Normal çəki

Siz yəqin bilirsiniz ki, artıq çəki-piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək-damar sisteminə neqativ təsir göstərir. Halbuki çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək. Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi 1-2 mm. c. s. artırır.

Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı dieta təyin edəcəkdir.
Minimal kulinar emaldan keçmiş balıq və dəniz məhsullarına, tərəvəz və meyvələrə,üstünlük vermək lazımdır. Çox vaxt çəki aşağı endikdə AT normallaşır. Beləki, piylənmə ürək xəstəlikləri inkişafının müstəqil risk faktorudur, çəkinin aşağı düşməsi nəinki sizin təzyiqinizi aşağı salacaqdir, həm də digər xəstəliklərin inkişaf riskinin qarşısını alacaqdır.

normal çəki-arıq olanda gözəl oluruqDaha bir vacib məsələ: bir çox insanlar qidada duzu lazım olduğundan çox istifadə edirlər. Duzun istifadəsinin azaldılması da AT-in enməsinə kömək edə bilər. Bunun üçün az duzlu dieta təyin olunur ki, buraya da duzlu qidadan imtina etmək, qida hazirlamaq üçün istifadə olunan duzun sutkalıq miqdarını 5 qrama qədər(təpəciksiz 1 çay qaşığı duz) azaltmaq məsləhət görülür. Öz yeməyinizin dadını yaxşılaşdırmaq üçün müxtəlif ədviyyatlardan, otlardan istifadə edə bilərsiniz.

Sizə məsləhət görülən dietaya ciddi əməl edin və həkiminiz və ya dietoloqunuzla məsləhətləşməmiş kəskin dəyişikliklər etməyiniz. Çoxlu təqdiqatlar nəticəsində təyin olunmuşdur ki, 5 kq artıq çəkinin itirilməsi sistolik AT-in 5,4 mm. c. s., diostalik təzyiqin isə 2,4 mm. c. s. düşməsinə səbəb olur.

İstənilən arıqlama proqramında birinci növbədə qidanın ən yüksək kalorili komponentinin- yağların azaldılması nəzərdə tutulur. Yağların məhdudlaşdırılmasının hal-hazırda hansı adi qaydalarına əməl etmək olar? Onlar bunlardır : - çalışmaq lazımdır ki, tərkibində yağ az olan ərzaqlar, ətin yavan növlərindən alasan. Tərkibində yüksək miqdarda yağ olan əraq məhsullarından - sala, mayonez, marqarin, ət və balıqların yağlı növləri, yağlılığı 40%-dan yuxarı olan pendirlər, kərə yağı, konservlər istifadə olunmamalıdır;

-Qidanı minimal miqdarda bitki yağında qizardın və ya tamamilə yağsız hazırlayın, imkan olarsa tefal və ya hörmə qablarda hazırlayın;
- Ümumiyyətlə qızardılmış qidadan az istifadə edin, pörtlədilmiş və suda bişmiş qidaya üstünlük verin;
-Quş ətindən dərini və görünən yaği təmizləyin;
-İstədiyiniz qədər təzə meyvə və tərəvəz yeyin;

Lakin salatlara yağ, mayonez, salat sousları əlavə etməyin; yadda caxlayın ki, bitki yağları daha faydalı olmasına baxmayaraq, heyvani yağla kaloriliyi eynidir;

-Kərə yağı və şəkər əlavə olunmuş qənnadı məhsulları olan kremləri, biskivitləri, şokaladları, xəmir məhsullarını məhdudlaşdırmaq lazımdır;
-Ərzaq alarkən onun tərkibindəki yağlara və kaloriliyinə fikir vermək lazımdlr; mütləq etiketdəki müvafiq rəqəmləri yoxlamaq lazımdır;
-Yadda saxlayın ki, bir çox ərzaqların tərkibində sizin görmədiyiniz və ”gizli yağlar “ adlanan yaglar vardır(məsələn pendirlər, kolbasalar və kolbasa məhsulları, qənnadı məmulatları, dondurmalar); hətta ”yağsız“ hesab olunan pörtlədilmiş kolbasa və cociclərdə belə çoxlu yağ vardır.

arıqlamaq lazımdır ki gözəl görünəkBeləliklə çoxlu kalorisi və yağı olan ərzaqlar “zərərli “ sayılır. Çalışın onları öz rasionunuzdan çıxarasınız və bacardıqca az yeyəsiniz.

Çəkini aşağı salmaq üçün 3 arıqlama reseptləri sizə faydalı olacaq:
Birinci qayda(əsas) : tərkibində çoxlu yağ və asan həzm olunan karbohidrarlar olan yüksək kalorili (“zərərli”) ərzaqlardan imtina etməli.

İkinci qayda:
çəkini artırmayan aşağı kalorili (“ faydalı“) ərzaqların istifadəsini artırmaq lazımdır. Bura birinci növbədə bütün göyərtilər və tərəvəzlər aiddir(kartof və paxlalardan başqa).

