Sağlam qida

Mətbəxdə daha az yağ işlətmək üçün aşağıdakı qaydalara riayət etmək məsləhətdir.
1.Tərəvəzlərdən yemək hazırlayarkən bir kilo tərəvəzə iki xorək qaşığı duruyağ əlavə edin.Ətlə hazırlanmış tərəvəzli yeməklərdə isə yağ qatmamınız məsləhət görülür.
2.Qızardılmış yeməklər,qovurma əvəzinə sobada və ya suda pişmiş yeməklərdən istifadə edə bilərsiniz.
3.Yeməklərə ləzzət vermək üçün yalnız qızartmaqla kifayətlənməyin.Tərəvəz və ədavalarla müxtəlif dadlar əlavə edin.
4.Şorbaları çox az yağda hazırlayın
5.Əgər evdə duz və yağı  sevməyən varsa,o zaman yeməyi bişirərkən bunlardan o qədərdə istifadə etməyin.Sonra bir az duz və yağ əlavə etmək olar.
6.Şirniyyat hazırlayarkən şəkər əvəzinə quru meyvə və ya az miqdarda bəhməz istifadə edin.
7.Kartofu qızartmaq əvəzinə sobada bişirin.
8.Yemək bişirməyə vaxtınız yoxdursa,tərəvəzi qaynadıb salat edin və ya qatıqla qarışdırın.
9.Şirniyyat hazırlayarkən yağ əvəzinə yağsız süddən istifadə edin.
10.Manqalı təkcə ət,toyuq və balıq üçün yox,pomidor,bibər,göbələk, soğan və s. üçün istifadə edin.


11.Tavaya yağ atıb nəyisə qızartmaq əvəzinə azacıq su əlavə edib,istədiyinizi hazırlaya bilərsiniz.
12.Sobada yağsız yemək bişirmək üçün yağlı kağızdan istifadə edin.
13.Toyuğu qaynatdıqdan sonra suyunu,üzərindəki yağı alıb daha sonra tərəvəz və ya şorbalarınıza əlavə edə bilərsiniz.
14.Düyü yerinə bulqurdan istifadə edin.İki xorək qaşığı bulqur,bir nazik dilim çörəyə bıtabərdir.
15.Xəmirli və yağlı şirniyyatlar əvəzinə meyvələri sobada bişirini ya da quru meyvələrdən şirniyyat hazırlayın.
16.Meyvə suyundakı kalorini azaltmaq üçün su əlavə edin.
17.Pomidor və soğanı yeməklərdə çox istifadə edin.
18.Darçın şəkər ehtiyacınızı azaldır,meyvə salatı,bitki çayları və südünüzün içinə əlavə edin.
19.Evdə mütləq hər gün təzə tərəvəz və meyvələrdən istifadə edin.

0 şərh