İştah kəsən ləzzətli qidalar

Çəki atmanızı asanlaşdıracaq ləzzətli qidaların siyahısı:

Xiyarı yaxşıca yuyub incə-incə doğrayın və üzərinə bol dərəotu səpin. Bu tərəvəzin kalorisi çox azdır və adamı tox tutur.

Gül kələmi və brokolini yaxşıca doğrayıb  üzərinə qatıq əlavə edin. Liflə zəngin olduğundan sizi uzun müddət tox saxlayacaq.

Şirniyyat əvəzi olaraq 250 qram gavalını darçınla qaynadıb yeyinn. 

Bir porsiya yaşıl lobyanı 20 dəqiqə suda qaynadın, sirkə, duz və istiotla dadlandırın. İstəsəniz, üzərinə yağsız krem də əlavə edə bilərsiniz.

200 qr ananası süzgəcdən keçirin. İçinə 100 qram kefir və təzə nanə əlavə edin. Ananasın tərkibində olan fermentlər, protein həzmi sürətləndirdiyindən adamı gec acdırar.

Yaşıl salat, ton balığı, kivi və portağaldan ibarət dadlı bir süfrə hazırlayın. Balığın tərkibində olan yod tiroit vəzinin funksiyasını sürətləndirdiyindən gec acacaqsınız.

Acdığınızda qara kişmiş yeyin. Qara kişmiş qan təzyiqinin düşməsinin qarşısını alır, ancaq çox da həddini aşmayın. Bir ədəd qara kişmişdə 8 kalori var.

Həftədə 2 dəfə yumurta yeyin. Yumurtada yetərincə triptofan var. Bu da əhvalınızın hər zaman yaxşı olmasına kömək edir.

Enerjisiz qalmamaq üçün 1 dəstə cəfərini süzgəcdən keçirib tərəvəz suyuna əlavə edin. Üzərinə acı bibər sousu töküb için. Bu qarışımın içində olan C vitamini və bitki mənşəli maddələr yağların yandırılmasını asanlaşdırır.

Qırmızı almanı nazik dilimlərə doğrayıb üzərinə 1 çay qaşığı çəkilmiş qoz və yarım çay qaşığı yonca balı əlavə edin. Bu, sizi həm tox tutacaq, həm də bağırsağın fəaliyyətini yaxşılaşdıracaq.

Yağsız holland pendirini nazik-nazik doğrayıb qara zeytunla bəzəyin. Üzərinə 1 xörək qaşığı sirkə tökün. Bu, bir neçə saatlıq aclığınızı yox edəcək.

Qaraciyəri yaxşı çalışdırmaq üçün 10 ədəd ənginar kökünü içinə 1 ədəd doğranmış soğan, qara bibər və yarım limon qatılmış suda qaynadın. 1 çay qaşığl bal, bir az kəklikotu və limon suyunu qaynadın. Ənginar kökünün suyunu süzün və hazırladığınız bu qarışımın içində bir az bişirib çıxarın.

Bol-bol böyürtkən yeyin. Böyürtkən sizin həm əhvalınızı yaxşı tutar, həm də tox saxlayar. Böyürtkənin tərkibində olan şəkər qan şəkərini artırmaz.

Səhər yeməyində armud yeyin. Armudu rəndələyib una qatın. İçinə bir az da yoqurt əlavə edin. Armudun tərkibində olan fruktoz sizi tox tutacaq.

Günü canlı keçirmək üçün özünüzə yulaf əzməsi hazırlayıb içinə quru meyvələr qatın. Bu, karbohidrat ehtiyacınızı ödəyəcək.

Portağal və 50 qram ispanaqdan ibarət salat hazırlayın. 50 qram yağsız qatıq, duz və istiotlu sousla dadlandırın. Həm infeksiyalara qarşı qoruyar, həm də mədənizi doyurar.

Noxudun tərkibində olan albümin sizi tox tutduğundan tez -tez noxud şorbası için.

200 qram yağsız qatığın içinə 1-2 qaşıq yulaf qatın. Bu, sizi tox tutacaq.

Acdığınızda içinə limon  və yaşılalmadilimləri əlavə edilmiş 1 stəkan soyuq su için.

Meyvə suyunun içinə əlavə edəcəyiniz soda maqnezium ehtiyacınızı qarşılayacaq və aclığınızı yox edəcək.

 

Ailem.az

 

0 şərh