Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Vegetarian pəhrizi beyinə ziyandırmı?

Məlumdur ki, B12 vitamininin çatışmazlığı qanazlığına və mərkəzi sinir sisteminin pozğunluğuna gətirib çıxarır. Bu vitaminin ən çox zəngin olduğu qida isə ət, balıq, qaraciyər, süd, yumurtadır. Aydındır ki, vegetarianlar bu qidalardan özlərini məhrum edirlər. Onların qəbul etdiyi hətta vitaminləşdirilmiş qidaların tərkibində isə B12 vitamini kifayət qədər olmur. Oksford alimləri bir neçə il 16-87 yaşlı vegetarianları və ət yeyənləri müayinə etmişlər. Alimlərin fikrincə, daha çox 61-87 yaşlılar arasında dəyişiklik nəzərə çarpırdı. 5 il ərzində meyvə və tərəvəz yeyənlər arasında beyin aktivliyi azalmış, yaddaş zəifləmişdir. Beynin kompüter tomoqram görüntülərində isə digər qrupla müqayisədə beynin kütləsinin və həcminin kiçilməsi qeydə alınmışdır.


Ardı →

Süd pəhrizi

Süd pəhrizinin ikinci adı ağ pəhrizdir. Çünki bu pəhriz ağartı məhsullarından (süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoğurt, hər növ pendir) ibarətdir. Süd məhsulları faydalı maddələrlə, toxluq hissi yaradan zülalla zəngindir. Yalnız kərə yağı və dondurmadan uzaq olmalısınız. Onlar çox yağlı olduğundan yüksək kalorilidir. Su barədə isə unutmaq olmaz. Mütəmadi olaraq su için. Pəhriz zamanı vitamin kompleksi qəbul etmək məsləhətdir. Çünki orqanizmi yalnız süd məhsulları ilə qidalandırmaq olmaz.
Birincisi, həm ərzaqların miqdarında, həm də keyfiyyətində normanı bilmək lazımdır. Ərzaq seçərkən yağlılıq faizi az olanını alın. Bu o demək deyil ki, artıq 1-2 q yağ çəkinizi artıracaq, sadəcə, yüksək yağlılıq ürək-damar sisteminin işini poza bilər. Yağ miqdarının sutkada 50 q, yaşlılarda isə 30 q olmasına diqqət yetirin.
Ardı →

Səhər yeməyi

Səhər yeməyi hər birimiz üçün çox vacibdir. O, tam oyanmağa və əhvalı yüksəltməyə xidmət edir.
Yeni araşdırmalar göstərir ki, yuxudan oyanandan sonra uzun müddət yeməyən insanlarda maddələr mübadiləsi pozulur, qanda şəkərin miqdarı aşağı düşür, yaddaş zəifləyir. Səhər yeməyi üçün ideal vaxt saat 7-dən 9-a kimidir. Həmçinin araşdırmalar göstərir ki, səhər yeməyini yeyənlər günorta və şamda az yağlı və sağlam qidalanır, gecələr orqanizmə zərərli olan çərəz yemək istəyinə rahat qalib gəlirlər. İş ondadır ki, beyində baş verən kimyəvi reaksiyalar insanı axşama doğru daha yağlı qida yeməyə həvəsləndirir. Səhər yeməyi öd kisəsində daş əmələ gəlməsindən qoruyur. Çünki səhər yeməyindən imtina edəndə öd kisəsi xəstəliyinə risk artır.
Ardı →

Arıqlamaq üçün 20 yol

Arıqlamaq üzrə mütəxəssis Susi Burrellin “tarazlıq pəhrizi” adını verdiyi və kilolardan xilas olmaq üçün təklif etdiyi 20 qızıl qaydanı İngiltərənin “Daily Mail” qəzeti nəşr edib. Ariqlamagin yollari ilə siz də tanış olun:

1. Hər şeyi eyni anda etməyin. Qeyri-mümkün hədəflərin əsiri olmayın. Çox tez kilo verməyi hədəfləyib, yorucu iş günlərindən sonra saatlarla məşq etməyə, ailənizə vaxt ayırıb kiçik paylarla bəslənməyə çalışsanız, uğur əldə edə bilərsiniz. Halbuki gündəlik həyatınızda axşamlar daha az yemək, ya da meyvə, tərəvəz meyvə yemək kifayət edə bilər.
2. Mətbəxinizdəki şkafları “təmizləyin” — şokolad, keks, şirniyyat, çərəz, cips kimi qidaları evdən uzaqlaşdırın.
Ardı →

