Mələklər fəaliyyətdə

Mələklər və digər incə varlıqlar, məsələn, kabuslar arasında fərqlər vardır. Kabus – növbəti fiziki bədəni ala bilməmiş bədənsiz bir varlıqdır. Baxmayaraq ki, kabusların fiziki bədəni yoxdur, onlarda cismani həzz hissləri qalır. Bu səbəbdən də onlar başqa fiziki bədənə daxil olub və ondan istifadə etməyə cəhd edirlər. Kabus axırıncı dəfə hansı bədəndə olubsa, həmin bədənə məxsus olan davranışı və ümumilikdə götürdükdə, həmin ağıl səviyyəsini nümayiş etdirir. Hiyləgər və mərdimazar insanın kabusu, həmin adam fiziki bədəndə nə pisliklər etmişsə, həmin pislikləri də edəcəkdir.  Kabusun gəlişi ilə siz qorxu hiss edirsiniz. Əgər sizin otağınızda kabus peyda olarsa, siz elə hiss edərsiniz ki, sanki külək əsdi, kabusun toxunması isə bədənə soyuqluq hissi gətirir. 
Mələklər insanlarla heç də ona görə ünsiyyətə girmirlər ki, kabuslar kimi yollarını azmışlar; onlar xüsusi bir vəzifəni yerinə yetirirlər.  Mələkdən siz xeyir-dua, ehtiyatlı olma, yol göstərmə və hətta qorunma qəbul edə bilərsiniz. Mələk ona cəhd etmir ki, fiziki bədəninizə daxil olub, sizin hesabınıza hissi həzzlər alsin və hansısa nalayiq hərəkətlərlə məşğul olsun. Mələyin gəlişi ilə istilik, təhlükəsizlik, təsəlli tapma və rahatlıq hiss olunur. Mələklər maddi kainatda həmişə yardımçı rolunu oynayırlar.
Mələklər fəaliyyətdə
Yəqin Bibliyadan sizə məlumdur ki, İbrahim öz oğlunu öldürmək istəyəndə mələk Cəbrail nazil olub, onun əlini saxlayır. Daniyalı xəndəyə atırlar ki, şir onu parçalasın, şirin ağzını tutan da mələk olur. Pyotru zindandan azad edən də mələk olur. Məhəmməd peyğəmbərə də mələk nazil olur. Bu misallar mələklərin bəşəriyyətə yardımçı olmalarını ifadə edir. Vəhylərdə (İohann Boqoslov) mələklərin müxtəlif növlərinin təsviri verilir. Müqəddəs kitablarda mələklərlə qarşılıqlı əlaqələrə aid istinadlar var. Bəzən köməkçi və yol göstərən varlıqları sizin hesaba öz qərəzli niyyətlərini həyata keçirmək istəyən varlıqlardan seçmək çətin olur. Bu varlıqları ayırd etməyin ən sadə yolu – onların xeyirxah və ya bədxah olmağını müəyyən etməkdir.
Xeyirxah varlıqların səyləri sizə yardım etməyə, bədxahlarınkı isə sizin həyatınızı bərbad etməyə yönəlib. Əgər sizə xeyirxah ali qüvvələrlə unsiyyətdə olmaq nəsib olubsa, onun mələklərin hansı növünə aid olduğunu ayırd etməyə çalışmayın. Bəzi mələklər uşaqlara bənzəyir, digərləri kişi və ya qadın cildində, bir başqaları isə cinssizdirlər. Bu fərqlər əhəmiyyətli deyildir. Əsas odur ki, onlar hansı informasiyanı verirlər və siz o informasiyadan necə istifadə edirsiniz. Həmçinin, həmin ünsiyyətin sizə zərər, yoxsa fayda daşıdığını anlamaq lazımdır.
Əgər siz özünüzü fəlakət gətirən vəziyyətə düçar edirsinizsə, həmin ünsiyyətdən uzaqlaşmaq üçün öz üzərinizdə işləməyiniz lazımdır. Əgər siz qorxu törədən bir səs eşidirsinizsə, onda şüur səviyyənizi necə qaldırmaq barədə qərara gəlməlisiniz. Mələklərin bədənləri titrəyişli, işıq saçan və cürbəcür rənglərə çalan olur. Qəmli vaxtlarınızda həmin varlıqlar sizə əmin-amanlıq və dinclik hissi verirlər. Əgər insan ölüm ayağındadırsa, ya trans və ya koma vəziyyətindədirsə, mələk canın bədəni tərk etməsinə mane ola bilər. O, can ilə danışığa girir və əmr edir ki, o bədənə qayıdıb başa çatdırmadığı işi tamamlasın və həmin işi də ona təsvir edir. Buna oxşar olan hadisələr həmişə baş verib və gələcəkdə də baş verəcəkdir.
Mələklər bizim zəmanəmizdə də peyda olurlar, xüsusilə də uşaqları qorumaq üçün. Uşaqlar onları görürlər və onlar barədə danışırlar. Xüsusi həssaslığa malik olan adamlar da mələkləri görürlər. Elə adamlar var ki, mələklər onları ömürləri boyu müşayiət edirlər. Elələri də var ki,  mələklər onların yanına çətin vəziyyətlərə düşən zaman  kömək etmək üçün gəlirlər. Sizlərdən çoxlarına yəqin ki, Mikayıl, Cəbrayıl və digər mələklərin qəribə əməlləri məlumdur. Onlar bu və ya digər kainatlarda canlı varlıqları qoruyurlar və səmimi-qəlbdən onlara kömək edirlər. Mələklərin kainatın harasındasa qərar tutması vacib deyildir, onlarda istənilən istiqamətə hərəkət etmək qabiliyyəti vardır.

