"Süpürgə" salatı

Bu ad ona bağırsaqları çox yaxşı təmizlədiyi, bədəndən zəhərli maddələri çıxardığı və nəticədə də artıq kilolardan azad etdiyi üçün verilib. Bir sözlə, bədəninizdə olan artıq nə varsa “süpürgə” salatı onları süpürüb atacaq.

Bol vitaminli bu salat çox doyumlu olmasına baxmayaraq, kalorisi çox azdır. Ona görə onu rahatlıqla istədiyiniz qədər yeyə bilərsiniz. Həmçinin, həftədə bir dəfə, bir gün yalnız “Süpürgə” salatını yeməklə detoks günü edərək bədəninizi toksik maddələrdən təmizləyə bilərsiniz.

Tərkibi:
Bir ədəd çuğundur
Bir ədəd yerkökü
Ağ kələmin bir neçə yarpağı
Bir az göyərti (istədiyinizi əlavə edə bilərsiniz, cəfəri və nanə çox xeyirlidir)
Bir neçə damcı limon suyu
Bir xörək qaşığı su və bir xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:
Göyərti və kələmi nazik şəkildə doğrayın (kələmin yumşaq olması üçün onu əlinizlə bir qədər ovun), digər tərəvəzləri sürtgəcdən keçirin, sonra üzərinə limon suyu, zeytun yağı və sonda su əlavə edin. Salat hazırdır.

0 şərh