Diqqətli ye, artıq çəkidən uzaq ol

diqqətlə yeyəkİnsanların fikri dağınıq olduqda və ya onlar yemək zamanı digər işlərlə məşğul olduqda daha çox yeyirlər. Amma əgər yemək kiçik tikələrlə yeyilsə artıq dərəcədə yeməyin qarşısını almaq olar.

Hollandiya tədqiqatçıları təcrübə keçiriblər: 19-35 yaş arası 53 sağlam insana cizgi filminə baxaraq şorba yemək tapşırılıb.

Təcrübədə iştirak edən şəxslərə əgər doyduqlarını hiss edərlərsə, dayanmaq tapşırılıb. Sonra həmin şəxslərə yalnız şorbanın dadına diqqət yetirərək yemək tapşırılıb. Qeyd edək ki, təcrübə bir neçə gün keçirilib və insanlar bir gün şorbanı böyük qaşıqla, başqa gün isə yalnız kiçik qaşıqla yeməli olublar.

Orta hesabla, insanlar filmə baxarkən daha çox yeyiblər. Lakin onlar kiçik qaşıqla yedikləri zaman fikirlərinin dağınıq olub olmamasından asılı olmayaraq, 30% daha az şorba yeyiblər.

İnsanlar yeməyi böyük qaşıqla və ya böyük tikələrlə yedikdə yeməyin qədərini ölçə bilmirlər. Lakin, əksinə, kiçik porsiyalarla yedikdə isə yeməyin qədərini dəyərləndirə bilirlər.

Əgər yemək həmişə kiçik tikələrlə yeyilərsə, həddindən çox yemənin qarşısını almaq olar və nəticədə artıq çəkidən azad olmaq olar. Çünki bu zaman insan daha tez doyur.

0 şərh