Buzlu su arıqladır

Bədəninizin ümumi sağlamlığı üçün su içməyiniz çox lazımlıdır. Ancaq arıqlamaq istəyirsinizsə, buzlu su içməyiniz daha məqsədə uyğundur. Çəki itirmək istəyənlər gün ərzində mütləq buzlu su, buzlu çay və ya buzlu meyvə suları içməlidirlər.

Buzlu su içmək bədəninizin temperaturunun aşağı düşməsinin qarşısını almaq üçün metabolizmanızı güclənməyə məcbur edir. Bədəniniz buzlu suyu isidib bədən temperaturuna qaldırmaq üçün əlavə kalori sərf edir.

500 ml. buzlu su içməklə neçə kalori itirmək olar?
Deyək ki, buzlu suyun temperaturu 0 dərəcəyə yaxındır. Bədən temperaturunuz isə 37 dərəcəyə yaxındır və 1 qram suyu 1 dərəcədə istilətmək üçün lazım olan enerji miqdarı 1 kaloridir. 500 ml. suyun 473,18 qram olduğunu nəzərə alaraq belə nəticəyə gəlirik ki, 500 ml. buzlu suyu 37 dərəcə istiliyə qaldıra bilmək üçün bədənimiz 17,5 kilo kalori sərf etmək məcburiyyətində qalır.

Günlük kalori sərf etmək ehtiyacınızın 2000 kilo kalori olduğunu düşünsək, 17,5 kilo kalori elə də çox görünmür. Ancaq bununla yanaşı olaraq balanslı bir dieta və idman hərəkətləri ilə də məşğul olsanız daha rahat arıqlayar və daha yaxşı nəticə əldə edərsiniz.

Buzlu suya limon əlavə edərək daha dadlı hala gətirə bilərsiniz.
Əgər su içməyi xoşlamırsınızsa, limon əlavə edərək dadlandıra bilərsiniz. Artıq su içmək bədəni şişirdir, daha kilolu göstərir kimi səhv fikirləri ağlınızdan çıxardın. Əksinə, su içmək qaraciyər və böyrəklərin təmizlənməsinə, toksinlərin bədəndən xaric edilməsinə kömək edir.

Bədənin şişməsi az su içməklə əlaqəlidir. Buzlu su ilə yanaşı gündə bir-iki stəkan buzlu yaşıl çay da içmək lazımdır. İmmun sistemini qoruyan ən təsirli dəstək antioksidantlardır. Yaşıl çay içərisində olan antoksidantlar sayəsində yaşlanmanı yavaşladır və buzlu halda içdiyiniz üçün də əlavə kalori sərf etməyinizə səbəb olur.

0 şərh