Uçan naməlum obyektlər, yadplanetlilər və ana gəmilər
Uçan naməlum obyektlər (UNO), yadplanetlilər və ana gəmilər –bütün bunları ənənəvi düşüncəli adamlar adətən, müzakirə edilməyə layiq olmayan və ya heç olmazsa, şübhə doğuran mövzular kimi hesab etmişlər. Lakin, öz gözləri ilə görənlərin çoxsaylı şahidlikləri və çəkdikləri fotoşəkillər onu göstərir ki, bu hadisələrə ciddi diqqət yetirməyə dəyər. Bunlar gerçək olan qeyri-adi hadisələrdir və biz onları, qismən də olsa, aydınlaşdırmağa çalışacağıq. Metafizik məsələlərə kifayət qədər bələd olan kəslər öz bilik və anlamlarını dərinləşdirə bilərlər. Ancaq, bu mövzuya toxunmaq hamı üçün faydalı olacaqdır.

Keçmişdə gələcək axtarışları
Bütövlükdə, yadplanetliləri, yaxud gəlmələri bizim planetin hüdudlarından kənarda yaşayan varlıqlar kimi qiymətləndirmək olar. Bu anlayış həm yüksək planet sistemlərindən olan varlıqları – tanrıçaları, həm də aşağı planet sakinlərini özünə daxil edir.
Bütün qədim mədəniyyətlərə bu və ya digər dərəcədə yadplanetlilərin təsiri olub. Bir çox sivilizasiyalar onlar haqqında şifahi və yazılı dəlillər qoyub. Onlardan Amerika aborigenləri, Afrika, Latın və Cənubi Amerika xalqları yadplanetlilərlə əlaqə barədə rəvayətləri nəsildən nəsilə keçirərək saxlayırlar. Kemet (Misir) tarixi piramidaların yadplanetlilərin köməyi ilə tikildiyini ehtimal etməyə vadar edir. Bu varlıqlar misirlilərlə lazer və digər texnologiyalar sahəsində bilgilərini bölüşdürür, bilgilər seçilmiş adamlar arasında yayılır və müəyyən məqsədlər üçün istifadə edilirdi. Əslində, piramidalar məqbərə kimi işlədilmək üçün tikilməmişlər. Onların funksiyalarından biri müxtəlif ölçülər arasında əlaqəni təmin edən gücləndirici funksiyasıdır. Bu funksiya yadplanetlilərə başqa aləmlərdən olan qardaş və bacılarla ünsiyyətdə olmaq imkanı verirdi.

