Dietik yaşıl tort

Tərkibi:
3 yumurta
1 stəkan şəkər
2 stəkan un
1 paket vanil
Qabartma tozu
1 stəkan pörtmüş, püre halına gətirilmiş ispanaq

Krem üçün:
3 stəkan süd
2 yemək qaşığı un
1 yemək qaşığı nişasta
1 stəkan şəkər tozu
1 paket vanil
2 paket krem şanti
2 stəkan süd
1 ədəd kivi. 

Hazırlanması:
Yumurta ilə şəkəri çalın. İspanaq püresini oraya əlavə edin. Sonra növbə ilə un, qabartma tozu və vanil əlavə edin. Keks qəlibini yağlayın. Əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada keksi bişirin.

3 stəkan süd, 2 xörək qaşığı un,1 yemək qaşığı nişasta,1 stəkan şəkər tozu və 1 paket vanili qarışdırıb bişirin. Hazırladığınız kremi keksin arasına sürtün. 2 stəkan krem şanti və 2 su stəkanı südü mikserlə çalın. Tortun üzərinə çəkib zövqünüzə görə kivi ilə bəzəyin. Nuş olsun!

Oxşar məqalələr

0 şərh