Zərdüşt dini

Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keçməsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müsbət təsir göstərdi.
O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yaxşılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı peyğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etməsini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi.
Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna adlandırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.
 

1. Zərdüştün həyatı


Alimlər qədim İranda mövcud olan peyğəmbərin tarixi mövcud- luğuna şübhə ilə yanaşırlar, amma eləcə də həmin peyğəmbərin möv- cudluğunu inkar da etmirlər. Zərdüşt, zərtüşt, zəradüşt, zəratüşt, zər- dəhəşt və s. Zərəsuştra sözünə bənzər sözlərdirlər ki, Qatlarda (Zər- düştlərin müqəddəs kitabının bir hissəsidir) qeyd olunmuşdur. Daha düzgün nəzəriyyəyə əsasən “Zərdaştər”, yəni “Sarı dəvə sahibi”-dir.
Onun atasının adı Puruşəsb, yəni qoca at sahibi, anasının adı Doğdo, yəni inək sağan, ailəsinin və nəslinin adı isə Spitəmə, yəni  Ağ nəsilli idi.
Məşhur islam tarixçisi Təbəri və Zərdüştün bəzi şagirdləri onun Fələstindən olduğunu qeyd edirlər və onun həmin ərazilərdən İrana köçdüyünü vurğulayırlar. Amma tarixçilərin əksəriyyəti və eyni za- manda Zərdüştlərin özləri də onun İranlı və Azərbaycanlı olduqlarını bildirirlər. Onların nəzərincə Zərdüştün meydana çıxdığı yer təxmi- nən Urmiya gölünün ətrafındakı dağlar yerləşən məkandır. Elə buna görə də, Urmiya gölünün suyu Zərdüşt dinin davamçıları üçün mü- qəddəsdir. Bəzi tədqiqatçıların nəzərincə isə o qədim İranın şərq böl- gələrindəndir.
Zərdüştün meydana çıxdığı zaman barədə də nəzərlər müxtə- lifdir və bəzi alimlərin nəzərincə onun meydana çıxdığı zaman eradan 6000 il əvvələ qayıdır. Amma daha məşhur nəzəriyyəyə əsasən o eradan əvvəl 660-cı ildə dünyaya gəlmişdir və eradan əvvəl 630-cu ildə, yəni 30 yaşında peyğəmbərliyə çatmışdır.
Zərdüşt peyğəmbərliyə çatdıqdan sonra dövrünün şahı Güştasbın yanına getdi və onu öz dininə dəvət etdi. Şah Güştasb dərhal onun di- nini qəbul etdi. Əbülqasim Firdovsinin “Şahnamə” əsərində belə  qeyd olunmuşdur ki, İranlıların Turanlılara bac və xərac ödədikləri zamanda Zərdüşt meydana çıxdı və şaha əcnəbilərə xərac ödəməkdən boyun qaçırmağı əmr etdi. Şah Güştasb onun sözlərini qəbul edərək bu işə son qoydu. Qeyd etmək lazımdır ki. İranlıların bu addımı Turanlıların qəzəblənməsinə səbəb oldu. Onlar Güştasba yeni dindən əl çəkməyi əmr etdilər, amma şah bunu qəbul etmədi. Elə bu sə- bəbdən də Turanlılar İrana hücum etdilər və bəzi rəvayətlərə əsasən Zərdüştün özü də həmin müharibə zamanı həlak oldu. Sonda Güştasb işğaıçılara qalib gəldi və Zərdüştlüyü yaymağa davam etdi. O, oğlu İsfəndiyarı bu dini yaymaq məqsədilə bir çox yerlərə göndərdi.
Zərdüşt eradan əvvəl 583-cü ildə, 77 yaşında hal-hazırda Əfqa- nıstanda yerləşən Bəlx şəhərindəki Atəşgahda Turanlılar tərəfində qətlə yetirilmişdir.
Zərdüştün peyğəmbərliyə çatması məsələsi Şahnamə əsərində mövcuddur, amma çox təəssüflər olsun ki, bu məsələ Şahnamənin əf- sanələr bölümündə qeyd olunmuşdur. Belə ki, Güştasb (Zərdüştün dəvət etdiyi və bu dini qəbul edən ilk şah) barəsində çoxlu ixtilaflı nəzərlər mövcuddur. Bəziləri onun Viştasb, Əhəməni şahı birinci Daranın atası olduğunu bildirirlər. Digər tərəfdən tarixi nöqteyi-nəzərdən tam məlumdur ki, Viştasb padşah olmamışdır. O, mahal əmiri olmuşdur.
 zərduşt dini

