4. Əfv planı

Insanın günaha batması Səmanı kədərə qərq etdi. Allah tərəfindən yaradılan dünya günahın lə`nətilə ləkələnmiş oldu və orada iztiraba, ölümə məhkum olunmuş varlıqlar məskunlaşdılar. Elə güman etmək olardı ki, günah etmiş olanlar üçün heç bir qurtuluş yoxdur. Mələklər daha öz vəsf nəğmələrini oxumurdular. Bütün səma məskənlərində günah tərəfindən törədilmiş dağıntılar üçün dərin kədər hökm sürürdü.

Allah Oğlu, şöhrətli Səma Hökmdarı, günaha batmış nəslə canıyananlıqla baxırdı və itirilmiş dünyanın ərşə    yüksələn ahları Onün qəlbini hədsiz mərhəmətlə doldururdu. Lakin insanın əfv planı Ilahi Məhəbbətlə hələ əvvəlcədən yaranmışdı. Pozulmuş qanun günahkarın həyatını tələb edirdi. Bütün Kainatda yalnız Vahid Şəxs var idi ki, insan naminə qanunun tələblərini ödəyə bilsin. Ilahi qanun Allahın Özü qədər müqəddəs olduğu üçün yalnız Allahla bərabər Olan törədilmiş qanunsuzluğu bağışlamağa qadirdir. Məsihdən başqa heç kim günaha batmış insanı qanunun lə`nəti altından xilas edə bilməzdi və onu yenidən Səma ilə ahəngdarlığa gətirə bilməzdi. Məsih günahın təqsirini və rüsvayçılığını Öz üzərinə görürməli idi; günah Müqəddəs Allah üçün o qədər murdardır ki, Ata ilə Oğulu ayırır. Günaha batmış nəslin xilası  üçün Məsih izhtirablar və kədərlər girdabına atılmalı idi.
 
Oğul Ata qarşısında günahkar üçün xahiş edəndə, səma orlusu təsviredilməz dərəcədə dərin həyəcan içərisində son qərarə gözləyirdilər. Bu sirli müşavirə, «sülh məclisi» ( Zəkəriyyə 6:13), uzun çəkdi, burada günaha batmış yer övladlarının taleyi həll olunurdu. Xilas planı dünyanın yaradılmasından əvvəl hazırlanmışdı, zira Məsih «dünya yaradılandan boğazlanmış Qüzüdür» (Vəhy 13:8); lakin Kainatın Padşahı Öz Oğlunugünahkar bəşəriyyət naminə ölümə verməyə daxili mübarizəsiz razı olmadı. «Zira, Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edən hər adam həlak olmasın, əbədi həyata malik olsun» (Yəhya 3:16). Ey bağışlanma sirri! Allah Onun hisslərinə cavab verməyən dünyaya necə məhəbbət bəsləyirdi! «Idrakdan yüksəkdə duran» məhəbbətin dərinliyini ki dərk edə bilər? Sonadək dərk edilməyən məhəbbətin sirrini dərk etmək istəyən ölməz varlıqlar əbədiyyət boyu Onun əzəməti önündə heyrət və səcdə edəcəklər.

Allah Özünü Məsihdə açmalı idi və beləliklə də dünyanı Özü ilə barışdırmalı idi (bax 2 Korinflilərə 5:19). Insan günahla o qədər murdarlanmışdı ki, xaraktercə pak və xeyirxah Olan ilə öz-özlüyündə heç cür barışa bilməzdi. Lakin Məsih insanı qanunun mühakiməsi altından zəmanətə görürməklə Ilahi qüvvəni insan gücsüzlüyü ilə birləşdirdi. Beləliklə, Allah qarşısında tövbə və Məsihəı iman vasitəsilə Adəmin günaha batmış övladları yenidən «Allah övladları» adlanmaq hüququnu əldə edə bilərlər (1 Yəhya 3:2).

