Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Dərmanla arıqlamaq doğrudurmu?

Dərman müalıcəsi
Hal-hazıra kimi, piylənmənin dərmanla müalicə metodları məhduddur.Həyat tərzinin dəyişməsinə əsaslanan terapiya- əsasən pasiyentin istifadə etdiyi kalorinin azalmasına və fiziki aktivliyin yuksəlməsinə istiqamətlənmiş müalicə çox vaxt həkim məsləhətlərinin pis yerinə yetirilməsi ilə müşahidə olunur. Çox hallarda bədən çəkisi aşağı düşdükdən sonra, o yenidən artır.Dərman terapiyasının tətbiqi qidalanmaya aid məsləhətlərin yerinə yetirilməsini asanlaşdırır və bədən çəkisinin daha intensiv və sürətlə azalmasına səbəb olur.
Davamı →

Ananas pəhrizi

Əlavə funtlarla müharibədə hər vasitə yaxşıdır. Daha doğrusu, istənilən vasitə tətbiq olunur. Dönüş ekzotik məhsullara və metodlara çatdı. Bunlar arasında akupunktur, zərərsiz aromaterapiya və qurdların çox təhqiramiz girişi. Bu barədə daha xoş bir şey düşünməyəcəyik.
Ananas pəhrizi artıq çəki itirmək üçün sadə və ekzotik bir yoldur. Lazımsız kiloqramlarla mübarizə aparan qadın yarısı, belə bir pəhrizin bir neçə variantını uğurla istifadə edir. Bu pəhriz yalnız düzgün istifadə edildikdə təsirli ola bilər. Arıqlamağın yeni üsulu və onun nəticələri barədə ətraflı məlumat alırıq.
Davamı →

Yağları əridən çay

 Artıq çəki problemindən əziyyət çəkənlər müxtəlif üsullarla, dietik məhsullara, qidalara və çaylara üstünlük verirlər. Bu gün  sizə arzuolunmaz çəkini azaldan çayı sınamağı təklif edəcəyik. Bu möcüzəvi çayı gün ərzində içmək tövsiyyə olunur.Ancaq yatmazdan əvvəl bu çayı içmək məsləhət deyil. Ona görə ki,  zəncəfil canlandıran xüsusiyyətə malikdir və yaşıl çayın  isə sidikqovucu təsiri var. Bu çay arzuolunmaz çəkini azaldır, avitaminozu aradan qaldırır, immuniteti yüksəldir, eləcə də bütün günü özünüzü gumrah hiss etməyə kömək edir.


Davamı →

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?

İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.

Yumurtanı ala-çiy yemək təhlükəlidır. Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.

Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var.

Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.
Davamı →

Balıq yeməyin 5 faydası

Əsasən soyuq havalarda yeyilən ət məhsullarından olan balıq bir çox xəstəliklərin dərmanıdır, ancaq bu qidanı doğru qəbul etmək üçün bəzi detallara diqqətlə yanaşmaqda fayda var.

1. Balığın sağlamlılığınız üçün faydalı olmasını istəyirsinizsə onu qızartmayın, çünki qızaran ət daha çox yağ çəkir və vitamin dəyərini itirir.

2. Menyuda balıq varsa, yanına mütləq tərəvəzlərdən bir neçəsini əlavə edin. Balıqda C vitamini çox azdır, və balıqla tərəvəzi birlikdə yesəniz vitamini balansını qoruya bilərsiniz.
Davamı →

Orqanizmi təmizləyən qidalar

Pəhriz menyunuza əlavə edəcəyiniz bu qidalar sayəsində immunitet sistemi güclənir, orqanlar daha sağlam fəaliyyət göstərir.

Limon 
C vitamini və digər antioksidantlarla zəngindir. Tərkibindəki maddələ immunitet sistemini gücləndirir. Mütəmadi olaraq qəbul edildikdə, qaraciyər və öd kisəsi sağlamlığını qoruyur və həzm prosesini yaxşılaşdırır. Bir stəkan ilıq limonlu su sağlamlığınız üçün mükəmməl üsuldur.
Davamı →

Düyü pəhrizi

Bu pəhrizin müxtəlif variantları var. Biz sizə düyü pəhrizinin ən tanınmış və sınanmış variantını təqdim edirik. Bu pəhriz 2 həftə ərzində tutulmalıdır.

4 kiçik şüşə bankası götürülür. Bankaları nömrələmək lazımdır — 1, 2, 3 və 4.
Pəhrizə başladıqdan 4 gün əvvəl 1-ci bankaya 3 xörək qaşığı yumru düyü və üzərinə çıxana kimi ilıq su tökün.

Növbəti gün bu qayda ilə 2-ci bankada düyü isladın, 1-ci bankada olan düyünü isə yuyun və yenidən üzərinə ilıq su tökün.
Davamı →

Xərçəngi müalicə edən pəhriz

Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir. Dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub.
Davamı →

Dietik kokteyl

Artıq çəkidən qurtulmağın kilid nöqtələrindən biri və ən önəmlisi maddalər mübadiləsini sürətləndirməkdir. Bunun üçün bir çox çaylar, qarışımlar mövcuddur.

Arıqlamanıza yardımçı olacaq kokteyl resepti:
5 ədəd badam ləpəsi, 1 ədəd yaşıl alma, yarım fincan qatıq və ya şəkərsiz, azyağlı yoqurt, 1 ç.q darçın tozunu blendrdən keçirib için.

Bu kokteyli ara yemək əvəzi qəbul edə bilərsiniz.
Davamı →

Kofeyə bunları əlavə edin

Kilo verməyin ən effektiv üsulu metobolizmanı sürətlənirən qidalar yeməkdir. Kofe bir çoxumuzun sevərək qəbul etdiyi qidadır. Kofenin içinə əlavə edəcəyiniz bəzi qidalar ilə metobolizmanızı sürətləndirib, yağ əriməsini asanlaşdıra bilərsiniz.

Kofeyə kokos yağı əlavə etmək
Kokos yağı metobolizmanı sürətləndirir. Xüsusilə də kofenin içində qatıldığı zaman yağları sürətlə yandırır. Araşdırmalar göstərmişdir ki, hər gün 2 və ya 3 dəfə tərkibində kokos yağı olan kofeni içdiyiniz zaman yağ əriməsi asanlaşır.

Kofeyə darçın əlavə etmək
Darçının insan sağlamlığına nə qədər faydalı olduğunu hamımız bilirik. Darçının ən önəmli xüsusiyyətlərindən biri həzmi sürətləndirməsidir. Eyni zamanda qan şəkərini də tarazlaşdıraraq, tox qalmağa kömək edir.
Davamı →