2. Avesta


Zərdüştlərin müqəddəs kitabı Avesta, yəni əsas və özül mətn adlanır. Bu kitab Avesta dili və xətti ilə qələmə alınmışdır və antik İran aiddir. Qeyd etmək lazımdır ki, Avesta dili Sanskrit dili ilə eyni kök- lüdür. Bir çox tədqiqatçıların nəzərincə Avesta xətti 226-641-ci il- lərdə meydana çıxmışdır və o zamana qədər insanların əzbər olaraq zehnlərində saxladıqları Avestanın mətni bu xəttin vasitəsilə qələmə alınmışdır. Bəzi nəzərlərə əsasən isə Avesta İslam dininin peyda ol- masından sonra qələmə alınmışdır.
Həm Zərdüştlər, həm də bu sahədə araşdırma aparan tədqiqat- çılar yekdilliklə bu məsələni qəbul edirlər ki, əslində Avesta çox iri həcmli olmuşdur və bəzilərinin nəzərincə 12000 inək dərisinin üzə- rinə yazılmışdır. Hal-hazırda mövcud olan Avesta 83000 sözdən iba- rətdir və böyük ehtimala görə bu kitabın ilkin mətni 345 min 700 söz- dən ibarət olmuşdur. Yəni, hal-hazırda mövcud olan Avestadan dörd dəfə böyük. Əsil Avesta 21 Nəskdən, (bölüm və yaxud kitabdan) iba- rət idi və indi mövcud olan Avesta da 21 Nəskdən ibarətdir.
Avesta 5 bölümdən ibarətdir:
  1. Yəsna (Bayram və sitayiş): Bu bölmənin bir hissəsi Qat-lar adlandırılır (Nəğmə və müsiqi mənasında). Qatlar dualardan, dini elmlərdən ibarətdir və Avestanın ən mühim hissəsidir. Bu hissənin Zərdüştün özünə aid olunduğu bildirilir, halbu ki, Avestanın digər hissələri Zərdüşt dininin digər rəhbərlərinə aid
  2. Visperəd (Bütün ağalar): Müxtəlif sitayişlərdən ibarətdir.
  3. Vəndida (Div, yəni şeytana qarşı qanun): Bu bölümdə halal, haram, nəcis və pak şeylər barədə yazılmışdır.
  4. Yəştha (Sitayiş, dini nəğmə və zikr):
  5. Xorde Avesta (Balaca Avesta): Dini bayramlar və mərasim- lər, eləcə də həmin mərasimlərə uyğun dini nəğmələrin seçilməsi ba- rəsində olan bölüm.
Zərdşütlərin Avestadan əlavə “Zənd Avesta” adında təfsir kitabı və müxəlif başqa kitablar da mövcuddur.
 