Bütünl Səma yalnız onun sayəsində insanın xilas ala bildiyə hədsviz qurbanın əzəmətini dərindən dərk etdi. Məsih əfv niyyətini səma mələklərinə açanda o nların qəlbi dərin kədərlə doldu, çünki onlar gördülər ki, onların sevimli Hökmdarı yalnız son dərəcə dərin iztirablar bahasına insanı xilas edə bilər. Onlar qəlb ağrısı və heyrətlə Məsihi dinləyirdilər. Məsih onlara danışırdı ki, iztirablara, təhqirə və ölümə mə`ruz qalmaq üçün səma paklığını, sülhü, sevinci, şöhrəti, ölməz həyatı necə tərk edəcək və künahkar yerə enəcəkdir. O, günahkar ilə günahın cəzası arasında duracaqdır və yalnız az bir qisim Onu Allah Oğlu kimi qəbul edəcəklər. O Öz əvvəlki Hökmdarı kimi yüksək mövqeyini tərk edərək, yerə enəcəkdir, insan təbiətini Özündə barışdıracaqdır ki, insanların mə`ruz qaldıqları kədərləri və tamahları Öz şəxsi təcrübəsində dərk etsin. Bütün bunlar ona görə vacibdir ki, O, «tamaha mə`ruz qalanlara kömək kdə bilsin»(Ibranilərə 2:18). Necə bir
Müəllim kimi Onun missiyası başa çatdıqda isə, O şərəfsizlərin əlinə veriləcəkdir və iblisin Ona işgəndə verənləri ruhlandırmağa qadir olduğu bütün təhqərlərə və işgəncələrə mə`ruz qalacaqdır. O, təhqirlər altında göylə yer arasında cinayətkar kimi çarmıxa çəkilərək öllməıli olacaqdır. Ötən uzun və ağır saatlar boyu O elə dəzşətli can və qəlb mübarizəsi keçirəcəkdir ki, Ona baxmağa gücləri çatmayan insanlar üzlərini çevirəcəklər. Ata Öz üzünü Ondan çevirəndə və bütün dünyanın günahlarının ağır yükü Onun üzərinə qoyulanda O, dəhşətli qəlb əzabı keçirəcəkdir.

Mələklər insanı xilas etmək üçün öz həyatlarını təklif edərək, Isanın ayaqlarına döşəndilər… Lakin mələk həyatı günahı əfv edə bilməzdi: yalnız insanı Yaradan onu xilas
 
etmək gücünə malik idi. Lakin əfv planının həyata keçirilməsində mələklərə də müəyyən rol ayrılmışdı. «Allahın lütfü ilə hər bir adam naminə ölüm dadmaq üçü Isa mələklərdən bir az aşağı tutulmuşdu» (Ibranilərə 2:9). O çevrilərək insan olacaq və artıq, mələklər Ona xidmət etdikləri vaxtda və Onun iztirab çəkdikləri vaxtda mələklərin Ona ruh verdikləri zaman olduğu kimi onlar qədər qüdrətli gücə malik olmayacaqdır. Onlar da köməkçi kimi xilasın varisi olacaq olanlara xidmət etməyə göndəriləcəklər (bax Ibranilərə 1:14). Bu mələklər onları şər mələklərin tə`sirindən qorumalı və şeytanın həmişə salehləri əhat etmək istədiyi zülməti dağıtmalı olacaqlar.

Mələklər özlərinin Rəbbinin əzablarının və alçaldılmasının şahidləri olanda, onda onlar canıyananlıq və qəzəb hissləri ilə coşaraq, Onu qatillərin əlindən necə də xilas etmək istəyəcəklər! Lakin bu müdaxilə olmamalı idi. Məsih şərəfsizlərin kinayələrinə və təhqirlərinə mə`ruz qalmalı idi, bu əfv planının bir hissəsi idi və O, dünyanın əfv Edicisi olaraq bütün niyyətlə razılaşdı.

Məsih mələkləri əmin edirdi ki, O  Öz ölümü il çoxlarını əfv edəcəOkdir və ölüm imperiyasına malik olanı məhv edəcəkdir, insanların qanunu pozmaq nəticəsində itirdikləri padşahlığı yenidən onlara qaytaracaqdır, əfv edilənlər Onunla həmvaris olacaqlar və əbədi olaraq Onunlaolacaqlar. Günah və günahkarlar məhv ediləcəklər ki, səmanın və yerin rahatlığı heç vaxt pozulmasın. O, səma ordusunu Atanın planı ilə razılaşmağa və Onun ölümün günaha batmış insanı Allahla barışdırmağa xidmət edəcəyinə sevinməyə çağırırdı.