Yazılarda yadplanetlilər?
Yazılarda, gizli şəkildə məlumat verilsə də, yadplanetlilər barədə deyilir. Bibliyada xatırladılır ki, İezekiil «çərx» gördü, bu «çərx» onu üst «çərx»ə doğru qaldırdı (İez.1,16). Fərziyyələrə görə, bu “üst çərx” nəsə bir uçan aparat imiş. İohannın Vəhy Kitabında deyilir ki, dünya keçid vəziyyətinə yaxınlaşanda, səmada bir şəhər peyda olacaqdır. Görünür, hər iki xatırlananlar UNO-ya – ana gəmi deyilənə aiddir. Bunu aşağıda təsvir edəcəyik. Xristian keşişi Barri Dauninq Bibliya və UNO fenomenlərinin qarşılıqlı əlaqəsi barədə çox yazıb. Hind veda yazıları olan «Bhaqavata-Purana», «Mahabharata» və «Ramayana» başqa planetlərdən olan varlıqları, onların səyahət etdikləri hava gəmilərini, yaxud vimanalarını və insanlarla əlaqələrini ətraflı şəkildə təsvir edir.

Ana gəmi
UNO haqqında diskussiyalarda «ana gəmi» anlayışını tez-tez eşitmək olar. O, nəhəng uçan gəmiyə oxşayır və yüzlərlə və hətta minlərlə kiçik – ziyafət zalı həcmində olan uçan obyektləri özündə yerləşdirə bilir. Tam güclə işıqlandırılmış ana gəmi 10 min günəşdən də parlaq işıq saçır. Bu uçan obyektlər nəhəng ölçülərə malikdirlər. Ana gəmilərin peyda olması Yerin tarixində dəfələrlə qeydə alınıb, lakin onlara düzgün izah verilməyib. Məsələn, Vifleyem ulduz ana gəmidən başba bir şey olmayıb. Sodom və Homorranı ana gəmi məhv edib. Baş mələk Cəbrail və Musanın ana gəmi ilə əlaqəsi olub. Bir neçə il bundan əvvəl yapon təyyarəsi qəribə bir hadisənin şahidi olduğunu məlumat vermişdi: onun təyyarəsini böyük bir obyektdən çıxmış 50-60 uçan obyekt izləmişdi. Əlbəttə ki, təyyarəçi ana gəmi ilə qarşılaşmışdı.
Ana gəmidən olan varlıqlar yadplanetlilərlə müqayisədə bizə daha çox oxşayırlar. Onlar həmişə bizim kainatdakı həyatın monitorinqini keçirmişlər. Onların vəzifəsi – Yerdə tarazlıq və tərəqqiyə imkan yaratmaqdır. Onlar planetimizin inkişafına müsbət təsir göstərirlər. Bu təsir yer əhalisinin şüurunu başqa şəklə salma yolu ilə baş verir. Belə bir prosesi biz indi müşahidə edirik və bu proses gələcəkdə daha da güclü gedəcəkdir. Onlar bəzi fəlakətlərin qarşısını ala bilirlər və nüvə silahlarının artması ilə əlaqədar yaranmış təhlükəli vəziyyətə indi nəzarət edirlər. Bəşəriyyətə hakim olmaq, onun müqəddaratını həll etmək uğrunda xeyirlə şər arasında gedən aramsız mübarizə tarixdə öz əksini tapıbdır. Yüksək şüura malik olan( və yüksək şüur əldə etməyə can atan) varlıqlar eqoist məqsədlər güdənlərlə tez-tez ünsiyyətdə olanda qlobal təmizlənmə başlayır.
Planetdəki həyat qismən və ya tamamilə məhv edilir. Ana gəmilərin vəzifəsi belə təmizlənmələrdən sonra əhalini bərpa etməyi təmin etməkdən ibarətdir. Dağılma zamanı ana gəmidə olan varlıqlar yüksək şüur səviyyəsi olan insanların üzərinə «işıq saçırlar», onları işıq şüaları ilə bürüyürlər və ana gəmiyə daşırlar. Hər iki iş bir anın içərisində, fikir sürətilə baş verir. Gəmiyə gətirilmiş adamlar, xüsusilə də ağır vəziyyətlərdə, məsələn, qlobal evakuasiya (başqa yerə köçürülmə) tələb edən fəlakətlərdə tutulub gətiriliblərsə dərhal dərin yuxuya verilir. Sonralar bu adamlar planetin yenidən  əhali ilə məskunlaşmasına kömək edəcəklər. Uca Tanrıya tapınmamış kəslərin bədənləri məhv ediləcək.
Əslində, onlar ümumi dağıntıda qazanırlar. Çünki, bu həyatda çata bilmədikləri ruhi səviyyəni növbəti həyatda əldə etmək imkanına malik olurlar. Ana gəmidə məskunlaşmış varlıqlar insanlar aləmində birbaşa fəaliyyət göstərmirlər. Onların fəaliyyətlərinin əksər hissəsi yer sakinlərinin vasitəçiliyilə həyata keçirilir. Biz iradə azadlığına və irəli gələn nəticələrilə birlikdə azad seçimə malik olduğumuza görə yadplanetlilər yer əhlinə göstərişlər təqdim edirlər, bunlar isə hərəkətin bu və ya digər istiqamətini seçməkdə azaddırlar.