3. Zərdüştün təlimləri


Zərdüştlükdə üç əsas prinsip mövcuddur: Düzgün danışıq, Düzgün düşüncə və Düzgün əməl. Biz müxtəlif dinlərdə buna bənzər prinsiplərlə üzləşirik.
Xeyir və parlaqlıq tanrısının nişanələrindən olan oda hörmət nümayiş etdirmək, odu həmişə yanar halda saxlamaq, Atəşkədə, yaxud atəşgah adlanan məbədlərdə odun ətrafında məxsusi mərasimlər keçirtmək bu dinin ən əsas özəlliklərindəndir. Bu dində eləcə də abadlıq yaratmaq, əkinçilik, təsərrüfat, maldarlıq və şəhərsalma si- tayişə layiq məsələlər sırasındadır. Heyvanlara, xüsusən də itə və inə- yə hörmətlə yanaşmaq və insanlarla xoş rəftar etmək xüsusi yerə ma- likdir. Zərdüştlər qədim zamanlarda öz ölülərinin cəsədlərini nə tor- pağa basdırırdılar, nə də suya atırdılar, çünki onlar həm suyu, həm də torpağı müqəddəs bilirdilər və onları çirkləndirmək istəmirdilər. Elə bu səbəbdən də, cənazələri Dəxme adlanan yerlərdə saxlayırdılar və leş yeyən heyvanlar həmin cənazələri yeyirdilər. Amma artıq neçə əsrlərdir ki, öz ölülərini torpağa tapşırırlar.
İrandakı bəzi adət-ənənələr, o cümlədən Novruz bayramından öncə olan çərşənbələr, işığın və çırağın parlaqlığına and içmək və di- gər məsələlər Zərdüştlük təlimləri ilə əlaqəlidir. İslam dininin ilk əsr- lərində mövcud olan zındıqların bəziləri də Zərdüştlüyün davamçıları idilər.
 

4. Yaranışın və ikili sitayişin hekayəsi


Heç kim Zərdüştlərin iki tanrıya (xeyir Tanrısı Ahura Mazda və şər Tanrısı Əhrimən, yaxud işıq Tanrısı və qaranlıq Tanrısı) sitayişi məsələsi hansı əsrdə başlamışdır. Avestanın Qatlarında, yəni Zərdüştlərin müqəddəs kitabının Zərdüşt peyğəmbərin özünə aid olan hissə- sində Əhrimən tək Tanrı olan, parlaqlıq və qaranlıq Tanrılarından da- ha üstün sayılan, varlığın yaradıcısı Ahuraməzdanın deyil Müqəddəs ağılın müqabilində dayanmışdır. Sasanilərin hakimiyyəti dövründə Zərdüştlərin bir qolu da meydana çıxdı və bu dəstənin adı Zərvanilər idi. Onların nəzərincə tək Allah mövcuddur və onun adı Zərvandır. Zərvanilər tək Tanrılarını xeyir və şər Tanrılarından daha yuxarı və üstün bilirdilər. Bu dinin o zamanlar davamçıları həddən ziyadə idi.
 

5. Tanrılar


Zərdüştlük barəsində araşdırmalar apardıqca məlum olur ki, Zərdüşt İranlılar arasında dini islahatlar aparmaq və Ariyayilərin qə- dim dinlərində mövcud olan xürafati düşüncələri yeniliklər yaratmaq məqsədilə meydana çıxmışdır. Belə ki, o Ahuraməzdanı təbliğ etmiş və öz qövmünün Dəevə (yəni Div) adlanan Tanrılarını səhv bilmiş, onları yalanı sevənlərin Tanrısı adlandırmışdır.
Zərdüştlükdə Ahuraməzdanın altı köməkçisi var və bu köməkçi- lər İbrahim peyğəmbərdən mənşə alan dinlərdə mələklərlə eyni rola malikdirlər. Həmin köməkçilər Əmşaspəndlər, yəni “Ölməz müqəd- dəslər” adlandırılırlar. Onların Spəntaminu, yəni “Müqəddəs  ağıl” adlı rəhbərləri vardır və adları belədir:
  • Vohumən
  • Əşəvəhişta
  • Xşəsrə-vəyra
  • Spənta Arməiti
  • Hauvərtat
  • Emertat
Onlardan sonra Yəzətlər dayanıblar və onlardan otuzu daha məşhurdur. Bunlar müqəddəs ağlın köməkçiləridirlər. Amma Əhrimənin də öz köməkçiləri mövcuddur.
Zərdüştlük dininin təlimlərinə əsasən hal-hazırki dünya 12000 il- lik dövrədən ibarətdir. Yaxşılıqlar tanrısı 3000 il ərzində dünyaya hökmranlıq edib və bu müddət ərzində pisliklər tanrısı zülmət qaran- lıqda qalıb. Bu müddətdən sonra pislik tanrısı qaranlıqlardan çıxaraq yaxşılıqlar tanrısı ilə üzləşir. Yaxşılıqlar tanrısı pisliklərtTanrısına onunla üzləşmək üçün doqquz min il müddət verir. O, sonda özünün qələbə qazanacağına əmin idi. Bu zaman ərzində onlar yaxşılıqlar və pisliklər törətməklə işlərinə başladılar. Üç min ildən sonra Zərdüşt dünyaya göz açdı və bundan sonra hadisələr yaxşılıqlar Tanrısının xeyrinə inkişaf etməyə başladı.
 

