Qarın hissəsini düzləşdirən qidalar

Giləmeyvələr
Tərkibində az şəkər var, həzm sistemini yaxşılaşdırır, qandakı şəkərin miqdarını tənzimləyir. Qarnını düz etmək istəyənlər üçün ən yaxşı vasitə giləmeyvə yeməkdir. İş prosesində və ya günün ikinci yarısında qəbul edilməlidir.

Yumurta
Kalorisi çox olsa da, qarın düzləşdirmək üçün əla qida vasitəsidir. Tərkibi amin turşularla zəngindir, bu da qarın piylərini parçalayır. Səhər yeməyində yumurtadan istifadə etmək sizi gün ərzində tox tutacaq.

Çərəzlər
Tərkibi yağla zəngindir, amma onları düzgün miqdarda qəbul etmək arıqlamağa kömək edəcək. Tərkibindəki zülal qandakı şəkərin miqdarını tənzimləyir. Eyni zamanda adamı tox saxlayır.

Balıq
Tərkibi vitaminlərlə zəngindir, immuniteti yüksəldir, insanı tox tutur. Eyni zamanda tərkibindəki omeqa 3 yağları parçalayır.

Avokado
Ən xeyirli qidalardan biridir. Tərkibi vitaminlərlə zəngindir. Gün ərzində 1/4 avokado yemək qarın hissəsindəki piyləri parçalamağa kömək edəcək.

0 şərh