Qan qrupuna uyğun qidalanma: I qan qrupu

Dietoloqların fikrincə, müasir dövrdə çəkini azaltmağın ən optimal variantı qan qrupu üzrə pəhriz saxlamaqdır. Qan qrupu üzrə pəhrizin mahiyyəti odur ki, rasiondan orqanizm tərəfindən pis həzm edilən, ona toksiki təsir edən qida çıxardılır. Bunun sayəsində orqanizm toksinlərdən təmizlənir, piy toxumaları qidalanmır. Beləliklə, arıqlama prosesi başlayır.

Amerikalı həkim naturoloq Ceyms d'Adamonun nəzəriyyəsinə görə, bütün ərzaq məhsulları insan orqanizminə təsiri və qan qrupu baxımından 3 hissəyə bölünür: faydalı, zərərli və neytral qruplara.

Pəhriz konkret qan qrupu, orqanizmin hüceyrə quruluşu ilə əlaqəli olduğundan eyni məhsullar müxtəlif qan qrupları üçün çəki itkisini təmin edə bilməz. Tutalım, 1-ci qan qrupunun nümayəndələrini arıqladan qida 2-ci qan qrupundan olan insanın səhhətinə mənfi təsir göstərə bilər.

I qan qrupu üçün pəhriz
«Ovçu». Bu qan qrupu çox qədimdir. Digər qan qrupları təkamül prosesində yaranıb. Dünya əhalisinin 33,5 faizinin damarlarında I qan axır. Bu qan qrupunun nümayəndələri güclü liderdir.

Güclü tərəfləri:
— güclü həzm sistemi;
— güclü immun sistemi;
— hər iki sistem metabolizmin effektiv çalışmasını təmin edir.

Zəif tərəfləri:
— ətraf mühitdə və pəhriz dəyişikliyinə çətin uyğunlaşır;
— bəzən immun sistemi həddindən ziyadə fəal olur ki, bu da orqanizmin özünə qarşı yönəlir, allergiya yaradır.

Risk qrup:
— qanda laxtalanma problemləri;
— iltihabi prosesləri, artritlər
— mədədə yüksək turşluq, mədə — xorası
— allergiyaya

Dietik tövsiyələr
Tərkibində zülal bol olan pəhriz saxlamalıdırlar.

Faydalı: Yaxşı olardi ki, rasionda ət, (donuzdan başqa) balıq, dəniz məhsulları, meyvə-tərəvəz, (turş meyvələrdən başqa) ananasa böyük yer versinlər. Çovdar çörəyindən məhdud miqdarda istifadə edə bilərlər.

Neytral: Yulaf, taxıl və taxıldan hazırlanan məmulatları qəbulunu məhdudlaşdırmaq vacibdir. Paxla və qarabaşaq istisnadır.

Zərərli: Bu qan qrupunun nümayəndələri brokkoli istisna olmaqla kələmin bütün növlərini, buğda, qarğıdalı və onlardan hazırlanan qidaları, konservləşdirilmiş məhsualları, ketçupu tamamilə rasiondan çıxartmalıdırlar.

İçkilər:
Faydalı:Yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə, nanə, biyan bitkilərindən dəmlənən çayları menyudan əksik etməyin.

Neytral: Pivəni, qırmızı və ağ şərabı, çobanyastığı, jenşen, adaçayı, moruq yarpaqlarından dəmlənən çayları hərdən istifadə edə bilərsiniz.

Zərərli: Qəhvə, tünd içkilər, aloe, qaxotu, çiyələk yarpağı aloye, çiyələk yarpağından dəmlənən bitki çayları

Çəkiyə nəzarət proqramı:
Rasiondan çıxarın: Dondurma, şəkər qarğıdalı, buğda, sitrus meyvələri, paxla, təzə kələmi, kartofu, turşular.

Rasiona daxil edin: Dəniz yosunları, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz, ət, (xüsusən də mal əti, qoyun əti, qara ciyər) göyərti, kahı, ispanaq, brokkoli, qırmızı turp.

Vitaminlər və qida əlavələri:
Məsləhətdir: K vitamini, B qrupu vitaminləri, kalsium, manqan, yod, mədəaltı vəzi üçün fermentlər.

Məsləhət deyil: A vitamini, E vitamini.

Fiziki hərəkətlər:
Üzgüçülük, qaçış, aerobika, xizək 

I qan qrupu üçün xüsusi tövsiyələr
I qan qrupunun əsas problemi maddələr mübadiləsinin zəif olmasıdır. Maddələr mübadiləsi sürətini artırmağa imkan verən və eyni zamanda çəkini azaldan amillər mövcuddur:

Rasionun buğdanı və ondan hazırlanan ərzaqları, qarğıdalını, paxlabı, mərcini çıxardın. Bu qidalar insulinin istehsalını əngəlləyirlər ki, bununla da metabolizm prosesi ləngiyir.

Rasiondan brokkolidən başqa kələmin bütün növlərini, yulaf və ondan hazırlanan məmulatları çıxardın. Məsələ ondadır ki, bu məhsullar qalxanabənzər vəzi hormonlarının istehsalını zəiflədir, bununla da dolayısı ilə metabolizm prosesini ləngidir.

Tərkibində yod olan məhsulların istehlakı artırın. Kahı, ispanaq, brokkoli, yosunlar, dəniz məhsulları, yodlaşdırılmış duz, qırmızı və ağ turp və s. Adları sadalanan tərəvəzlərin şirəsini içmək də çox məsləhətdir. Bu tərəvəzlərin şirəsini kök şirəsi ilə qarışdırıb içə bilərsiniz. Məsələ ondadır ki, bu ərzaqlar qalxanabənzər vəzin hormonlarını istehsalını stimulyasıya edir.

Menyuda qırmızı ət, qara ciyər kimi ərzaqlara həmişə yer verin. Bu məhsullar metabolizmi sürəti artırır.

Aspirinin qəbulu zamanı ehtiyatlı olun.
 

0 şərh