Üçüncü qayda
- “yararlı”- orta kalorili ərzaqların istifadəsini yarıbayarı azaltmaq—bunlar yağı az, zülalı çox olan ərzaqlar- o cümlədən yağsız ət, balıq, süd məhsulları; nişasta ilə zəngin ərzaqlar(tədricən həzm olunan karbohidratlar)—kartof, paxlalar, çörək- bulka məmulatları (ən yaxşısı kəpəkli undan hazırlanmış), kaşalardır; bura həmçinin yağsız ətdən, balıqdan, toyuqdan bişmiş suplar, vegeterian supları aiddir.

Tərəvəz və meyvələrin, yağsız quşların və ətlərin,yarmaların, süd məhsullarının üstünlük təşkil etdiyi qidalar bütün dünyada ən sağlam hesab olunur.

Faydalı məsləhətlər

Bitki və heyvani yağların kaloriliyi eynidir və çəki üçün hər ikisi eyni qaydada zərərlidir, birincinin isə damarlara ziyanı azdır; Siz az miqdarda yağ yeyirsiniz, yaxşı olar ki, bitki yağından istifadə edəsiniz.

Həzm olunmayan və tədricən həzm olunan karbohidratlar tez həzm olunanlardan daha üstündür. Hər qida qəbulunu yağ əlavə olunmamış tərəvəz salatından bashlayin.

Heyvani zülal olan qida məhsulunun müəyyən hissəsini bitki mənşəli zülallarla əvəz edin(onların tərkibində həm də sellüloza vardır).

Qoy sizin deviziniz belə olsun:”meyvə və tərəvəz əsas yemək, ət isə qarnir olsun”.

Bir stəkan su və ya şəkərsiz çay yeməyə 30 dəq qalmış qəbul etdikdə iştaha azalır.

UPD.İzafi çəkili insanlar, çəkiləri normada olanlarla müqayisədə daha az yeyirlər.
Lakin bu, kök insanlara daha çox kalori "həzm" edir və gün ərzində çoz fəal olurlar.
ABŞ-ın Pensilvaniya ştatındakı Merivood Universitetinin professoru Cessika Beçmenin dediyinə görə, gün ərzində nisbətən çox yeyən insanlar daha arıq olur."Bunun səbəbini bilmirik. Səbəbləri araşdırmaq üçün il ərzində 250 insanı müşahidə etdik, sonra da iki analoji tədqiqatın nəticələrinnə nəzər saldıq", - Beçmen deyib.

Normal çəkili insanlar gündə üç dəfə yeyir, gün ərzində iki dəfə qəlyanaltı edirlər. Artıq çəkilərini itirən insanlar isə normal çəkililərlə daha az yeyirlər.
Belə ki, normal çəkililər gün ərzində 2000 kalori "işlədirsə", kök insanlarda bu rəqəm 1800 kaloridirö.
"Journal of the American Dietetic Association"a görə, Beçmen hesab edir ki, yəqin yüngül qəlyanaltılar aclıq hissini azaldır və insan sonradan az yeyir.

2 şərh

bankir
Bu qədər yazı yazmağa ehtiyac yoxdur.Sadəcə evdəki bütün boşqabların üstünə bu şəkildəki kimi yazmaq lazımdır:
burla xatun
1. Arıqlamağa görə ilkin görkəmli şəkillərini fərqləndirmək üçün şəbəkəyə yerləşdir. Artıq heç nə əlavə eləmək və ya uydurmaq lazım deyil. Bu şəkillərdə sallanan buxaq və kök qarını görüb özün bir nəticə çıxara biləcəksən.
2. Bu işdə dost-tanışla mübahisə də xeyir gətirə bilər. Hətta kim tez arıqlaya bilərsə, mərcə də girə bilər. Şərti udana mükafat da təyin edə bilərsiz. Bu da sizin xeyrinizə işləyə bilər.
3. İştahanızı cilovlayın. Yeməyə acgözlüklə yanaşmayın. Çalışın hər bir qidanı həzm etməzdən əvvəl yaxşıca çeynəyəsiniz. Bunu mütəxəssislər belə məsləhət görür.
4. Süddən imtina edin. Latte, kapuççino və südlü qəhvə — bu kişi içkisi deyil. Qara qəhvəyə, əsasən də səhərlər, üstünlük verin. Özü də qəndsiz.
5. Yaşıl çaya meyilli olun, qazsız mineral sulardan daha çox istifadə edin.
6. Şam işığında yeməyə çalışın. Parlaq rəng iştahı artırır.
7. Boşqabda qoyulan yeməkləri xəyalən həndəsi formada bir neçə yerə bölün. Əvvəlcə tərəvəzi, sonra isə əti yeməyə çalışın.
8. Ən nəhayət də, unutmayın, arıqlamaq istəyənlərin əsas evi idman salonlarıdır.