Arıqladan ədviyyatlar

ədviyyatlarƏdviyyatlar arıqlamağa kömək edir. Bəs necə? ABŞ-ın Pensilvaniya universitetinin alimləri iddia edirlər ki, ədviyyatlar yeməklərə dad verməklə yanaşı, həm də bədən formamızın qayğısına qalırlar. Məsələn, darçın və sarıkök yağlı yeməklərin orqnizmə təsirini neytrallaşdırır. Araşdırmanın müəllifi Şela Vestin sözlərinə görə, yağlı yeməkdən sonra qanda xolestren səviyyəsi artır. 

Həftə ərzində mütəmadi olaraq yağlı ət yeməkləri, kremli tortlar, şirniyyatlar nəinki kökəldir, həm də ürək damar sistemi xəstəliklərinə tutulmanız üçün zəmin hazırlayır. 
«Araşdırma zamanı müəyyən edilib ki, yeməklərə ədviyyat əlavə etmək xolestren riskini 30 faizə kimi azalda bilir», deyə mütəxəssis bildirib. 

Təcrübədə 30-65 yaş arası könüllülər iştirak ediblər. Onların artıq çəkiləri olsada sağlam olublar. Sınaq üçün alimlər onlar üçün bir ay xüsusi yeməklər hazırlayıblar. Test yeməyi isti xörək, ədvalı çörək və desertdən ibarət olub. İki qrupa bölünən könüllülərin bir hissəsinin payına bir qaşıq ədviyyat tökülüb. 

Ədviyyatların içində rozmarin, darçın, sarıkök, qara və qırmızı istiot, qərənfil, sarımsaq olub. Hamıya yaxşı məlumdur ki, adıçəkilən ədviyyatlar yaxşı antioksidant təsirə malikdirlər. 

Könüllülər hər 3 saatdan bir qan analizi veriblər. Nəticədə ədviyyatlı qida ilə qidalananlar 1-2 kq çəkidən azad olublar. Onlarda maddələr mübadiləsi, qan dövranı, ürək fəaliyyəti digər qrupla müqayisədə yaxşılaşıb. 

Amma ədviyyatdan istifadə heç də hamıya məsləhət görülmür. Xüsusilə mədə bağırsaq, həzm sitemində problem olanlar yandıran ədvalarla ehtiyatlı olmalıdırlar.
 

0 şərh