Qan qrupuna uyğun qidalanma: III qan qrupu

Dietoloqların fikrincə, müasir dövrdə çəkini azaltmağın ən optimal variantı qan qrupu üzrə pəhriz saxlamaqdır. Qan qrupu üzrə pəhrizin mahiyyəti odur ki, rasiondan orqanizm tərəfindən pis həzm edilən, ona toksiki təsir edən qida çıxardılır. Bunun sayəsində orqanizm toksinlərdən təmizlənir, piy toxumaları qidalanmır. Beləliklə, arıqlama prosesi başlayır.

Amerikalı həkim naturoloq Ceyms d'Adamonun nəzəriyyəsinə görə, bütün ərzaq məhsulları insan orqanizminə təsiri və qan qrupu baxımından 3 hissəyə bölünür: faydalı, zərərli və neytral qruplara.

Pəhriz konkret qan qrupu, orqanizmin hüceyrə quruluşu ilə əlaqəli olduğundan eyni məhsullar müxtəlif qan qrupları üçün çəki itkisini təmin edə bilməz. Tutalım, 1-ci qan qrupunun nümayəndələrini arıqladan qida 2-ci qan qrupundan olan insanın səhhətinə mənfi təsir göstərə bilər.

III qan qrupu üçün pəhriz
III qan qrupuna malik insanlar dünya əhalisinin təxminən 20,6 faizini əhatə edir. Onlar “səyyah”, “köçəri” insanlar hesab olunurlar. Çünki bu qan qrupu insanların miqrasiyası ilə əlaqədar olaraq yeni irqlərin yaranması nəticəsində yaranıb. Onlar güclü immun və sinir sistemləri ilə xüsusilə fərqlənirlər. III qan qrupuna malik insanlar hər şey yeyə bilərlər. Onlara qarışıq pəhriz tövsiyə olunur.

Güclü tərəfləri:
Güclü immun sistemi;

Pəhriz və ətraf mühitin dəyişkənliyinə çevik adaptasiya olurlar;

Tarazlaşdırılmış sinir sistemi.

Zəif tərəfləri:
Anadangəlmə zəif tərəfləri yoxdur, amma pəhrizə riayət etmədikdə autoimmun xəstəliklər ortaya çıxa bilər və nadir viruslara qarşı dözümsüzlük müşahidə edilə bilər.

Risk qrupu:
I tip şəkərli diabet;

xroniki yorğunluq sindromu;

autoimmun xəstəliklər, dağınıq skleroz.

III qan qrupu üçün dietik tövsiyələr:
Bu qrupun nümayəndələr qarışıq (balanslaşdırılmış) pəhriz saxlamalıdırlar. Əslində «köçərilər» hər şey yeyə bilən insanlar hesab edilirlər.

Faydalı: Ət, (toyuq, ördək istisna olmaqla) balıq, süd məhsulları, yaxşı olardı ki, yağsızlaşdırılmış süd məhsulları, yumurta, yarmalar, qarabaşaq, buğda istisnadır, paxla, tərəvəz (zeytun, qarğıdalı, pomidor, balqabaq və zeytun istisnadır), meyvə (kokos və ravənd istisnadır)

Zərərli: Dəniz məhsulları (molyusklar, xərçənglər, krevetkalar), donuz əti toyuq əti və onlardan hazırlanan qida məhsulları.

İçkilər:
Faydalı Yaşıl çay, ot çayları, quş üzümünün, kələmin, albalının, ananasın şirələri.

Neytral: Portağal şirəsi, pivə, şərab, qəhvə, qara çay.

Zərərli: Tomat şirəsi, sodalı, qazlı içkilər.

Çəkiyə nəzarət proqramı:
Məsləhətdir: Yaşıl salatlar, otlar, yumurta, qaraciyər, dana əti, biyan kökü, soyadan hazırlanan ərzaqlar.

Məsləhət deyil: Buğda, qarğıdalı, araxis, mərci, pomidor, donuz əti və ondan hazırlanan məhsulları.

Vitaminlər və qida əlavələri:
Maqnezium, lesitin, biyan kökü

Fiziki hərəkətlər:
Fiziki və ruhi balansı yaradan sürətli yeriş, velosiped, tennis, üzgüçülük, yoqa, tay-çi.

III qan qrupu üçün xüsusi tövsiyələr:
Qarğıdalı, qarabaşaq sıyığı, araxis və küncüt, taxıl bu qan qrupundan olan insanların kökəlməsinə təkan verir. Bütün bu məhsullar III qan qrupunun nümayəndələrində insulinin istehsalını zəiflədir ki, bununla da mübadilə proseslərinin effektivliyi azalır. Nəticədə yorğunluq, orqanizmdə suyun saxlanılması, hipoqlikemiya, çəkinin artması kimi hallar müşahidə edilir.

Bu qan qrupunun nümayəndələrinin metabolizmi buğdanın tərkibindəki qlütenin təsiri sayəsində zəifləyir. Qəbul edilən qida yaxşı həzm edilmədikdə, orqanizm tərəfindən yanmadıqda isə onun piy şəklində depolanması şübhəsizdir. Güclü immun sisteminə malik III qan qrupu üçün qlüten o vaxt təhlükəli olar ki, qarğıdalı ilə mərci, qarabaşaqla araxis qarışdırılsin.
 

1 şərh

azadmamedov90
çox şey əsas olaraq uyğun gəlir- topikə görə təşəkkürlər…