Qida qəbulunun sayı ilə çəki arasında əlaqə

Arıqlamaq istəyən insanların çoxu eyni səhvə yol verirlər. Belə ki, onlar qida qəbulunun sayını gün ərzində cəmi 1-2 dəfəyədək azaldırlar.
Lakin onlar bu halda nəinki arıqlaya bilmirlər, hətta belə rasionla əksinə kökələ də bilərlər.
Əslində, qida qəbullarının sayının azaldılması sağlam qidalanmanın baza qaydalarının kobud şəkildə pozulmasıdır. Bu, arıqlamağa kömək etmir, belə ki, qidanın qəbulları arasında zaman kəsiyi nə qədər çox olursa, daim aclıq hissi bir o qədər yüksək olur ki, buna da qana qrelin kimi müvafiq hormonların ifrazı və hipotalamusda yerləşən qida mərkəzinin qıcıqlanması səbəb olur.
Məhz buna görə gündə iki dəfə yemək yeyən insanlar, 4-5 dəfə yeyənlərə nisbətən nəticədə daha çox kalori qəbul etmiş olurlar. Bu səbəbdən də, arıqlamaq, həmçinin çəkinin saxlanılması üçün məhz gündə 4-5 dəfə yemək lazımdır.
Qida qəbulunun sayı ilə çəki arasında əlaqə
Mütəxəssislərin sözlərinə əsasən, aclıq zamanı orqanizm xüsusi rejimə keçir. Bu vaxt hər kalori ehtiyat üçün piy qatı şəklində yığılıb saxlanılır. Bədən aclığı ekstremal vəziyyət kimi qiymətləndirir və “qara günə” ehtiyat yığmağa başlayır. İnsan tez-tez, lakin az miqdarda yeyirsə, bədəni bunu “təhlükə” kimi görmür və buna görə də, qida ehtiyatı yığmır və daha çox kalori əridir.
Əlbəttə, arıqlamaq üçün yalnız tez-tez yemək kifayət deyil, həmçinin rasionun keyfiyyətini nəzarət altında saxlamaq lazımdır. Un, yağlı, şirin, qızartma xörəkləri mümkün qədər az yemək, meyvə və tərəvəz, həzm proseslərini ləngidən, lakin uzun müddətə toxluq hissi ilə təmin edən tərkibində çoxlu qida lifləri olan məhsullar yemək məsləhətdir.
Bol şəkərqəbul etmək insanı kökəldən əsas səbəblərdən biridir. Orqanizm artıq şəkəri yağ hüceyrəsi kimi tutub saxlayır. Şokolad və şirniyyat yeməyi tərgidib onları bal və ya quru meyvələ əvəz etsəniz belə, qəbul etdiyiniz şəkərin miqdarı yenə çox ola bilər. Hansı şəkildə olur-olsun, şəkər dieta saxlayanların uzaq durmalı olduğu qida maddələrinin birincisidir. Bunun qarşısını almaq üçün şəkərə nəzarət etməklə dietanız qeydiyyatını aparın. Gündəlik qəbul etdiyiniz şəkərin miqdarını hər gün bir az azaltmağa çalışın.
İnsanların 60%-i yeməyini 5 dəqiqəyə bitirərək sürətli həyat tempindən geri qalmamağa çalışır. Araşdırmalar zamanı o da məlum olub ki, televizora baxaraq yemək yeyənlər diqqətləri ekranda olduğu üçün qidanı yaxşı çeynəmədən udurlar. Yaxşı çeynənməyən qidalar istaha nəzarət edən hormonların fəaliyyətini zəiflədir. Qidanı daha çox çeynəməyə vərdiş etmək üçün dostlarınızla birlikdə yemək yeyəndə boşqabınızdakıları hamıdan sonda bitirməyə çalışın.
Bədəni təmizləyən və arıqladan yaz detoks
