilərin fəaliyyətinin pozulması fonunda da inkişaf edə bilər (hipofiz, cinsiyyət vəziləri və s.)
Davamı →

Düyünlü zob 90 faiz hallarda xoşxassəli olur

Tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi bizim ölkəmizdə də artmaqdadır. Belə ki, endokrin xəstəliklər arasında ilk yeri şəkərli diabet, ikinci yeri isə qalxanabənzər vəzi xəstəlikləri tutur.
Bu sözləri  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.
Cərrah-endokrinoloq bildirib: «Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormonlar sintez edən orqandır. Vəzinin ifraz etdiyi hormonlar orqanizmimizin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır.

Davamı →

Zob xəstəliyi zamanı gözlərdə olan dəyişikliklər

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir. Qalxanabənzər vəzi boynun aşağı ön hissəsində kəpənək şəkilli vəzidir. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsini tənzimləyir, bədəni isti saxlayır, ürəyin və əzələlərin normal işləməsini təmin edir.
Zob xəstəliyi zamanı bədəndə əmələ gələn əks cisimlər gözün əzələlərini, göz ətrafı yumşaq toxumaları özünə hədəf seçir. Bu toxumalarda iltihab, ödem, həcm artışı əmələ gəlir.
Qadınlarda Tiroid orbitopatiya kişilərə nisbətən 4 dəfəyə qədər daha çox rast gəlinir.

Davamı →

Mədəaltı vəzinin orqanizmdə rolu

İnsanların əksəriyyəti bilir ki, mədəaltı vəzi insulin ifraz edir. Lakin bu mədəaltı vəzinin yeganə funksiyası deyil. Hər şey daha mürəkkəbdir.
Mədəaltı vəzi çox mürəkkəb quruluşa malikdir. Mədəaltı vəzi mədənin arxasında yerləşir. Onun ölçüsü orta hesabla 17 sm-dir, çəkisi isə təxminən 80 qr-dır.
Mədəaltı vəzi orqanizmdə 2 növ müxtəlif funksiyaları yerinə yetirir:

Davamı →

Qalxanvari vəzinizi məhv edən vərdişlər

Qalxanvari vəz boğazda yerləşən kiçik kəpənəyəbənzər orqan olub, insanın bütün fiziki, mənəvi proseslərində iştirak edir. İnsanın enerjisi, əhvalı, sağlamlığı bu orqanın işindən asılıdır. Bu zərif vəzi sıradan çıxarmaq çox asandır. Deyirlər, qalxanvari vəz xəstəlikləri daha çox insanın həyat tərzi, davranışı və keçirdiyi hisslərdən başlayır. Hətta zərərsiz bilib, fərqinə varmadığınız gündəlik vərdişləriniz də onu qısa müddətdə sıradan çıxara bilər.
Davamı →

Yod çatışmazlığının ağır fəsadları

Yod çatışmazlığı və onun fəsadları nədir?
Asiya, Afrika və Latın Amerikası ölkələri, Azərbaycan da daxil olmaqla bir çox Avrasiya ölkələri yod çatışmazlığı üçün endemik bölgələrdir. Tiroid hormonlarının tərkib hissəsi olan yod orqanizmin normal böyümə və inkişafı üçün vacib mikroelementdir. Yod çatışmazlığının səbəb olduğu xəstəliklər səhiyyənin qlobal problemi kim qəbul edilir. Dünya əhalisinin təxminən 29%-i, yəni 1 milyard insan yod çatışmazlığı riski altındadır. 300 milyon insan urdan, təxminən 6 milyon insan kretinizmdən əziyyət çəkir.

Davamı →

Pankreatiti olan xəstələrə bu qidalar olmaz

Mədəaltı vəzi iltihabı hazırda bir çox gənc kişi və qadınlarda rastlanır. Mədə və ürək nahiyədə ağrı,yanğı, köp, ürəkbulanma, hərarətlə əlamət verir. Çoxu bu xəstəliyə səhv qidalanma xəstəliyi də deyir. Çünki mədəaltı vəz müasir qidaları sevmir. Pankreatitin müalicəsi ciddi dietadan keçir.
Alkoqol — qəti olmaz
Fast-food, restoran, kafe, küçə yeməkləri, tərkibində rəng, qatqı, konservant olan istənilən hazır qida
Tünd çay, qəhvə — kofein selikli qişanı qıcıqlandırır
Davamı →

Haşimoto zob xəstəliyi

Haşimoto xəstəliyi ömür boyu davam edən qalxanvari vəz iltihabıdır. 1912-ci ildə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyindən xəstəliyə bu ad verilib. Autoimmun tireoidit ən çox qalxanvari vəz yetməzliyinə səbəb olan xəstəlikdir. Bu xəstəlik autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Orqanizm özü öz toxumasını tanımır, yad qəbul edir və yox etməyə çalışır. Haşimoto tireoiditində orqanizm qalxanvari vəz toxumasını yox etməyə çalışır və çox miqdarda anti-TPO və anti-tireoqlobulin (Anti Tg) antitelləri yaradır. Bu antitellər qalxanvari vəzə bağlanaraq tireoid hüceyrələrini məhv edirlər.
Davamı →