Yayda formada olmaq üçün 5 məsləhət

Qısa zamanda arıqlamaq və daha incə görünə bilmək üçün tutduğunuz yanlış pəhrizlər çəkinin qısa zamanda geri alınmasına səbəb olur. Ancaq sağlam bir şəkildə ideal çəkiyə enməyin yolu mütəxəsis köməyi almaqdan keçir.

Nizamlı səhər yeməyi yeyin
Günə səhər yeməyi ilə başlamaq arıqlamaq istəyənlər üçün vacibdir. Çünki oyandıqdan sonra dərhal yemək yedikdə metabolizma sürətlənməyə başlayır. Nahar yeməyinə qədər ac qalsanız, iştahla daha çox yemək yeyəcəksiniz və nəticədə çəkiniz artacaq. Səhər saatlarında yeməyə vərdiş etmək insanın metobolizmasının sürətini təmin edir və daha rahat arıqlamasına köməkçi olur. Nə yediyinizdən asılı olmayaraq, mədə 4 saat ərzində boşalacağı üçün çox yeməmək üçün mütləq 2-2,5 saatdan bir qidalanmaqda fayda vardır.

Gündə 2-3 litr su için
Gündə 2-3 litr su içmək bədəndəki yağların atılmasını təmin edir. Suyu az içdikdə orqanizmin suya olan ehtiyacı ödənməyəcəyi üçün içilən 1 stəkan su belə orqanizmdə qalaraq şişkinlik yaradar. Bina görə də arıqlamaq çətinləşər.

Xırda-para yediklərimiz
Fındıq, fıstıq, günəbaxan tumu, kolbasa, sosiska,biskvit, tərkibində yağ olan yüksək kalorili qidalar arıqlamağa mane olur. Məsələn, 100 qram günəbaxan tumunda 600 kalori, 5 ədəd fındıqda 50 kalori vardır.

Çörəyi həyatınızdan çıxarmayın
Əgər insan naharda qara çörək yeməsə, qan şəkəri nizamlanmayacaq. 1 saatdan sonra daha çox acacaq və əlinə keçəni yeyib artıq kalori almış olacaq. Ancaq qara çörəyin də kalorisiz olduğunu düşünmək doğru deyil. 1 nazik dilim qara çörəklə 1 nazik dilim ağ çörəyin kalorisi eynidir. Qara çörək lif ehtiva etdiyi üçün daha artıq toxluq hissi verəcək və daha az yeməklə doymağınızı təmin edəcək.

Sağlam qidalanma proqramınızı idmanla dəstəkləyin
Metobolizmanı gücləndirən əsas amil fiziki fəallığın artırılmasıdır. Ediləcək idmanın növü şəxsə görə dəyişir. Əgər insanın qaçış baxımından hər hansı bir sağlıq problemi yoxdursa, həftədə 2-3 gün 45 dəqiqəlik orta templə qaçması faydalı olacaq. Gündəlik həyatda da yaxın məsafələrə maşınla deyil, qaçmaqla, yaxud yeriməklə getmək, ev işləriylə məşğul olmaq, oynamaq kimi hərəkətlər artıq kalorinin yandırılmasını təmin edəcəkdir.

www.qadin.net

0 şərh