«Qara müsəlmanlar» və ana gəmi
Hər ikisi «Qara müsəlmanlar» təşkilatına mənsub olan möhtərəm İlayca Muhəmməd,  özünün «Amerikalı qaradərililərə müraciətnamə» kitabında və ruhani Lui Fərrəkxan da ana gəmilər barədə xatırlatmışlar. «Amerikalı qaradərililərə müraciətnamə»də ana gəmilərin rolu və onların bu dünyadakı həm təbii, həm də insan tərəfindən törədilən fəlakətlərə nəzarət etmək yolu ilə tarazlığı saxlamaq qabiliyyəti barədə danışılır. Bir neçə il bundan qabaq Fərrəkxanla əlaqədar bir hadisə baş verib. Bu hadisə adını çəkiyimiz İezekiil peyğəmbərin başına gələn hadisəyə bənzəyir.
Fərrəkxan bildirir ki, o, kiçik gəminin işıq şüuası tərfindən götürülüb, böyük gəmiyə aparılıb. Orada Fərrəkxan möhtərəm İlayca Muhəmməd ilə görüşmüşdür. İlayca Muhəmməd ona liviyalı lider polkovnik Müəmmər Kəddafiyə, onun paytaxtının bombardmana məruz qalacağını, onun özünə də sui-qəsd ediləcəyini, həmçinin, üçüncü dünya müharibəsinin digər qızışdırma planları barədə məlumat verməyi buyurub. Fərrəkxan bu göndərişi Kəddafiyə çatdırıb. Bir qədər gec məlumat verilib ki, bombardman başlayan zaman fəzada elə güclü maneələr yaranmışdı ki, bəzi təyyarələr hərbi tapşırığı yerinə yetirə bilməmiş, ərazinin üzərində isə bir qrup uçan boşqab durmuşdu.

