Səma səltənəti nəyə bənzəyir ?

Düzdür, bizim vəzifəmiz – sizi səma səltənətinə deyil, ruhi aləmə yönəltməkdir. Bununla belə, bir qədər də onların təsvirinə vaxt ayıraq. Bibliyada cənnət işıqla dolu olan, ağrılar-acılar olmayan, yalnız fərəh olan bir məskən kimi təsvir olunur. Quranda, xüsusiilə də Hədis-əl-Qüdsidə səma səltənəti barədə məsələyə baxılır. Hədis-əl-qüdsiyə görə cənnətə düşən kəsin yaşı heç vaxt otuz üçü keçmir.  İnsanlar adətən qocalmaq istəmirlər, belə ki, qocalıq özü ilə fiziki və əqli xəstəliklər daşıyır. Deməli, ali həzz məskənində insanlar qocalmırlar. Bu dünyada insan ən güclü həzzlərdən biri olan cinsi əlaqəyə can atır.
Səma səltənəti nəyə bənzəyir ?
Quran vəd edir ki, səma səltənətində hər kəs yetmiş bakirə qızdan həzz alacaq və onun sərəncamında 80 000 qulluqçu olacaq. Orada heyrətamiz gözəlliyə malik olan kişilər və qadınlar var. Həmin həzzlərlə müqayisədə yer həzzləri sizə ağrı-acı görünər. Nəslin davam etdirilməsinə gəldikdə isə, uşağın dünya gətirmək bir neçə dəqiqənin içərisində baş verir və uşaq dünyaya körpə halda deyil, sağlam bir gənc kimi gəlir. Orada həm də elə məstedici maddələr vardır ki, sonra insanda xoşagəlməz nəticələr törətmir.
Yüksək səma planetlərində varlıqlar milyonlarla il, daha yüksəklərində isə trilyonlarla il yaşayırlar (nəzərdən qaçırmayın ki, bütün bunlar nisbidir, zaman müddətini qiymətləndirərkən, biz öz zaman təsəvvürlərimizdən irəli gələrək danışırıq).  Səma planetlərində yaşayanlar üçün mistik (qeyri-adi) qabiliyyətlər tamamilə adi bir şeydir. Halbuki, biz bu dünyada həmin qabiliyyətlərə malik olmaq istəyirik.
Onlarda öz bədənlərini mikroskopik ölçülərə qədər kiçiltmək və ya əksinə, nəhəng olmaq, hətta öz bədənlərini çəkisiz bir hala salmaq qabiliyyətləri var. Səma varlıqlarından bəziləri bu dünyaya da keçə bilirlər və bu dünyada müəyyən bir formada peyda olmaq üçün öz atom və molekullarını yenidən təskil edirlər. Belə varlıqlardan bəziləri başqa planetlərə və kainatlara keçmək, bir anın içində başqa aləmlərdən hansı şeyi isə götürmək qabiliyyətinə malik olurlar. Yüksək səltənətlərin sakinləri bütün bu qabiliyyətlərə sahibdirlər.
Onlardan ötrü bu bir norma, enercini başqa şəklə salmaq üzrə adi bir qabiliyyətdir. Bu dünyada da elə adamlar var ki,  canı ölmüş bədənə qaytara bilirlər. Buna çox vaxt ölü diriltmə də deyilir. Bu işi İezekiel, İliya və İsa da ediblər. Belə qabiliyyətlərə bütün tanrıçalar malikdirlər. Sizlərdən bəzilərinin  mistik qabiliyyətlərə can atmağı ona görədir ki, keçən həyatlarınızda siz həmin səma planetlərinin elçiləri ilə əlaqədə olmusunuz.
Bu isə sizdə həmin səviyyədə fəaliyyət göstərmək arzusu yaradır. Siz mistik fəaliyyətə çox aludə olduğunuz üçün buna daha yol verilmir ki, zəruri olan dünyəvi işlərə diqqətinizi cəmləşdirə biləsiniz. Əəgr siz dünyəvi həyatınızda mistik fəaliyyətdən sui-istifadə etməsəniz, yüksək planetlərə qayıtmaq üçün sizə icazə veriləcək. Həmin yerlərdə isə bu qabiliyyətlər adi bir şeydir. Öz ruhi inkişaf səviyyələrindən asılı olaraq bu və ya digər yüksək planetlərin sakinləri Tanrının müxtəlif aspektlərinə sitayiş edirlər.
Bir neçə planetlərdə günəş tanrısına, ay tanrısına, su tanrısına, hava tanrısına sitayiş olunur. Biz burada da həmin şeyi görürük. Bir çox adamlar Uca Tanrının hansısa aspektinə tapınırlar. Bu isə bəzi hallarda ondan irəli gəlir ki, həmin adamlar keçmiş həyatlarında Tanrının məhz həmin aspektinə ehtiramla sitayiş olunan planetlərdə olublar.
Əgər sizi səma səltənəti çox cəlb edirsə, onda bu dünya həyatınızda qarşınıza elə oraya düşmək məqsədi qoymağınız gərəkdir. Yox, əgər bu sizin üçün cəlbedici deyildirsə, bilin ki, səma planetlərindən yüksəkdə də nəsə vardır. Məlum məsələdir ki, səma aləmlərinin təsviri müəyyən həvəs yarada bilər. Lakin, sizi sadəcə olaraq məzuniyyət gözlədiyini unutmayın. Çünki, səmavi məskənlərdə olan həyatın da sonu vardır. Məzuniyyət başa çatan kimi siz yenidən necə lazımsa elə zəhmət çəkməli olacaqsınız və ola bilsin ki, hələ özünüzə sual da edəsiniz: ağıllı işdirmi bu məzuniyyətə getmək?
 
 
 
 
Mənbə: RUHI DÖYÜŞÇÜ kitabı
Müəllif: Con Feyvors
 

0 şərh