Vegeterianlar nə yeyir?

Qidalanma bizim ən təbii tələbatlarımızdan biridir. Vegeterianlıq isə qədim zamanlardan Roma, Hindistan, Yunanıstanda ciddi riayət olunan bir qidalanma sistemidir. Vegeterian sözü ilk dəfə 1842’ci ildən istifadə edilməyə başlanıb. Araşdırmalara görə, günümüzdə Hindistandakı vegeterianların sayı bütün dünyadakı vegeterianların sayından daha çoxdur.
vegeterianlar nə yeyir
Vegetarianların rasionu bitki mənşəli qidalardan əsasən – meyvə, tərəvəz, dənli, paxlalı bitkilər, çərəzlərdən ibarətdir.
Ətdən, süddən, yumurtadan tamamilə imtina edib yalnız tərəvəz və meyvə yeyənlər veqan, ağartı məhsullarından, baldan istifadə edənlərə laktovegetarian, yumurtadan istifadə edənlərə ovo-laktovegetarian, yumurta, bal, süddən istifadə edənlərə lakto-ovo-vegetarian, qırmızı ət və toyuq yeməyib, balıq, yumurta və süd məhsullarından istifadə edənlərə isə pesko veqeterianlar deyilir.
Vegeterianların orqanizmində B12, D vitamini, kalsium, dəmir və sink  çatışmazlığı problemi müşahidə olunur.
Onlar zülal çatışmazlığından əziyyət çəkir. Heyvan mənşəli qidalar zülalın mənbəyidir, quru paxla, taxıl, və tərəvəzlər də zülalla zəngindir.
Orqanizmdə B12 vitamini çatışmadıqda anemiya yaranır. Anemiya sinir sistemində problemlərə səbəb olur. Vegeterianlardakı D vitamini çatışmazlığı orqanizmin kalsium və fosforu mənimsəməsinə mane olur. Süd məhsulları və günəş şuaları da D viitamini mənbəyidir.
Kalsium ürək ritminin normada olmasına, sümük və diş sağlamlığının, sinirlərin qorunmasına təsir göstərir. Bu mineral gül kələm, brokoli, göygöyərti, qırmızı çuğundur, taxıl, küncüt toxumu, sarımsaq, soğanda da kifayət qədər var.
Dəmir metabolizm üçün vacibdir.  Amma onu da qeyd edək ki, bitki mənşəli qidalardan alınan dəmir heyvan mənşəyi qidalardan alınan dəmir qədər faydalı deyil.
Dəmir çatışmazlığı bədəndə yorğunluq və əzginliyə səbəb olur. Qarabaşaq, noxud, mərcimək, lobya, yumurta, yulaf, yaşıl alma, armud, ərik, xurma, əncir, qoz-fındıq, pendir, düyü, kartof, yaşıl soğan, nar, çuğundur, gavalı, balqabaq, banan, və göbələkdə dəmirlə zəngindir.

Bu yazımda sizə vegetarian olmaq üçün 14 səbəb təqdim edəcəyik.
Vegetarian olmağın sağlamlıq üçün faydaları
1. Əgər vegetariansınızsa, artıq çəkidən xilas olmağınız və çəkinizi normada saxlamağınız daha asandır.
2. Vegetarianlar digərləri ilə müqayisədə 22% daha az xəstəxanaya baş çəkirlər.
3. Vegetarian insanlar daha fitdirlər. Dünyanın ən uğurlu atletlərinin əksəriyyəti vegetariandır.
4. Vegetarian insanlar cinsi həyatlarında daha sağlam və aktivdirlər.
5. Bu danılmaz bir faktdır ki, vegetarianlar ruhi olaraq daha dincdirlər. Onların yaddaşları daha güclüdür.
Heyvanlarla dost olmalıya onları yeməli?
6. Hər saniyə minlərlə heyvan işgəncələrə məruz qalır, əzab verilir. Ən yaxşı halda isə öldürülür. Sadəcə bir vegetarian belə bu qətliamın azalmasına kömək edə bilər.
7. Ət yeyən bir insan bütün ömrü boyunca 36 ədəd donuz, 36 ədəd qoyun, 750 ədəd toyuq yeyir. Bu qədər qətliama şərik olmağa hələ də razısan?!
8. Heyvanlar da insanlar kimi hiss edilər – Onlar da ağrı və qorxunun nə olduğunu bilirlər.
Ət yeməyin zərərləri nələrdir?
9. Hər il milyonlarla zəhərlənmə faktı qeydə alınır ki, bunların da böyük əksəriyyəti ətli qidalar ucbatından baş verir.
10. Yağlı ət qəbul etmək, infarkt və xərçəng riskini artırır.
11. Ət yeyən insanlar arasında bu kimi xəstəliklər daha geniş yayılmışdır – qansızlıq, sinə xərçəngi, prostat xərçəngi, diabet, yüksək təzyiq, həzm problemi xəstəliyi, obezite və s.
12. Qəbul etdiyiniz sosis və kolbasaların tərkibində üyüdülmüş heyvan bağırsaqları ola bilər…
Əlavə olaraq deməkdə fayda var:
13. İnsan bədəni üçün labüd olan protein, vitamin və mineral maddələr ətdən başqa qida maddələrində də mövcuddur.
14. İnsanlar lazımi vitaminləri qəbul edə bilsinlər deyə heyvanları kəsib yeyir. Amma başa düşmürlər ki, həmin heyvanlar bitkilərlə qidalanır.
 
Mənbə: yaaz.az, qadinla.com
 

0 şərh