Iudaizm dini haqda
İudaizm (qədim yəhudi dilində “yaradut”) – yəhudi xalqının milli dinidir. Bizim eradan əvvəl II minillikdə (Şimali Ərəbistanın köçəri yəhudi tayfalarının siyasi inancları və adətləri əsasında) yaranıb. Bizim eradan əvvəl XIII əsrdə onlar Fələstini işğal edir (Xanaan), yerli kultların dini təsəvvürlərini özünə hopdurur. İudaizmin yaranmasına İudlar tayfası (ad da buradandır) xüsusi təsir edir. Onların Yaxve allahına kultları (sitayişləri) var. Sonralar Yaxve tək allah olur. Hökmdar David İud nəslindən idi (bizim eradan əvvəl XI əsrin sonu-bizim eradan əvvəl təxminən 977-ci il) və onun dövründə İsrail-İudey çarlığı gücləndi ki, bu da indey nəslinin üstün vəziyyətini (mövqeyini) təmin etdi. İudaizmdə inanc təlimi və kult elementləri erkən formalaşır. Onlara aiddir:
Bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsinin (əhdi-ətiq) bizim eradan əvvəl X əsrdə yazıldığı qeyd olunur.

Tanaxın kilsə tərəfindən qanuniləşdirilməsi bizim eradan əvvəl III-II əsrlərdə başa çatır. VI əsrdə istila müharibələri nəticəsində yəhudilərin Aralıq dənizi boyu səpələnməsi baş verir, diasporlar yaranır; yəhudi Bibliyasının yunan dilinə tərcüməsi başlanır (son tərcümə Septuaqinta). İudaizm tarixində sonrakı dövr ravinn-talmud XIX əsrin başlanğıcına qədər davam etmişdir. II-III əsrlər hüquq normaları toplusu Mişna (Təkrar) yaranır. Mişnaya Qalaxa normativ aktlar toplusu (Qanun) və Aqada (Rəvayət) — Talmuda və Qalaxaya izahat daxildir. IV-V əsrlərdə ammoraylar (təvsirçilər) Mişnaya yeni qanun-qaydalar daxil etdilər. Qemara (Tamamlama) toplusu yarandı. Qemara Mişna ilə birlikdə Talmudu (Təlim) təşkil etdi. İki Talmud -Fələstində tərtib olunmuş yerusəlim Talmudu və diaspora tərəfindən tərtib olunmuş vavilon Talmudu fərqləndirilir. Talmud qanunvericiliyin, əxlaqi etik kodeksin, məhkəmə icrasının əsasıdır. Talmud III-V əsrlərdə tam tərtib olunmuşdur. Orada yəhudilər üçün qaydalar (613 qayda-təlimat) var. İudaizmdə bir sıra bayramlar mövcuddur-şabbat (şənbə) istirahət vaxtı və istənilən fəaliyyətə qadağa yom-kippur (hər şeyi bağışlamaq günü) sutka ərzində ac qalmaq (tövbə etmənin simvolu), pesax (pasxa) yazın gəlişini və yəhudilərin misir əsirliyindən azad olmasını simvolizə edir. İudaizmdə inisiasiya adətləri-sünnət və s. var. Müstəmləkəçilikdən sonra Talmudun iki yeni istiqaməti yaranır:
XIX əsrin ortalarında Qərbi Avropada və ABŞ-da iudaizmin reformasını təklif edən hərəkat meydana gəlmişdir.
XIX əsrin sonlarında sionizm əmələ gəlmişdir. Sionizm yəhudi içtimai fikrin istiqaməti olub iudaizmin siyasiləşməsidir. Hazırda iudaizm İsraildə, ABŞ-da, Şimali və Cənubi Afrikada, Avropada və s. yayılmışdır. O, İsraildə dövlət dini olmasa da onun institutları dövlət strukturları ilə sıx bağlıdır. İsrailin Ali ravinatı mövcuddur, dini-siyasi partiyalar fəaliyyət göstərir. Rusiyada iudaizm əsasən ortodoksal formada mövcuddur.
Z.P.Trofimova
Mənbə: Глобалистика. Международный, междудисциплинарный энциклопедический словарь. Москва – Санкт – Петербург – Nyu York. 2006, 1160c.
- Allah, Kainat, insan haqqında təlim.
- dini kultun göndərilmə qaydası.
- Mənəvi-əxlaqi münasibətlər kodeksi.
- dini institutlar sistemi.Allah seçimi konsepsiyası.
- Messianizm-Messinin gəlişi (padşahın və ya Allah elçisinin), İlahi Hökmdarlığın yaranması.
Bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsinin (əhdi-ətiq) bizim eradan əvvəl X əsrdə yazıldığı qeyd olunur.

Tanaxın kilsə tərəfindən qanuniləşdirilməsi bizim eradan əvvəl III-II əsrlərdə başa çatır. VI əsrdə istila müharibələri nəticəsində yəhudilərin Aralıq dənizi boyu səpələnməsi baş verir, diasporlar yaranır; yəhudi Bibliyasının yunan dilinə tərcüməsi başlanır (son tərcümə Septuaqinta). İudaizm tarixində sonrakı dövr ravinn-talmud XIX əsrin başlanğıcına qədər davam etmişdir. II-III əsrlər hüquq normaları toplusu Mişna (Təkrar) yaranır. Mişnaya Qalaxa normativ aktlar toplusu (Qanun) və Aqada (Rəvayət) — Talmuda və Qalaxaya izahat daxildir. IV-V əsrlərdə ammoraylar (təvsirçilər) Mişnaya yeni qanun-qaydalar daxil etdilər. Qemara (Tamamlama) toplusu yarandı. Qemara Mişna ilə birlikdə Talmudu (Təlim) təşkil etdi. İki Talmud -Fələstində tərtib olunmuş yerusəlim Talmudu və diaspora tərəfindən tərtib olunmuş vavilon Talmudu fərqləndirilir. Talmud qanunvericiliyin, əxlaqi etik kodeksin, məhkəmə icrasının əsasıdır. Talmud III-V əsrlərdə tam tərtib olunmuşdur. Orada yəhudilər üçün qaydalar (613 qayda-təlimat) var. İudaizmdə bir sıra bayramlar mövcuddur-şabbat (şənbə) istirahət vaxtı və istənilən fəaliyyətə qadağa yom-kippur (hər şeyi bağışlamaq günü) sutka ərzində ac qalmaq (tövbə etmənin simvolu), pesax (pasxa) yazın gəlişini və yəhudilərin misir əsirliyindən azad olmasını simvolizə edir. İudaizmdə inisiasiya adətləri-sünnət və s. var. Müstəmləkəçilikdən sonra Talmudun iki yeni istiqaməti yaranır:
- konservativ – ravvinat institutunu inkar edən (qədim yəhudi dilində “rev”-böyük deməkdir) bəzən Talmud və Talmudun şərhi; karamlar bu istiqamətə aiddirlər;
- modernist – mahiyyətcə iudaizmin konkret yerə və zamana uyğunlaşdırılmasıdır.

0 şərh