Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Yod çatışmazlığı əlamətləri

Yod çatışmazlığı, insan orqanizminin yod elementinə olan ehtiyacını ödəyə bilməməsi ilə xarakterizə olunan bir problemdir. Yod, bir sıra qida mənbələrində təbii olaraq tapılan və orqanizmdə uzun müddət depolana bilməyən bir elementdir. Yod, əsasən qalxanvari vəzifənin düzgün işləməsi üçün vacib olan bir mikroelementdir. Bu element, hormonların sintezində mühüm rol oynayır, bu hormonlar isə metabolizm, ürək döyüntüsü sürəti və beyin inkişafı kimi bir sıra əhəmiyyətli funksiyaları tənzimləyir.Bu hormonlar boyun artması, yaraların sağalması və normal metabolizm üçün əvəzsizdir. Yod çatışmazlığı qalxanabənzər vəzinin hormon ifraz etmək qabiliyyətini məhdudlaşdırır və hipoterioza səbəb olur. 


Davamı →

Obezofobiya

Müasir insanlar öz bədən quruluşlarına çox tələbkar yanaşırlar və əksəriyyəti artıq çəki almamaq, kökəlməmək üçün çalışır. Əlbəttə ki, fanatizmə varmadan bu alqışlanası bir xüsusiyyətdir. Kökəlməkdən qorxu obezafobiya adlanır və bu cür pisixi pozuntusu olan insanlar düşündüyümüzdən daha çoxdur.

Çox vaxt nə xəstənin özü, nə də onu əhatə edən insanlar demək olar ki, xəstənin davranışında heç bir pataloji hal görmürlər, «xəstə» daima arıq və baxımlı olmağa çalışır. Kremli tort, şokolad kimi iştah açan qidalara qarşı həmişə laqeyd münasibət göstərdiklərinə görə belə şəxsləri nəfsinə qalib gələn iradəli biri kimi qiymətləndirirlər. Artıq çəkisi olan bir çox insan özünü əzmli və dözümlü saymır və digərlərinə paxıllıq edir.


Davamı →

"Fast food" və onun ziyanı

Gün ərzində normal nahar etməyənlərin sonradan köklükdən şikayətlənməsi qəribə görünə bilər. Amma sən demə bunun da səbəbləri var. «Fast food»lar ayaqüstə-hərəkətdə yeyilməsinə baxmayaraq yenə də öz işini görür və nəticədə artıq çəki problemi yaranır. Buna görə də təəccüblü deyil ki, dünyanın ən çox kök adamları da «fast food»ların vətənindən, yəni qərb ölkələrindəndir.


Davamı →

Psixi və fiziki xəstəlikləri sağaldan GAPS dieta nədir?

Düzgün qidalanma hətta psixi xəstəliklər, depressiya və autizmi belə sağaldır. Çünki 90% xəstəliklərin kökü bağırsaqdadır.

Dünyada 20-dən çox xəstəliyin müalicəsində istifadə edilən GAPS dieta bağırsaq və psixologiya sindromu sözlərindən qaynaqlanır.
Bu pəhrizin nəzəriyyəsi budur ki, psixi sağlamlıq həzm sistemi ilə əlaqəlidir.
Dietanı nevropatoloq Nataşa Kempell icad edib. O, öz autist oğlunu bu dieta ilə sağaldıb.
Doktor qeyd edib ki, bağırsaq düzgün işləməyəndə qana zərərli maddələr və mikroorqanizmlər buraxır. Onlar da qanla beyinə gedərək nevroloji zədələnmə verir.


Davamı →

Sağlam formada çəki artırmağın yolları

Həkiminizlə məsləhətləşin

Sağlamlığınızla bağlı atdığınız hər addımda əvvəlcə həkiminizlə məsləhətləşməli və onunla hərəkət etməlisiniz. Həkiminiz hazırkı sağlamlıq vəziyyətinizi ən yaxşı bilən adamdır. Kökəlmə müddətində həkiminizlə, hətta həkimlərinizlə bir yol çəkmək və deyilənlərə tam əməl etmək çox vacibdir.


Davamı →

Vegeterianlar nə yeyir?

Qidalanma bizim ən təbii tələbatlarımızdan biridir. Vegeterianlıq isə qədim zamanlardan Roma, Hindistan, Yunanıstanda ciddi riayət olunan bir qidalanma sistemidir. Vegeterian sözü ilk dəfə 1842’ci ildən istifadə edilməyə başlanıb. Araşdırmalara görə, günümüzdə Hindistandakı vegeterianların sayı bütün dünyadakı vegeterianların sayından daha çoxdur.

Davamı →

Ət yeyək, yoxsa yeməyək?

Bu gün dünyada ət əleyhinə misilsiz bir kampaniya başlamışdır, hətta bəzi elm adamlarımız fəxrlə mən ət yemirəm deyir və geniş təbliğat aparırlar, amma onların hamısı ət yeyir və bunun sübutunu yazacağam.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ət haqqında belə deyir:

Davamı →

Artıq çəkisi olanlara mütəxəssisdən çay resepti

Artıq çəkidən qurtulmaq istəyənlər ən çox detoks çaylarına müraciət edir. Mütəxəssislər hesab edir ki, detoks çayları metabolizm proesesini sürətləndirir, orqanizmdən toksiki maddələri kənarlaşdırır.
Günümüzdə bir çox detoks çaylarlından istifadə olunur.
Onlardan birini – ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis Vəfa Paşazadənin açıqladığı resepti təqdim edir:

Davamı →

Nəyə görə çox çalışsaq da, arıqlaya bilmirik?

Arıqlamaq üçün aylardır dəridən –qabıqdan çıxırsız, az yeyirsiz, çox qaçırsız, amma çəki azalmır ki, azalmır. 100 qram azalanda sevinənlərdənsinizsə, o zaman bu materialı sizin üçün hazırladıq.
Artıq kalorilərin harda gizləndiyini və niyə pəhrizə tabe olmadığının səbəblərini gözdən keçirək:
1. Arıqlamaq üçün dərhal idmana, məşqlərə başlayırsız
İş ondadır ki, idmana başladıqda iştah artır, bədən itirdiyi enerji, kalorini tez bərpa etmək istəyir və yemək tələb edir.

Davamı →

Hər zaman özünü ac hiss etməyinin səbəbləri

Özünüzü həmişə ac hiss edirsiniz? Yemək yedikdən sonra da yemək haqqında düşünürsünüz? Bu halın niyə baş verdiyini öyrənmək istəyirsinizsə, qeydlərimizi oxumağa davam edin.
Həddən artıq rəfinə olunmuş karbonhidrat işlətmək
Ağ çörək, makaron, düyü və emal olunmuş şəkər kimi həddindən artıq rəfinə olunmuş karbonhidrat qəbul edirsinizsə, böyük ehtimalla tez-tez acırsınız. Rəfinə olunmuş karbonhidratlar qanda şəkərin miqdarını artırır, bu da qanda şəkərin ani olaraq düşməsinə səbəb olur. Bunun nəticəsində də, orqanizminiz daha çox yemək üçün beyninizə siqnallar göndərir.

Davamı →