Onda Səmanı izahedilməz bir sevinc doldurdu. Əfv edilmiş dünyanın şöhrəti və xoşbəxtliyi həyat Sultanının iztirablarını və qurbanını ötüb keçmişdi. Göy qübbəsi altında müqəddəs nəğmənin, Beyt-Lehem təpələrində səslənməli olan himnin, ilk sədaları səsləndi: «Ən ucalarda olan Allaha izzət və yer üzündə razı olduğu adamlara sülh olsun» (Luka 2:14). Bu səda indi daha güclü idi, nəinki yer yaradılarkən, «səhər ulduzları hamısı birdən tərənnüm eləyərkən və bütün Allah oğulları sevinclə nida edərkən» (Əyyub 38:7).

Xilas planı haqda insana ilk dəfə iblisə bağda hökm çıxarılarkən xəbər verilmişdi. Rəbb dedi: «Mən səninlç qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başını əzəcək, sən də onu dabanından sancacaqsan» (Yaradılış 3:15). Bu hökm bizim əcdadlarımız üçün əhd-peyman oldu. Insanla iblis arasındakı mübarizənin labüdlüyünü dəyərkən O işarə edirdi ki, əvvəl-axır böyüık yalançı məğlub olacaqdır. Öz layiq olduqları cəzanı gözləyərək, Adəm və Həvva bir cinayətkar kimi adil Hakimin önündə durmuşdular, lakin onlar kədər və zəhmətlə dolu olan öz acı qismətləri haqda, ölümün labüdlüyü haqda eşitməzdən əvvəl ümid sözləri səsləndi. Qüdrətli düşmən onları iztirablara mə`ruz qoyacaqdısa da, lakin indi onlar gələcək qələbəyə ümid bəsləyə bilərdilər.
 
Iblis eşidəndə ki, onunla qadın arasında, onun zürriyəti ilə qadının zürriyəti arasında düşmənçilik salınacaqdır, o başa düşdü ki, onun insana məhvedici tə`siri müəyyən maneələrlə rastlaşacaqdır, insan onun tə`sirinə müqavimət göstərmək gücü alacaqdır. Lakin xilas planı daha tam açıqlananda, iblis günaha batmış mələklərlə birgə şənləndi, çünki onun insanı yoldan çıxartması sayəsindddə Allah Oğlu Öz yüksək mövqeyini tərk etməli olacaqdı. Onda hiyləgər e`lan etdi ki, onun niyyətləri yerdə böyük müvəffəqiyyətlə həyata keçdiyi üçün, insan təbiətini qəbul edən Məsihə asanlıqla qalib gəlmək olar və insan nəslinin xilası planı həyata keçməz.

Səma mələkləri bizim əcdadlarımız qarşısında onların xilası üçün nəzərdə tutulan planı daha tam açıqladılar. Adəm və Həvvanı əmin etdilər ki, onların böyük günahına baxmayaraq, onlar şeytanın ixtiyarına buraxılmayacaqlar. Allah Oğlu onların bağışlanması naminə Öz Həyatını qurban verəcəkdir. Onlar sınaqlara mə`ruz qalmalı olacaqlar və tövbə, Məsihə inam vasitəsilə yenidən Allah övladları olacaqlar.

Onların xilası üçün verilməli olan Qurban, Adəm və Həvvaya Allah Qanununun müqəddəsliyini açdı, onla günahın cinayətkarlığını və onun dəhşətli nəticələrini həmişəkindən daha çox dərk etdilər. Onlar vicdan əzabı və qəlb iztirabları ilə yalvarırdılar ki, cəza onlar üçün məhəbbəti bütün həyatın sevinc mənbəyi Olanın üzərinə düşməsin və hesab edirdilər ki, cəzanı onlar özləri və onların övladları çəkməlidirlər.

Onlara deyildi ki, Allah qanunu Səmanın və həm də yerin idarəsinin əsası olduğu üçün hətta mələyin də həyatı bu qanunun pozulması üçün əvəz verilən qurban kimi qəbul edilə bilməz. Insanın günaha batmış vəziyyətinə uyğunlaşdıraraq qanunun heç bir yazısını dəyişdirmək və yaxud da onda heç bir başqa düzəliş etmək olmaz. Yalnız insanı xəlq edən Allah Oğlu insanı xilas edə bilər. Adəmin cinayəti dünyaya iztirabı və ölümü necə gətirmişdirsə, eləcə də Məsihin qurbanı sevinc və ölməzlik gətirəcəkdir.

