Dondurma mədə qripinə səbəb ola bilər

Həddindən çox dondurma yemək insan sağlamlığı üçün zərərlidir. Mütəxəssislər dondurma mövsümü ilə əlaqədar insanlara xəbərdarlıq ediblər.

Bəs dondurmanın zərərləri nədir?
Mədə qripinə səbəb olur – Mədəsi həssas olan insanların ac qarnına dondurma yeməsi mədə qripinə səbəb ola bilər. Bu səbəbdən ac qarnına soyuq dondurma yemək tövsiyə edilmir.

Süd məhsulları ilə hazırlanan dondurmaya tez mikrob düşə bilər. Xüsusilə də təmiz olmayan restoranlarda da hazırlanan belə dondurmalar insan sağlamlığı baxımından daha təhlükəli ola bilər.

Dondurma alan zaman tərkibindəki şəkər miqdarına diqqət edilməlidir. Süni dadlandırıcılar qatılmış dondurmalar insan sağlamlığına mənfi təsir göstərə bilər.

Şəhanə Quliyeva
medicina.az

0 şərh