Artıq çəkidən necə xilas olmalı? | 8 qızıl qayda

«Saçları necə qorumalı?» yazısında demişdik ki, insanı şəxsi problemləri ictimai problemlərdən çox maraqlandırır. Hətta məşhur alman yazıçısı Remarkdan bir misal da gətirmişdik ki, insanı adi diş ağrısı I Dünya müharibəsindən daha çox narahat edir. 
Remarkın fikrini yoxlamağı oxucuların öhdəsinə buraxırıq, kim inanmırsa, yaxınları, dostları arasında bir sosial sorğu aparsın. Biz isə «şəxsi problemlər» istiqamətində araşdırmalarımızı davam etdiririk. Hesab edirik ki, saçların erkən tökülməsi qədər hər bir insanı maraqlandıran ikinci problem artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına veririk.
Ardı →

Piy əritməklə arıqlamağın riskləri

Son illərdə plastik əməliyyatlar vasitəsilə bədəndəki artıq piyi azaltmaq Azərbaycanda xeyli dəbə minib. Özü də bu yol əl atanlar arasında təkcə müğənnilər, aktrisalar deyil, imkanı olan sıravi vətəndaşların da sayı çoxalmaqddır. Ona görə də cərrah bıçağının iştirakı olmadan həyata keçirilən piy azaltma metodu barədə bu yazı belələri üçün çox maraqlı olar.


Lipodizolv adlı bu metod zahiri gözəlliyin az qala qanuna çevrildiyi Kaliforniya ştatında xüsusilə geniş işlədilməyə başlayıb. Lipodizolv zamanı iynə ilə bədənin piyli yerlərinə xüsusi maddə vurulur və həmin maddə sadəcə piyi əridir. Lakin BBC müxbiri Devid Uillis deyir ki, prosedurun tənqidçiləri də az deyil.


Ardı →

Vitaminlərin sirləri

Qış və erkən yaz mövsümlərində insan orqanizmində vitaminlərin çatışmazlığı baş verir. Demək, xüsusən bu zaman orqanizmin vitaminlərə olan ehtiyacını ödəmək üçün tərəvəzlər və meyvələrdən mümkün qədər çox istifadə edərək, onların tərkibindəki mineral maddələrdən və vitaminlərdən faydalanmaq vacibdir. Bunun üçün qış və erkən yazda qəbul edilən tərəvəzlərin nə dərəcədə faydalı olduğunu seçmək, onları termiki işləmədən keçirərkən tərkibindəki faydalı maddələrin qoruyub saxlanmasına çalışmaq lazımdır.


Ardı →

Qarabaşaq pəhrizi

Sizlərin diqqətinə yenədə maraqlı bir pəhriz təqdim edirəm. Bu qarabaşaq yarması (qreçka) pəhrizidir. Bu faydalı pəhrizdən istifadə zamanı siz cəmi iki həftəyə 10 kiloqram arıqlaya biləcəksiniz. Lakin bu pəhrizi 2 həftədən artıq saxlamaq olmaz, bu sağlamlığınız ünün zərərli ola bilər. Pəhrizə baxmayaraq əgər siz hələdə istədiyiniz cəkini eldə etməmisinizsə mütləq bir ay fasilə verib sonra yenə saxlamaq lazımdır amma növbəti pəhrizi bir həftə saxlayırsınız.


Qarabaşaq çox xeyirli bir qidadı, onun tərkibində amino turşular və həmçinin də kalium, maqnium var. Yüz qram qarabaşaqda 375 kkal var və bu kaloriya bir xorək qaşığı bitki yağındadır. Yəni bu qədər az. Bəs bu necə hazırlanır?


Ardı →

Alma pəhrizi

Sizlərə çox sadə və asan başa gələn bir öəhriz barədə danışmaq istəyirəm. Bu alma pəhrizidir, alma ye və arıqla prinsipi nəzərdə tutulur. Gün ərzində yaşıl çay için. Səhərlər iki dilim çörek, pamidor, xiyar, zeytun, bir ədəd qaynadılmış yumurta, az yağlılığı olan pendir yeyə bilərsiniz.S əhər yeməyindən iki saat sonra isə alma yeyin. Axşam təxminən 7.30-dan sonra heç nə yeməyin. Alma pəhriziylə 1 həftəyə 5 kilo arıqlaya bilərsiniz.


Ardı →

Hipo və Avitaminoz

Vitaminlər-insanın qida rasionunun əsas hissəsinə təsir edir.İnsan onları bitki, heyvan mənşəli qidalarla alırlar.Vitaminlər yüksək bioloji avitaminliyə malikdirlər

Vitaminlərin çatmamazlığı ilə gedən xəstəliklərə hipo və ya avitaminozlar deyilir, hipo və avitaminoz həmçinin hamiləlik və döşlə əmizdirmə zamanıda baş verir


Ardı →