Əfv planı həyata keçərək reallaşanda yalnız insan deyil, hiyləgərin əsarətində olan  yer də dirçələcəkdir. Adəm öz yaradılışından sonra bütün yerin hökmdarı idi, lakin günah edərək şeytanın əsarəti altına düşdü, «...zira, kim kimin tərəfindən məğlub edilirsə, onun da quludur» (2 Peter 2:19). Insan şeytanın əsiri olanda, onun qüdrəti ona qalib gələnə keçdi. Beləliklə də, şeytan oldu «bu əsrin tanrısı» (2 Korinflilərə 4:4). O, yaradılış zamanı Adəmə verilən yer üzərindəki hakimiyyəti qəsb etdi. Lakin Məsih Özünü qurban etdi ki, nəinki yalnız insanı bağışlasın, həm də onun itirdiyi hökmdarlığı qaytarsın. Birinci Adəm tərəfindən itirilən hər şey ikincilərə qaymarılacaqdır. Peyğəmbər nida edir: «Sən, ey sürünün qülləsi, Sion qızının zirvəsi, sənə gələcək və qayıdacaq əvvəlki hakimiyyət,
Yerusəlim qızının padşahlığı gələcək» (Mika 4:8). Həvari Pavel də həmçinin «Allahın Öz
mülkünün qurmuluşu, Onun izzətinin mədhi üçün mirasımız» haqqında danışır (Efeslilərə 1:14). Allah yeri yaratdı ki, onda müqəddəs və xoşbəxt varlıqlar məskən salsınlar. «Göyləri yaradan Rəbb, dünyaya surət verən və onu yaradan, onu təsdiqləyən və onu əbəs
 
yaratmayan, üzərində məskən salınsın deyə ona surət verən Allah belə deyir: Rəbb Mənəm və başqası yoxdur» (Yeşaya 45:18). Bu plan yalnız o vaxt həyata keçəcəkdir ki, Ilahi qüvvə ilə yeniləşən, günahdan və iztirablardan təmizlənən yer bağışlananların əbədi məskəni olacaqdır. «Salehlər yerə varis olacaqlar və onda əbədi yaşayacaqlar» (Zəbur 37:29). «Artıq heç bir lə`nət mövcud olmayacaq. Allahın və Quzunun taxtı onda olacaq və Onun qulları Ona xidmət edəcəklər» (Vəhy 22:3).

Adəm mə`sum olarkən öz Yaradanı ilə ünsiyyətdən sevinirdi, lakin günah insanı Allahdan ayırdı. Yalnız Məsihdə barışmaqla uçurum üzərindən körpü salına bilərdi, yalnız Isa vasitəsi ilə bəşəriyyət xeyir-dua və xilas ala bilərdi. Insan öz Yaradanı ilə ünsiyyət etmək imkanından məhrum olmuşdu, lakin Allah, Məsih və mələklər vasitəsilə insanlara yol tapdı.

Ədəmdə Ilahi hökmün səsləndiyi andan başlayaraq ta böyük daşqına və daha sonralara, Allah Oğlunun birinci gəlişinə qədər bəşəriyyət tarixinin mühüm hadisələri Adəmə açıqlandı. Adəm üçün o da sirr qalmadı ki, Məsihin qurbanı bütün dünyanın bağışlanması üçün kifayət etsə də, çoxları günahkar həyatı tövbədən və Allah iradəsi ilə ahəngdar həyatdan üstün tutacaqlar. Cinayətkarlıq nəsildən-nəsil artacaqdır və günahın lə`nəti getdikcə daha ağır yük kimi bəşəriyyətin, heyvanların və yerin üzərinə çökəcəkdir. Insanın ömür günləri günahkar həyat tərzi üzündən azalacaqdır. Dünya mümkün ola bilən bütün iztirablarla dolana qədər insan şərə müqavimət göstərmək qabaliyyətini itirə-itirə fiziki, əqli və mə`nəvi cəhətdən cırlaşacaqdır. Insanlar öz ehtiraslarına uyaraq əfv planının böyük həqiqətlərini dərk etməyə qadir olmayacaqlar. Lakin Məsih günahkarlara canı yanaraq, onları öz azğınlıqlarını və qüsurlarını Onda açmağa çağıraraq uğrunda Səmanı tərk edəcəyi Öz məqsədinə sadiqdir. O, iman ilə Ona gələkləri doyduracaqdır. Bütün artan qanunsuzluqlara baxmayaraq dünyada həmişə Allah haqqında həqiqi biliyini və qəlb təmizliyini qoruyan insanlar olacaqdırlar.