Yay aylarında cismən və ruhən daha zərif, daha sağlam olmaq istəyirik. Bunun üçün sağlam və düzgün qidalanmalı, bədəninizi tanımalısınız. Sizin hansı qidaya ehtiyacınız olduğunu, hər gün hansı yeməkləri və nə qədər yeməli olduğunuzu ən yaxşı orqanizminiz göstərir. Publika.az bədəni təmizləyən, yaza özəl detoks pəhrizini təqdim edir:
Bu detoksa əməl edən zaman yuxu rejiminə fikir verin, həzm sisteminizin sağlamlığını qorumağa və orqanizminizin ödəm miqdarını azaltmağa çalışın.
Ödəmi azaltmaq üçün
  • Hər gün 2 fincan limonlu yaşıl çay və ya mate çayı (Braziliya çayı ) için.
  • Duz miqdarını azaldın, ədviyyat növlərindən istifadə edin.
  • Duzsuz zeytun və pendir yeyin.
  • Günə su ilə başlayın, hər gün 2 litr su için.
  • Həzm sisteminizi qoruyun.
  • Gündə ən az 2 kasa salat və ya tərəvəz yeməklərinə üstünlük verin.
  • Tərəvəz xörəklərinə 1 çay qaşığı zirə əlavə edin.
  • Meyvə suyu əvəzinə meyvənin özünə üstünlük verin.
  • Həftədə ən az 2 dəfə paxlakimilər fəsiləsindən olan yeməklər yeyin.
Detoks pəhrizi
Səhər yeməyi
2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)
1 kasa az yağlı qatıq
2 dilim ananas
1 çay qaşığı toz darçın
2 yemək qaşığı yulaf
1 çay qaşığı kətan toxumu
1 fincan yaşıl çay (şəkərsiz)
Qəlyanaltı
2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)
10 ədəd qızarmamış yer fıstığı (Duzsuz)
Günorta yeməyi
2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)
1 boşqab göbələkli və zeytun yağlı ənginar
1 kasa vəzəri salatı (1 çay qaşığı zeytun yağı əlavəli)
2 dilim kəpəkli çörək
Saat 2 ilə 4 arası
2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)
1 ədəd armud
1 kasa az yağlı qatıq
1 fincan yaşıl çay
Axşam yeməyi
2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)
Tox saxlayan omlet
1 kasa yaşıl mövsüm salatı (1 çay qaşığı alma sirkəsi)
Saat 6-dan sonra
2 stəkan ödəm azaldan su (Yeməkdən 15 dəqiqə əvvəl)
2 ədəd qoz
1 fincan darçınlı jasmin çayı (şəkərsiz)
Ödəm azaldan su
Ərzaqlar: 1,5 litr su, ½ ədəd doğranmış yaşıl alma, 1 ədəd doğranmış xiyar, 1/ 2 ədəd dilimlənmiş limon, 1 ədəd çubuqlu darçın.
Hazırlanması: 1,5 litr suya tərəvəzləri, darçını və meyvələri əlavə edib hər gün yeməkdən əvvəl 2 stəkan için.
Tox saxlayan doyumlu omlet
Ərzaqlar: 2 ədəd yumurta ağı, 1 ədəd tam yumurta, 1 dəstə doğranmış cəfəri, 1 ədəd qırmızı istiot, 3-4 ədəd dilimlənmiş göbələk, 1 yemək qaşığı yulaf kəpəyi, 1 çay qaşığı zeytun yağı.
Hazırlanması: Yumurtaları, yulaf kəpəyini kasada 2-3 dəqiqə çırpın. Göbələk və istiota zeytun yağı ilə tavada 3-4 dəqiqə qızardın. Suyu çıxmış tərəvəzlərin üzərinə yumurta və cəfəri əlavə edib ağzı qapalı vəziyyətdə 7-8 dəqiqə bişirin. Süfrəyə verəndə yanına mövsüm salat əlavə edin.
 
Mənbə: publika.az

0 şərh