Müasir arıqlama metodları

arıqlmaq üçün nə etməli?Yay aylarında insanlar xarici görünüşlərinə xüsusilə diqqət yetirirlər. Qışda topladığı ağır çəkilər hən xanımları, həm də kişiləri narahat etməyə başlayır. Bu sahədəki reseptlər həm kişilərə, həm də xanımlara uyğun gəlir. Sadəcə kişilərin və qadınların arıqlaması üçün mövcud olan prosedurlar, idman oyunları fərqlidir. Məsələn, bu prosedurlardan bir neçəsi ilə tanış olun: 
- Arıqlamazdan əvvəl ilkin görkəmli şəkillərini fərqləndirmək üçün şəbəkəyə yerləşdir. Artıq heç nə əlavə eləmək və ya uydurmaq lazım deyil. Bu şəkillərdə sallanan buxaq və kök qarını görüb özün bir nəticə çıxara biləcəksən. 
- Bu işdə dost-tanışla mübahisə də xeyir gətirə bilər. Hətta kim tez arıqlaya bilərsə, mərcə də girə bilər. Şərti udana mükafat da təyin edə bilərsiz. Bu da sizin xeyrinizə işləyə bilər.
- İştahanızı cilovlayın. Yeməyə acgözlüklə yanaşmayın. Çalışın hər bir qidanı həzm etməzdən əvvəl yaxşıca çeynəyəsiniz. Bunu mütəxəssislər belə məsləhət görür.
- Süddən imtina edin. Latte, kapuççino və südlü qəhvə - bu kişi içkisi deyil. Qara qəhvəyə, əsasən də səhərlər, üstünlük verin. Özü də qəndsiz. 
-Yaşıl çaya meyilli olun, qazsız mineral sulardan daha çox istifadə edin. 
- Şam işığında yeməyə çalışın. Parlaq rəng iştahı artırır. 
- Boşqabda qoyulan yeməkləri xəyalən həndəsi formada bir neçə yerə bölün. Əvvəlcə tərəvəzi, sonra isə əti yeməyə çalışın. 
- Ən nəhayətdə, unutmayın, arıqlamaq istəyənlərin əsas evi idman salonları olmalıdır.

Arıqlamaq üçün vasitələr

1) Qara düyü: “B” vitamini olması proteinləri bədəndə olan yağları parçalayır, həzmi asanlaşdırır.
2) Qreyfurt: Bədəni gücləndirir.
3) Qırmızı üzüm: Bağırsaq sistemini təmizləyir. Vitamin və minerallar sayəsində maddələr mübadiləsinin pozulmasının qarşısını alır.
4) Xiyar: Lif zəngini olması sayəsində toxluk hissi verir. Bundan başqa, sağlam bir su anbarıdır.
5) Nar: Çəkinizə nəzarət etmənizi asanlaşdırır.
6) Balaca lobya: Lobyalar arasında ən az yağı olan bu lobya növü vücudda suyu daha çox saxlayır.
7) Gül kələm: ”C” vitamini ilə boldur. Artıq çəkini itirməyə və həzm prosesinə kömək edir. Qara ciyərə xeyirlidir.
8) Alma: Yüngül meyvə olduğu üçün bağırsaqları hərəkətə gətirir.
9) Gilas: Artıq çəki itirməyə səbəb olur.
10) Yulaf: Toxluq və şişkinlik hissi verir.
Hazırladı: Kimyə Rüstəmova Mənbə: Lent.az

UPD. 2 ilə 130 kiloqram arıqlamağın yolu.Bu, qorxu nəticəsində mümkün olub. Həkimlər boyu 162, çəkisi təxminən 200 kiloqram olan qadını müayinə edərək onun ömrünün sonuna maksimum 2 il qaldığını bəyan edib, yaşamaq üçün onun təcili arıqlamalı olduğunu bildirib. Bundan qorxuya düşən qadın sağlam qidalanmaya keçib, eyni zamanda hər gün hovuzda üzüb.
Nəticədə 2 ildə 130 kiloqram arıqlayan amerikalı «2011-ci ilin arıqlaması» tituluna sahib çıxıb.

1 şərh

Əliyev
Çörək yeməklə 3 günə 2 kiloqram çəki itirmək mümkündür.
Lent.az-ın məlumatına görə, tək qida rejimindən istifadə edərək, üç günə 2 kiloqram arıqlaya bilərsiniz.
3 günlük pəhrizin hədəfi üç günə 1,5-2 kiloqram çəki itirməkdir.
Bu 3 gün boyunca gündə 10-12 dilim qızarmış, üzərinə çox az kərə yağı çəkilmiş qara çörək yemək məqsədə uyğun sayılır. 10-12 dilim çörəkdən əlavə gün boyunca istəndikcə də çörək yiyə bilərsiniz, lakin tez bir zamanda istənilən nəticəni almaq üçün pəhrizdə göstərilən miqdara riayət etmək daha doğru sayılır. Bu pəhrizdə istədiyiniz qədər şəkərsiz çay və ya qəhvə içə bilərsiniz. Pəhrizin gündəlik menyusu:
3 gün boyunca
Səhər: 2-3 dilim çörək.
Günorta: 3-4 dilim çörək.
Axşam: 3-4 dilim çörək.