Kərəviz ilə arıqlayın

Kərəviz alma və ispanaq kimi az kalorili qidalar sinfinə aiddir. Bu bitki orqanizmimizə çox faydalı olmaqla, onu toksinlərdən təmizləyir, çəki atmağa kömək edir və qaraciyərimizin dostudur.

Kərəviz kürü
Bu kürünü 72 saat içində gündə 3 dəfə qəbul etməlisiniz. Amma bu kürünü qəbul etdiyiniz zaman qidalanmanız yüngül yeməklərdən ibarət olmalıdır, bol su içməlisiniz.

Lazım olanlar:
Kərəviz – 5 dənə (saplaqları olacaq)
Limon — 3 dənə Su – 6 st Cəfəri – 1 kasa (doğranmış)

Hazırlanması:
Sudan başqa bütün ərzaqları blenderdən keçirin. Yaxşı həll olduğundan əmin olun. Sonra suyu əlavə edib, bir dəfə qarışdırın. Qarışımı süzün və kənara qoyun. Hər gün yeməklərdən 1 saat əvvəl 2 stəkan için. 72 saat bitdikdən sonra ara verin və 1 həftə sonra yenidən başlayın.

Qeyd edək ki, 101 qramlıq kərəviz 16, 64 qram kərəviz isə 10 kaloridir.
 
loading...

0 şərh