John Frum - dünyanın ən qəribə dinlərindən biri

Dünyanın ən qəribə dinlərindən biri də amerikan əsgərinə pərəstiş dinidir. John Frum adlı bu din 1940-cı illərin əvvəllərində, Amerikan əsgərlərinin müasir Vanuatunun ərazisinə yerləşdirildiyi zaman yaranıb. O zaman, Sakit Okeanın dünyadan təcrid olunmuş və aborigenlərin  texnika haqqında anlayışı olmadığı Tanna adasına müasir texnologiyalar gətirildi.

John Frum 

Fərziyyəyə görə, 30000 əsgərin arasında John Frum adlı əsgər də olub. O, Tanna xalqının qarşısına çıxaraq, onlardan qərb mədəniyyətindən və xristianlıqdan imtina etməyi, öz adətlərini istənilən yolla qoruyub saxlamalarını xahiş edib. Frum, gələcəkdə ağ insanların adanı tərk edəcəyini və adanın yerli əhalisinin yaradacağı texnologiyaların qərblə rəqabət aparacağını öncədən söyləyib.

 

Nəticədə, əfsanəvi əsgər şəxsiyyətə çevrilib. İndi, adanın sakinləri Frumun hansısa ilin 15 Fevralında geri dönəcəyinə və öz dediklərini yerinə yetirəcəyinə inanır. Müasir alimlər düşünürlər ki, çətin ki, Frum real insan olub. John Frum sözü bəlkə də “John from America” (Amerikadan olan Con) sözündən götürülüb. 

1 şərh

Someone

Birinci dəfədir eşidirəm