Xristianlığın simvolları


1. Balıq

Balıq ilk xristian simvollarından biri olmuşdur. O İsanın rəmzi mənasını daşıyırdı. Buna səbəb şəkildə göstərilən yunan hərflərinin abreviaturasıdır (İXTUS). Bu abreviatura yunan dilində «Xilaskar İsa Məsih Tanrının oğludur» sözlərinin birinci hərflərindən yaranmışdır. "İXTUS" sözü isə yunanca balıq deməkdir.Eyni zamanda İsanın ilk ardıcıllarının bir neçəsi balıqçı olmuşdur. Buna görə xristianlar özlərini «insan ruhunu tutanlar» adlandırırdılar.

2. Gəmi
Gəmi də Xristianlığın ən qədim rəmzlərindən (simvollarından) biridir. Məsələn məşhur roma ilahiyyatçısı Hippolitus (III əsrdə yaşamışdır) xristian kilsəsini «dalğalar üzərində üzən və heç zaman batmayan» gəmiyə bənzədirdi. Başqaları onu «nicat gəmisi» adlandırırdılar.
  

3. Labarum
Labarum (latın sözüdür) imperator Konstantinusun bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq,Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində «Xristos» sözünün yunanca ilk iki hərfi və «Hoc vince» (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır.

 
Rəvayətlərə görə 312 ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstaninus və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. 

Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantinus yuxuda labarumumu görərək «In hoc signo vinces» (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi. Bu yuxunu görəndən sonra, Konstantinus öz əskərlərinə gördüyü labarumu öz qalxanlarının üzərində təsvir etməyi əmr etmişdi. Bu döyüş onun qələbəsi ilə bitmişdi və bundan sonra Konstantinus roma imperatoru olmuşdu. Onun hakimiyyəti dövründə də Xristianlıq dövlət dini statusunu almışdı.

4. Xaç
Xaç Xristianlığın ən geniş yayılmış rəmzidir, İsanın edam edildiyi alətin təsviridir. Lakin bu rəmz  Xristianlıqdan öncə qədim Misirdə həyat simvolu olmuşdur və Ankh adlanırdı.

Xaçın yuxarısında olan dairə qadın, aşağı hissəsi isə kişi başlanqıcını simvolizə edir. Ümumiyyətlə xaçın təsvirini xristianlar misir ənənəsindən almışdılar. Xristianlıqda xaçın rəmz kimi yaranma tarixi II-III-cü əsrlərə təsadüf edilir. Xaçların bir neçə növləri vardır.
latın xacı
Ən sadə və geniş yayılmış xaç latın xaçıdır. Müasir zamanda bu xaç daha da çox protestantların rəmzidir. Xaçın üzərində çarmıxa çəkilmiş İsanın təsviri isə ortodoks (pravoslav) və katolik kilsələrinin rəmzidir.
yunan xacı
Hər tərəfi eyni ölçüdə olan yunan xaçı. Rəvayətlərə görə bu formada olan xaçda İsanın həvarilərindən biri olan Andreas edam edilmişdi.
pilləli xac

Qolqofa (İsanı edam edilən təpəliyin adı) xaçı və ya pilləli xaç.

ortodoks (pravoslav) kilsəsinin xacı
Rus ortodoks (pravoslav) kilsəsinin xaçı
. Yuxarıdakı xət İsanın edam vaxtı başının olduğu yeri mənasını daşıyır. Aşağıdakı əyri xətin mənası bilinmir. Lakin ola bilər ki, o yuxarıda göstərilər yunan xaçının fraqmentidir.

Roma papazlarının xacı
Roma papazlarının xaçı, onların rəsli simvoludur. Təsvir olunmuş üç xətt papazların hakimiyyətinin üç dayaqlarının rəmzləridir: kilsə, dünya və göylər.
Səkkiz guşəli xac suyuna salınma mərasiminə aid olan xac
Səkkiz guşəli xaç suyuna salınma mərasiminə aid olan xaç. Dirçəlişin rəmzidir. Yunan xaçına bənzər yan xətləri «Xİ» adlanan yunan hərfidir (Xristos sözünün baş hərfi).
Qələbənin rəmzi olan Yunan xacı
Qələbənin rəmzi olan Yunan xaçı. Yuxarıda olan hərflər yunanca "İsa" və «Xristos» sözlərinin baş hərfləridir. Aşağıda isə «NİKA» (qalib) sözü yazılmışdır.
Kurə uzərində qələbəniin simvolu olan xac
Kürə üzərində qələbəniin simvolu olan xaç. Dünyada xristian hakimiyyətinin qurulmasının rəmzidir. Xristian incəsənətində bir çox hallarda kralların hökmdarlıq əsasının üstündə qurulur.
cevrilmiş xac
Müqəddəs Petrusun çevrilmiş xaçı. Rəvayətə görə o başı aşağa halında çarmıxa çəkilmişdir, çünki İsanın bənzəri kimi ölümü qəbul etmək onun üçün qəbuledilməz idi. Katolik inanca görə, roma papazları muqəddəs Petrusun mənəvi varisləridir. Çevrilmiş xaç, papazların taxtlarında və onların qəbrlərinin üzərində çəkilir. O həmdə papazlara tabe olmağın vacibliyinin rəmzidir.
Yeruşalaim (Quds) xacı
Yeruşalaim (Qüds) xaçı xaçlıların dövründə Qüdsdə Latın krallağının rəsmi gerbi olmuşdur. Barada böyük xaç İsa Məsihin şəxsiyyətini, onun ətrafında olan dörd xırda xaçlar isə dünyanın dörd guşəsində dörd İncilin bəyan edilməsini simvolizə edir.

 5. Quş
Xristianlığın ən qədim rəmzlərindən biri olan quş, İlahinin daim insanın yaxınlığında olmasınından xəbər verir. Məsələn göyərçin Müqəddəs Ruhun müqəddəs suya salınması (baptizmo) mərasiminin rəmzidir, sərçənin təsviri isə Tanrının ən xırda şeylərdən belə xəbərdar olduğunu göstərir.
  

1 şərh

sirrim
mence xac deyilen sey yoxdur sadece onu ruslar qururlar ozlerinden