İştahla mübarizə

Arıqlamaq istəyən insanların əsas problemi iştahadır. İştaha ilə neçə mübarizə aparmaq olar? Aşağıda verilən sadə məsləhətlər sizə bu işdə kömək edə bilər.

1. Ac qalmayın. Aclıq insan orqanizmində müəyyən qoruyucu mexanizmləri işə salır ki, nəticədə aclıqdan çıxan insan daha çox qida qəbul etməyə başlayır.

2. Rasionunuzda sellülozla zəngin olan məhsulların həcmini artırın. Bu məhsullar insanda toxluq hissini uzadır və nəticədə iştahanı azaldır. Sellülozun əsas mənbələri: meyvə (alma, armud, şaftalı, gavalı və s.) və tərəvəzlərdir.

3. Yüksək qlikemik indeksi olan qidaların qəbulu (mayalı və qat-qat xəmirdən olan un məmulatları, tortlar, pirojnalar, kola, limonad, kartof, konfet və südlü şokolad, uzun düyü, çipsi və s.) qanda qlyükozanın səviyyəsinin kəskin yüksəlməsinə və daha sonra kəskin enməsinə səbəb olur. Qlyükozanın səviyyəsi aşağı düşməsi insanın iştahasının artmasına gətirib çıxarır.

Aşağı qlikemik indeksi olan məhsullar isə (alma, armud, şaftalı, göbələk, yaşıl tərəvəzlər, yağsız ət, balıq, yumurta, acı şokolad və s.) əksinə iştahanı azaldır.

4. Tez-tez və az miqdarlarda qida qəbul edin. Bu iştahanın azalmasına gətirib çıxarır.

5. Qida qəbul etdikdə tələsməyin, hər tikəni yavaş-yavaş çeynəyin. Bu halda toxluq hissin yaranması üçün sizə daha az miqdarda qida lazım olacaq.

6. Bildiyimiz kimi, yeməyin görünüşü və qoxusu insanda iştahanı artırır. Bu səbəbdən daha sadə və «vidsiz» qidalara (məsələn, şorba, tərəvəz püresi və s.) üstünlük verin.

7. Yeməyi kiçik boşqaba çəkin. Bu sadə psixoloji üsul çox yaxşı nəticələr verir.

8. Hər qida qəbulundan dərhal əvvəl 1 stəkan təmiz ilıq su için. Su mədənin bir hissəsini tutur və nəticədə toxluq hissi daha tez yaranır.

9. Hər gün tərəvəz supları yeyin. Nəticədə mədədə daha kalorili ikinci yeməklərə daha az yer qalacaq.

10. Şirniyyatlar, ağ çörək, bulka və s. bu kimi qidaları evə almayın.

11. Yaxşı əhval-ruhiyyə adətən iştahanı azaldır, stress isə əksinə artırır. Bu səbəbdən çalışın stresdən uzaq olun.

12. Kifayət qədər yatın. Yuxunun az olması iştahanı artırır.

13. Nanə, adaçayı, çobanyastığı, itburnu iştahanı azaldır. Bu otları dəmləmək və gün ərzində çay kimi içmək olar.

saglamolun.az
 

0 şərh