6. Dünyanın sonu


Zərdüştlük minilliyində Zərdüştün nəslindən olan üç xilaskarın meydana çıxması məsələsi meydana çıxarılır. Bu xilaskarlar bir-birinin ardınca gələrək dünyada haqq-ədaləti bərqərar edəcəklər:
  1. Huşidər: Zərdüştdən 1000 il sonra
  2. Huşidərmah: Zərdüştdən 2000 il sonra
  3. Suşyans ya Suşyant: Zərdüştdən 3000 il sonra. Suşiyantın zühurundan sonra dünyanın sonu gələcək.

7. Ruhun qalması


Zərdüştlər ruhun əbədiliyinə inanırlar. Onların nəzərincə ruh bədəni tərk etdikdən sonra qiyamət gününə qədər Bərzəx aləmində qalır. Onlar həmçinin Sirat körpüsünə, əməl tərəzisinə (Mizana), cənnət və cəhənnəmə də inanırlar. Zərdüştlük dini nöqteyi-nəzərin- dən olan cənnət İslam dinindəki cənnətlə çox yaxındır. Amma odun müqəddəs olması səbəbindən Zərdüştlərin cəhənnəmi olduqca soyuq və çirkli bir məkandır. Bu məkanda müxtəlif bədheybət heyvanlar cəhənnəm əhlinə əzab verirlər.
 

8. Hazırki vəziyyət


Müsəlmanlar ikinci xəlifənin zamanında İranı fəth etdilər. İranın fəthindən sonra İranlılar Zərdüştlük dinindən uzaqlaşaraq İslam  dinini qəbul etdilər və bu dinin çiçəklənməsində böyük xidmətlər göstər- dilər. Bu barədə ətraflı məlumat əldə etmək üçün şəhid Mütəhhərinin “İran və İslamın qarşılıqlı xidmətləri” kitabına müraciət edə bilərsiniz. Bəhram ibn Keyqubad adlı Zərdüşt aliminin 1600-cü ildə qələmə aldığı “Səncan” hekayəsinə əsasən İranda yaşayan Zərdüştlər İranın İslam dini tərəfindən 100 il müsəlmanlar tərəfindən böyük əzab-əziyyətlərə məruz qaldılar. Sonra münəccimlərin tövsiyyəsilə dəniz yolu ilə Hindistanın Bombey şəhərinə köçməyə başladılar. Bu hekayə tarixçilər tərəfindən qəbul edilmir və onların nəzərincə Zərdüştlərin İrandan Hindistana mühacirəti islam dinindən öncə başlamışdır və İslam dininin gəlməsindən bir neçə əsr sonraya qədər davam etmişdir. Hal-hazırda onlardan 150000 nəfəri hələ də Parsi adlandırılırlar. Onların təxminən 150000 nəfər Yəzd, Kerman və Tehranda yerləşmişlər. Zərdüştlər savadlı və mədəniyyətli qövmdür və həmişə də ətrafda olan insanlarla əlqələri çox gözəldir.
 
Müəllif: Hüseyn Tövfiqi
Mənbə: "Böyük dinlərlə tanışlıq" kitabı, 2013
ISBN 978-9952-20-080-5

0 şərh