Yadplanetlilərin zahiri görünüşləri
Yadplanetli varlıqların bir neçə tipini nəzərdən keçirək. Birinci kateqoriyaya tanrıçalar, o cümlədən də  ana gəmilər üzərində nəzarət edənlər aiddir. Bir tip tanrıçalar bizə Qütb ulduzundan  və daha uzaq olan ulduzlardan gəlirlər. Bu varlıqlarla qarşılaşan zaman ilk gözə çarpan şey – onların odlu, işıqsaçan bədənləridir. Onlar çox hündürdürlər, boyları təxminən səkkiz fut olar və böyük mistik qüvvəyə malikdirlər. (Qeyd: 1fut=30,479sm). Onlar fikir sürətilə yerini dəyişə bilir və istənilən vaxtda bizim hər birimizin nə etdiyini görə bilirlər. Tanrıçaların bir çox tipləri vardır, onların hamısı da yüksək planetlərdə məskunlaşıb.
Yadplanetlilərin ikinci kateqoriyası «boz»lar adlananlardır. Onları çox alçaqboylu, iri qara gözlü, böyük yumurtaşəkilli başı olan, cılız bədənli və rudimentar (inkişaf etməmiş) qulaqları, burnu və ağzı olan varlıqlar kimi təsvir edirlər. Oğurluqların çoxunu məhz bu varlıqlar edirlər. Oğurluqlar barədə ən mötəbər kitablardan biri olan Uitli Strayberin «Əlaqə» kitabında UNO-larla əlaqələrin təfsilatından misal gətirilir. Həmin əlaqələr zamanı adamlar oğurlanır və onların üzərində eksperimentlər aparılır, bu isə adətən, şüurun dəyişməsinə gətirib çıxarırdı. UNO-lar tərəfindən oğurlanan adamlar, adətən, mükəmməl aparaturanın tətbiqilə hərtərəfli öyrənilməyə məruz qalırlar. Oğurlananın bədəninə, ən çox da ağıza və düz bağırsağa müxtəlif cihazlar daxil edirlər. Daha sonralar onlar ağrılar hiss edir, bəzən isə burunlarından güclü qan axır.
Oğurlananlardan bəziləri yuxuda zorlandıqlarını və yaxud kosmik gəmidə olduqlarını və fasiləsiz olaraq sperma axıtdıqlarını görürlər. Bu yuxular real təcrübəni əks etdirir. Oğrular yer adamından sperma götürüb, onu öz nəslinin davamı üçün istifadə edirlər. Belə təcrübəyə məruz qalan adamlar sonralar aşağı hissələrində ağrı hiss edirlər. Əgər siz yuxuda başqa aləmlərdən olan varlıqlarla əlaqədə olduğunuzu görüb, yuxarıda deyilən şəkildə hisslər keçirmisinizsə, onda tamamilə ola bilər ki, yuxuda gördüyünüz əlaqənin gerçəkdən olubmuş. Amma, qorxmaq lazım deyildir.
«Boz»ları mütləq zərərverən varlıqlar hesab etmək olmaz. Onların daha çox halına acımaq lazımdır: onlar sevmək qabiliyyətini itirərək təkamül edib, nəticədə isə əsasən idrakdan ibarət olub, hissləri olmayan varlıqlar yaranıb. Buna görə də onların belə böyük başları və belə kiçik bədənləri vardır. Onlar öz düşünmə qabiliyyətlərini adamları oğurlamaq üçün istifadə edir və bu zaman qurbanı telepatiyanın köməyi ilə sarsıdırlar. Bu varlıqlar bizim planetlə sıx əlaqədə və ta qədimdən bəri qarşılıqlı təsirdədir. Bu əlaqəni qismən, onların emosiyalar əldə etmək istəyilə izah etmək olar.
Gəlmələrin bir kateqoriyası da Yerin mərkəzindən gəlirlər. Onlardan bəziləri humanoid deyil, digərləri «yoxa çıxmış kontinentlər» olan Mu və Atlantida əhalilərinin törəmələrindəndir. Onlarda insan zahiri görünüşü var. Mu və Atlantidanın tənəzzülü zamanı bəzi adamlar ana gəminin göstərişlərinə əməl edərək, planetin mərkəzində sığınacaq tapmışlar. Nə qədər qəribə olsa da, bəzi UNO-lar başqa planetlərdən deyil, öz planetimizin mərkəzindən gəlirlər.
Müəyyən mənfi təbiətə malik olan yadplanetlilər də vardır. Onlara bəzən demonlar (şeytanlar) da deyilir. Onlar İlahi nizama qarşı çıxır və Yerdə işlərin vəziyyətinə mənfi təsir göstərirlər. Elə adamlar vardır ki, könüllü olaraq onlarla əlaqəyə girir və bilərəkdən qəddar adam olurlar. Onlar hakimiyyət əldə etmək və adamları qula çevirmək üçün insanların ağlı üzərində nəzarət qururlar. Aldatma, çəkişmə və şeytani kultlara həvəs yaradırlar. Bu zalımların bütün dünya hökumətlərində öz yüksək vəzifəli agentləri vardır. Gizli cəmiyyətlərdən də onlar güdrətlidirlər və həmin cəmiyyətlərə daxil olaraq, insan ağlı üzərində nəzarət etməyi və adamları əldə saxlamağı məşq edirlər.  
Bizim planetə «İllimunati» və «Kəllə və sümüklər» cəmiyyətləri kimi gizli cəmiyyətlər nəzarət edirlər. «Kəllə və sümüklər» — dünyada ən nüfuzlu təşkilatlardan biridir. Onun üzvləri hakimiyyət əldə etmək üçün insan qurbanverməsi edirlər. «İllimunati» cəmiyyətinin üzvləri tanrıçalar və yadplanetlilər barədə geniş biliyə malikdirlər. Fikirtoplama və digər metafizik texnikaların köməyilə onlar mənfi varlıqlarla əlaqəyə girir, həmin varlıqlar da onları insanları idarə etmək və onlar üzərində tam ağalığa nail olmaq üçün müxtəlif cür silahlarla təchiz edirlər. Bu cəmiyyətlər öz məqsədlərini bütün dünyanın gözü qabağında Federal Ehtiyat Sistemi, Üçtərəfli Komissiya, Beynəlxalq Valyuta Fondu və s. kimi dövlət təşkilatlarının vasitəsilə həyata keçirirlər.
 
 
 
 
Mənbə: RUHI DÖYÜŞÇÜ kitabı
Müəllif: Con Feyvors











 

0 şərh