Dərmanla arıqlamaq doğrudurmu?

Dərman müalıcəsi
Hal-hazıra kimi, piylənmənin dərmanla müalicə metodları məhduddur.Həyat tərzinin dəyişməsinə əsaslanan terapiya- əsasən pasiyentin istifadə etdiyi kalorinin azalmasına və fiziki aktivliyin yuksəlməsinə istiqamətlənmiş müalicə çox vaxt həkim məsləhətlərinin pis yerinə yetirilməsi ilə müşahidə olunur. Çox hallarda bədən çəkisi aşağı düşdükdən sonra, o yenidən artır.Dərman terapiyasının tətbiqi qidalanmaya aid məsləhətlərin yerinə yetirilməsini asanlaşdırır və bədən çəkisinin daha intensiv və sürətlə azalmasına səbəb olur. arıqlamaq                            Həmçinin alınmış bədən çəkisini saxlamağa kömək edir və residivin inkişafının qarşısını alır. Təsir mexanizminə görə piyləmənin müalicəsində istifadə olunan preparatlar 3 qrupa bölünür:1. Qida istifadəsini azaldan2. Enerji sərfini artıran3. Qida maddələrinin sorulmasını azaldanPreparatlarla terapiya hipokalorili qidalanma və fiziki aktivliyin artırılması ilə kompleks təyin olunur. Dərmanla müalicə məsləhət görülmür: uşaqlara, hamiləlik və laktassiya dövründə.
Bu vaxta qədər dərman müalicəsində yeganə vasitə mərkəzi sinir sisteminə təsir edən preparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti mərkəzi sinir sisteminə təsir edən pereparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti əsasən ən çox serotoninergik sistemə təsir edirlər- sinaptik sahədə serotoninin ifrazını stimullaşdırırvə/və ya onun geri tutulmasını tormozlayırlar. Serotoninergik sistemin stimullaşdırılması iştahanı və qəbul olunan qidanın miqdarını azaldır.Sibutramin kombinə olunmuş təsirə malik olaraq, yalnız serotoninergik sistemı yox, noradrenergik sistemi də aktivləşdirir. Ona görə də bu preparatın qəbulu iştahanin azalması və enerji sərfinin artması ilə müşahidə olunur.
Preparatlar həkim məsləhəti olmadan qəbu olunmamalıdır
Preparatın kənar təsirləri-agizda quruluq, ürək bulanma, ishal, əsəblik, baş gicəllənmə, yuxu pozğunluğu, birincili ağ ciyər hipertenziyasi, ürəyin klapanlarının zədələnməsi, arterial təziqin yüksəlməsi və urək döyünmələrinin artması mümkündür. Mərkəzi sinir sisteminə təsir edən preparatların qəbulu 3 aydan artıq məsləhət görülmür.


Mənbə: dietoloq.wordpress.com
 

0 şərh