Süd pəhrizi

Süd pəhrizinin ikinci adı ağ pəhrizdir. Çünki bu pəhriz ağartı məhsullarından (süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoğurt, hər növ pendir) ibarətdir. Süd məhsulları faydalı maddələrlə, toxluq hissi yaradan zülalla zəngindir. Yalnız kərə yağı və dondurmadan uzaq olmalısınız. Onlar çox yağlı olduğundan yüksək kalorilidir. Su barədə isə unutmaq olmaz. Mütəmadi olaraq su için. Pəhriz zamanı vitamin kompleksi qəbul etmək məsləhətdir. Çünki orqanizmi yalnız süd məhsulları ilə qidalandırmaq olmaz.
Birincisi, həm ərzaqların miqdarında, həm də keyfiyyətində normanı bilmək lazımdır. Ərzaq seçərkən yağlılıq faizi az olanını alın. Bu o demək deyil ki, artıq 1-2 q yağ çəkinizi artıracaq, sadəcə, yüksək yağlılıq ürək-damar sisteminin işini poza bilər. Yağ miqdarının sutkada 50 q, yaşlılarda isə 30 q olmasına diqqət yetirin.

İkinci qayda süd məhsullarına meyvə və tərəvəzin əlavə olunmasıdır. Meyvəni kefirə və kəsmiyə qatmaq, tərəvəzləri isə çiy halda (məsələn, tərəvəz salatına pendir əlavə edin) yemək olar. Unutmayın ki, turş meyvə yemək məsləhət deyil, onsuz da turş ərzaqları kifayət qədər qəbul edirsiniz. Banan, armud, ərik və şaftalı yeyin. Gavalı və üzümü yalnız qurudulmuş halda qəbul edin. Sitrus meyvələri və armudu isə tamam unudun.

Pəhrizi bir həftə tutmaq məsləhətdir. Bu müddətdə 5 kq çəkidən azad olacaqsınız. Arıqlamaqla yanaşı, dərinizin vəziyyəti də yaxşılaşacaq, ələlxüsus səpkidən əziyyət çəkirsinizsə. Əgər nəticə ürəyinizcə olmasa, həftəyarım fasilə verdikdən sonra yenidən pəhriz saxlayın. Unutmayın ki, gün ərzində 4 dəfə qidalanmalısınız. Hər qida öncəsi bir stəkan qazlı və ya mineral su içmək məsləhətdir.

Pəhrizin müsbət, mənfi tərəfi
Rasiondan çay, qəhvə, şəkər çıxarıldığından, pəhriz dişləriniz üçün də xeyirli olacaq. Düzgür, bir həftəyə onlar ağappaq olmayacaq, sadəcə rəngi açılacaq. Süd həzmetmə sisteminin işini normallaşdırır, bağırsağı təmizləyir, həmçinin immuniteti artırır və orqanizmin viruslara qarşı dayanıqlığını artırır. Süd məhsullarının tərkibindəki kalsium sümükləri möhkəmləndirir, sinir sistemini normaya salır.
Əgər qastrit və ya mədə xorasından əziyyət çəkirsinizsə, süd pəhrizini saxlamayın. Hətta həkimlər sağlam adamlara belə, süd məhsullarını boş mədəyə yeməyi məsləhət görmürlər. Süddən çox istifadə kalsium mübadiləsini poza və orqanizmdə şlakların toplanmasına şərait yarada bilər.

Süd pəhrizi
Səhər yeməyinə 120 q yoğurt və 1 meyvə yemək lazımdır. Bundan başqa, 4 ç.q. balla çay, ya da südlü qəhvə içə bilərsiniz.
İkinci səhər yeməyinə suda və ya yağsız süddə bişirilmiş 100 q sıyıq, 125 q yağsız kəsmik yeyin və 1 stəkan yağsız süd için.
Nahar salat və 1 yumurta və ya 100 q meyvəli kəsmik və 1 stəkan süddən ibarət ola bilər.
Şam yeməyinə 1 meyvə və 125 q şəkərsiz yoğurt yeyin.

Mənbə: http://anspress.com
 

0 şərh