Allah tərəfindən müəyyən edilən qurboanların gətirilməsi insana daim xatırlatmalı idi ki, onun öz günahlarını e`tiraf etməsinə və əhd edilmiş Bağışlayana canlı imana ehtiyacı vardır. Onlar günaha batmış bəşəriyyətə şəhadət etməli idilər ki, günah ölümə gətirib çıxarır. Birinci qurbanın gətirilməsi Adəm üçün yüksək dərəcədə əzab verici mərasim idi. O öz əli ilə yalnız Allahın verə biləcəyi həyatdan məhrum etməli idi. Beləcə Adəm ilk dəfə ölümü gördü və başa düşdü ki, əgər o, Allaha sadiq qalsa idi, onda nə insan, nə də heyvan ölümə məhkum olmazdılar. Mə`sum qurbanı öldürərkən o bu fikirdən sarsılaraq titrədi ki, onun günahı üzündən qüsursuz Allah Quzusunun qanı töküləcəkdir. O yalnız Allahın sevimli Oğlunun ölümu ilə bağışlana bilən öz cinayətinin bütün dəhşətini dərindən və aydın dərk etdi. Adəm günahkarın xilası naminə belə böyük fidiyə ödəyən Hədsiz Xeyirxahlığa heyran qaldı. Ümid ulduzu inam və sevinc saçaraq qaranlıq və dəhşətli gələcəyi nura qərq etdi.
 
Xilas planı insanın bağışlanmasından başqa əhəmiyyətcə və dərinlikcə heç də az olmayan başşşqa tə`yinata da malik idi. Məsih yerə yalnız ona görə gəlməmişdi ki, bu kiçik planetin sakinləri Allah Qanununa itaət etməyi öyrənsinlər, — xilas planı həm də böhtan atılmış Allah xarakterinə bütün Kainat qarşısında haqq qazandırmalı idi. Xilaskar Özünün çarmıxa çəkilməsindən bir qədər əvvəl demişdi: «Bu dünya indi hökmə uğrayır; bu dünyanın rəisi indi çölə atılacaqdır. Mən yerdən yuxarı qaldırılanda bütün insanları Özümə cəlb edəcəyəm» (Yəhya 12:31,32); Məsih bu sözlərlə qabaqgörəncəsinə Öz böyük qurbanının nəticəsinə, onun həm günaha batmamış dünyalar üçün, həm də insan üçün böyük əhəmiyyətinə işarə edirdi. Insanın bağışlanması naminə Məsihin ölümü yalnız insanlara Səmaya aparan yolu açmırdı — o, bütün Kainatın qarşısında şeytanın üsyanı zamanı Allahın və Oğulun fəaliyyətlərinə haqq qazandırmalı, günahın mahiyyətini və nəticələrini ifşa etməli, Allah Qanununun dəyişilməzliyini təsdiqləməli idi.

Allahın Qanunu ətrafında lap əvvəldən böyük mübarizə alovlanmışdı. Şeytan sübut etməyə çalışırdı ki, Allah ədalətli deyildir, Onun qanunu mükəmməl deyildir və bütün Kainatın xeyri üçün o dəyişilməlidir. Qanunu hücum edərkən şeytanın niyyəti Qanunvericinin hakimiyyətini devirmək idi. Baş verən mübarizədə aydınlaşmalı idi — həqiqətənmi Ilahi qaydalar qeyri-mükəmməldir və dəyişilməlidir və yaxud onlar kamil və dəyişilməzdir.

