Arıqladan və gözəlləşdirən meyvə

Tərkibi sizə faydalı elementlərlə zəngin olan Ananas həm dadı  ilə həm də orqanizminizə təsiri ilə əlaqədar sizin favori meyvələrinizdən biri olmalıdır. Bromelin ilə zəngindir. Bu ferment həzm sistemində bir çox problemlərin həll edilməsinə kömək etməsi ilə yanaşı orqanizmdən artıq maddələrin (şlakların) və toksinlərin uzaqlaşdırılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda ulserativ kolit şikayətlərinin də qarşısı alınmış olur. Zəifləmənizə kömək edir. Heç bir qida bir başa yağları “yandırmaz”!Lakin ananas da digər faydalı qidalar kimi həzmi sürətləndirdiyindən həm normal şəkildə artıq kilolardan xilas olmağınıza və ödemlərin də qarşısını almağınıza kömək edər.Bu səbəbdəndir ki bir çox pəhrizlərdə ondan istifadə olunur. Dərini gözəlləşdirir. Ananas maqneziumla zəngindir,dolayısıyla dərinizin sağlam və təravətli qalmasına kömək edir.Eyni zamanda qan şəkərini normada saxlanılmasına və immunitetinizin də güclənməsinə olduqca yardımçı olacaqdır.Dərinizin sağlığı üçün lazım olan C vitaminin də daşıyıcısı olan ananasın dərinizə nə dərəcədə qatqıları olacağı isə şübhəsizdir,çünki bu kollagen sintezini sürətləndirməklə dərinizin yenilənməsinə səbəb olur. Enerji verir. B1 vitamini digər funksiyalari ilə yanaşı orqanizmdə enerji yaranmasına cavabdeh olan bir maddədir,karbohidratlarin enerjiyə çevrilməsində əvəzsiz rola malikdir.Ananasın B1 ilə zəngin olması isə onun nə qədər faydalı olduğunu göstərir. Ananasın faydaları bununla bitmir. Uşaqlarda sümük-oynaq sisteminin düzgün və zamanında inkişafını tənzimləyir.Ürək-damar sistemi üçün faydalı olan,qan təzyiqini və ürək atmalarını tənzimləyən bir mineral olan K ilə də zəngindir.Bir çox sitrus meyvələrində olduğu qədər C vitamini ilə zəngin olan ananas həm immunitetinizin güclənməsi ilə əlaqədar infeksion xəstəliklərə intensiv yoluxmağınızın qarşısını alır,eyni zamanda öskürək zamanı da bəlğəmin xaric olmasını asanlaşdırır. 
 

0 şərh