Qan qrupuna uyğun qidalanma: II qan qrupu

Dietoloqların fikrincə, müasir dövrdə çəkini azaltmağın ən optimal variantlarından biri qan qrupu üzrə pəhriz saxlamaqdır. Qan qrupu üzrə pəhrizin mahiyyəti odur ki, rasiondan orqanizm tərəfindən pis həzm edilən, ona toksiki təsir edən qida çıxardılır. Bunun sayəsində orqanizm toksinlərdən təmizlənir, piy toxumaları qidalanmır. Beləliklə, arıqlama prosesi başlayır.

Amerikalı həkim naturoloq Ceyms d'Adamonun nəzəriyyəsinə görə, bütün ərzaq məhsulları insan orqanizminə təsiri və qan qrupu baxımında 3 hissəyə bölünür: faydalı, zərərli və neytral qruplara.

Pəhriz konkret qan qrupu, orqanizmin hüceyrə quruluşu ilə bağlı olduğundan eyni məhsullar müxtəlif qan qrupları üçün çəki itkisini təmin edə bilməz. Tutalım, 1-ci qan qrupun nümayəndələrini arıqladan qida 2-ci qan qrupdan olan insanın səhhətinə mənfi təsir göstərə bilər.

II qan qrupu üçün pəhriz
Bu qan qrupunun nümayəndələrini "əkinçi" adlandırırlar. Bu qan qrupu ən qədim həyat tərzi keçirən ovçuların (I qan qrupu) aqrar həyat şəraitinə uyğunlaşması sayəsində yaranıb. Dünya əhalisinin 37,8 faizi bu qan qrupunun nümayəndələridir.

Xarakterik cəhətləri odur ki, kollektivə yaxşı adaptasiya olurlar, yaxşı təşkilatçıdırlar, oturaq həyat tərzini sevirlər.

Güclü tərəfləri:
Pəhriz və ətraf mühitin dəyişikliklərinə yaxşı uyğunlaşırlar;

Əgər müvafiq pəhrizə (vegetarian) riayət edərlərsə, immun və həzm sistemləri effektlidir.

Zəif tərəfləri:
Həzm sistemi həssasdır;

İmmun sistemi bütün infeksiyalara qarşı açıqdır;

Sinir sistemində yüksək həssaslıq müşahidə edilir.

Risk qrupu: 
— Ürək xəstəlikləri;
— Onkoloji xəstəliklər;
— Anemiya;
— Qaraciyər, öd kisəsi xəstəliklər;
— Diabet.

Pəhriz üçün 2 qan qrupu üçün dietik tövsiyələr:
Pəhrizdə vegetarianlığa üstünlük verilməlidir.

Faydalı: Tərəvəzlər, yarmalar, paxla, meyvə-tərəvəz (portağal, naringi, banan, kokos, papayadan başqa), ananas.

Neytral: Rasionda şəkəri, süd məhsullarını, (yağsız pendir, türş məhsulları) məhdudlaşdırmaqda fayda var. Onları soya məhsulları ilə əvəzləmək yaxşı olardı. Soya südü, tofu — soyadan hazırlanmış kəsmik səhhətinizə yaxşı təsir edər.

Zərərli: Qalxan balığı, paltus, siyənək, kürü, həmçinin digər dəniz məhsulları.

İçkilər:
Faydalı: Qırmızı şərab, yaşıl çay, qəhvə. Kök, ananas, qreypfrut, albalı şirələri, limonlu su.

Zərərli: Bütün sodalı içkilər, qara çay və portağal şirəsi.

Çəkiyə nəzarət proqramı: 
Rasiondan çıxarın: İstiot, dondurma, şəkər, yağ, ət, (ancaq toyuq və hinduşka istisnadır), süd məhsullarıı, buğda, qarğıdalı və yerfındığı.

Rasiona daxil edin: Bitki yağları, (zeytun, kətan, raps) soya.
Tərəvəzlər, ananas.

Vitaminlər və qida əlavələri:
Məsləhətdir: E, C, D, vitaminləri, kalsium, dəmir, sink, selen, xrom, bifidobakteriyalar.

Məsləhət deyil: A vitamininin qəbulu, yaxşı olardı ki, B karotini qidadan alın.

Fiziki hərəkətlər:
Sakit və təmərküzləşdirən — yoqa, tay-szı

II qan qrupu üçün xüsusi tövsiyələr
II qan qrupunun nümayəndələri vegetarianlığa köklənən həzm sisteminə malikdirlər. Belə ki, bu qrupda mədə şirəsinin turşuluq dərəcəsi aşağı olur. Ona görə də bu qrupun nümayəndələri mədə turşusunun istehsalını yüksək dərəcədə tələb edən əti həzm etməkdə çətinlik çəkirlər. Əgər sağlam yaşamaq istəyirsinizsə, ancaq toyuq və hinduşka əti yeyin. Özü də mümkün qədər kiçik porsiyalarda yeyin. Və ən əsası gündəlik qida rasionunda ətin yer tutmasına fikir verin. Bununla çəkinizi sabit saxlayacaqsınız.

“Ovçular”dan fərqli olaraq “əkinçilər” ət istehlak edəndə metabolizm ləngiyir və piy yığılmağa başlayır. Vegetarianlıq isə əksinə II qan qrupunun nümayəndələrini xəstəliklərdən qoruyur, onu enerji ilə təmin edir. Zəif immun sistemi qeyri-düzgün qidalanmada lap çox zəifləyir.

Kəskin qoxusu olan ərzaq məhsullarından uzaq dayanın. Onların siyahısına istiot, sirkə, ketçup, mayonez, pomidor, ədviyyat, turş meyvə və giləmeyvə, qıcqırmış və duzlu yemək, duzlu balıq, siyənək, xiyar, kələm, brokkoli başqa, kartof.

Kök, sarımsaq və soğan yemək məsləhətlidir.

Süd məhsullarının istehlakını məhdudlaşdırın, yağsız pendiri, kəsmiyi isə istifadə etmək olar. Zülalın ən yaxşı mənbəyi soya məhsullarıdır. Yumurta da yaxşı zülal, vitaminlərin və mikroelementlər mənbəyi kimi rasionda yer tutmalıdır.

Şəkər və şokolad istehlakını xüsusilə azaldın, bacarırsınızsa, ümumiyyətlə, yeməyin.

0 şərh