Iblis Səmadan rədd ediləndə o, yeri öz padşahlığı emtək niyyətində idi. Adəmi və Həvvanı yoldan çıxararaq onlara qalib gələndə o fikirləşirdi ki, öz məqsədinə çatmışdır, çünki, hiyləgərin inandırmağa çalışdığına görə, onlar onu öz sahibləri seçmişdilər. O təsdiq edirdi ki, günahkarın əfv alması qeyri-mümkün və buna görə də günaha batmış insanlar təbii surətdə onun təbəəsi olmuşlar, dünya isə onun xüsusıi mülkiyyətinə keçmişdir.
Lakin Allah Ona bərabər olan Öz bircə sevimli Oğlunu verərək Onu cinayətin ağır yükünü
daşımağa tə`yin etdi ki, beləliıklə günahkarlara onların Allah və öz yurdları olan Ədəmə qayıda biləcəkləri yolu açsın. Məsih insanı xilas etməyə və dünyanı şeytanın hakimiyyətindən qurtarmağa girişdi. Səmada başlayan böyük mübarizə bu dünyada, şeytanın özülnünkü e`lan etdiyi yerdə həll olunmalı idi.

Kainat böyük heyrət içərisində bildi ki, günaha batmış insanın xilası naminə Məsih Özünü ram edəcəkdir. Bütün ulduzlar və bütün dünyalar Ona məxsus olsa da,Öz yaratdığı hədsiz sayda varlıqların bütün hamısına sahib olan və hər birinin qayğısına qalan, insan təbiətini qəbul edərək Ona məxsus olan şöhrəti tərk etməyi qərara aldı. Bu, başqa dünyaların günaxsız varlıqlarının dərk etmək istədikləri sirr idi. Məsih insan sürətində bu dünyaya gələndə, bütün səma sakinləri həyəcan içərisində qana bulaşmış həyat yolu boyunca — beşikdən Qolqotaya qədər — həyacan içərisində adıım — addım Onu izləyirdilə. Səma Məsih edilən tədqirləri və kinayələri qeyd edirdi və bilirdi ki, bunlar şeytanın fitnələridir; o, şər mələklərinin də fəaliyətlərini izləyirdi. Şeytan insanların dərd və iztirablarını artıraraq daim zültəmi qatılaşdırırdı, Məsih isə zültəmi dağıdırdı. Səma
 
sakinləri işıq  və zülmət arasındakı getdikcə qızışan  mübarizəni müşahidə edirdilər.  Nə vaxt ki Məsih ölümqabağı can çəkişməsi içərisində nida etdi: «Tamam oldu!» (Yəhya 19:30)
-    qələbənin sevinc sədası bütün dünyaları və göyləri dolaşdı. Bu dünyada belə uzun sürən böyük mübarizənin nəticəsi qabaqcadan həll olunurdu və Məsih Qalib çıxdı. O Öz ölümü ilə bu suala cavab verdi: fədakarlıq və özünü qurban vermə ruhunu əməldə göstərmək üçün Ata və Oğul insanlara kifayət qədər məhəbbətə malikdirlərmi? Şeytan özünün əsl yalançılıq və qattillik mahiyyətini gördü. Indi aydın oldu ki, əgər şeytan bütün səma varlıqlarına hakim ola bilsəydi, insanlarla necə rəftar etmişdisə, elə də edərdi. Bütün Kainat yekdilliklə Ilahi idarənin ədalətliliyini tanıdı.

Əgər qanunu dəyişmək mümkün olsaydı, onda Məsihin qurbanı olmadan da insan xilas alardı, lakin günaha batmış insan nəsli üçün Məsihin Öz həyatını verməli olması ona dəlalət edir ki, Allah Qanunu günahkarı öz tələblərindən azad etmir. O sübut edir ki, günahın cəzası ölümdür. Məsih ölən zaman şeytanın taleyi həll olunurdu. Əgər çoxlarının öyrətdiyi kimi, qanun çarmıxda ləğv edilmiş olsa idi, onda Allahın sevimli Oğlunun əzabları və ölümü şeytanın xeyrinə xidmət edərdi, şərin rəisi şənlənə bilərdi, çünki onun Allah idarəsinin prinsiplərinə qarşı sürdüyü ittihamlar təsdiq olunardı. Məsih insanın günahının cəzasını Öz üzərinə götürdü və bu bytyn yaradılan varlıqlar üçün güclü sübutdur ki, qanun dəyişilməzdir, Allah salehdir, rəhmdildir və fədakarlığa hazırdır, ədalətlilik və mərhəmət Ilahi idarəstmənin əsas prinsipləridirlər.


Mənbə: Əcdadlar və Peyğəmbərlər (Patriarchs and Prophets)
Müəllif: Ellen Uayt (Ellen Gould White), Adventist xristian cərəyanının islahatçısı, 7-ci gün Adventist Kilsəsinin yaradıcısı
 

0 şərh