Tanrıçaların fəaliyyəti

Tanrıçalar mələklər və insanlar üzərində nəzarət edirlər. Deyildiyi kimi, onlar inzibati məsuliyyət daşıyırlar. Qədim mədəniyyətlərdə, məsələn, afrikalılarda, əsasən tanrıçalara sitayiş edilirdi. Müasir üçüncü dünya mədəniyyətlərində də tanrıçalara sitayiş dirçəlməkdədir. Yuxarıda qeyd edildiyi kimi, Tanrının Özü üçün müəyyən işləri yerinə yetirməyə həvalə etdiyi elçiləri var. Tanrıçalar bəzən maddi dünyanın işlərinə qarısırlar, toqquşmalar və ixtilaflar yaradırlar, adamlar da tanrıçaları  rəhmə gətirmək üçün onlara sitiayiş edirlər. Qərb alimləri bəzən bunu başa düşmürlər, afrikalıların dinini çoxallahlılıq kimi qəbul edirlər.
 
Əslində isə afrikalıların ənənələrində bir Ali Tanrı var, lakin tanrıçalara, onların vəzifələrinə və oynadıqları rola da xüsusi yer verilir. Budda bizim kainata gələnə qədər tanrıçalar yer əhli ilə tez-tez qarşılıqlı əlaqədə olurdular.  Kahinlər tanrıçaları cəlb etmək üçün xüsusi ayinlər icra edirdilər. Budda bir çox ayinlərə son qoydu. Belə ki, insanlar onları yoldan çıxarıb, öz təyinatları üzrə istifadə etmirdilər. Budda yeni bir era açdı və zorakılıq etməmə, etika və mənəvi məsuliyyətə əsaslanan yeni bir həyat nümunələri tətbiq etdi. Var olmanın əsas cəhəti dinclik oldu. Budda insanlarla tanrıçaların həddən artıq əlaqələrini dayandırdı, yönlənməni  təcrübə xaricində olandan dincliyə keçirdi. Tanrıçaların bizim aramızda yenə də əvvəlki kimi peyda olmalarına baxmayaraq, onların yanımızda olmalarını getdikcə daha az dərk edirik.  
Tanrıçalar bizim gündəlik təcrübəmizdə böyük rol oynayırlar. Heç kəs günəş və ay törədə, onları hər gün görünüb yox olmağa vadar edə, heç kəs yerin təkində olan mineralları yarada bilməz.  Bu fəaliyyət tanrıçaların nəzarəti altında gedir. Elə bir dövr olmayıb ki, bizim  başqa ölçülərdə olan ali qardaş, bacı və ya valideynlərimizlə rabitəmiz olmuş olmasın. Elə bir dövr olmayıb ki, ali varlııqların nəzarəti olmadan bizi evdə tənha buraxmış olsunlar. Kosmik ekspedisiyalar onu göstərir ki, belə əlaqələr bu gün də davam edir. Kosmonavtlardan bir çoxu uçuşda elə şeylərə rast gəliblər ki, ondan sonra ali varlıqların öyrənilməsi ilə məşğul olmağa başlayıblar. Bir neçə kosmonavt onların naməlum varlıqlar tərəfindən izləndiyini xəbər veriblər və bu həyatı anlama yolunda onlar üçün böyük irəliləyiş olmuşdur. Yaxın gələcəkdə belə qəbildən olan hadisələr tez-tez baş verəcəkdir.

Ali köməyə ehtiyac
Maddi kainat o varlıqlardan ötrüdür ki, müxtəlif səbəblər üzündən öz həqiqi evlərindən aralı salınıblar. Biz bu kainatlara ona görə məhbus olunmuşuq ki, Tanrıya həsəd aparmaq kimi bir günah etmişik. Həyat – şəkildəyişmələrdən başqa bir şey deyildir. Maddi kainatda həyat məktəbə gedib-gəlməyə bənzəyir: istər şüurlu, istərsə də şüursuz olaraq biz bir sinifdən digərinə keçir və o ümidlə imtahan veririk ki, onlardan sonuncusu bizi ruhi aləmə aparacaqdır. Ruhi inkişafımız üçün hansı dərsləri keçməliyiksə ona müvafiq olaraq bizə müxtəlif cür yaşantılar, müxtəlif həyati vəziyyətlər verilir. Bütün böyük peyğəmbərlər bizə İsa dediyi kimi deyir: « Nə dünyanı sevin, nə də dünyada olanları». İsa, Məhəmməd və Budda kimi peyğəmbərlər nəyə görə ali aləmə belə əhəmiyyət verir və dünya və onun əlamətlərini az dəyərləndirirlər. Nəyə görə onlar həmişə təmizlənmə və müsbət tərəfə  dəyişmə haqqında çox təkrar edirlər.
Çünki, onlar ruhi aləmin elçiləridir və gəlişləri onunla əlaqədardır ki, aşağı maddı aləmdən ali ruhi aləmə necə keçmək barədə bizi maarifləndirsinlər. Tanrı mərhəmətlə doludur və buna görə də, öz köməkçilərini daima yollayır ki, şüurlarımızı oyatmaq üçün bizə kömək etsinlər. Böyük ustadlar təkcə sözləri ilə deyil, həm də nümunələri ilə öyrədirlər. Şər qüvvələr və onun təsirində olan adamlar çalışırlar ki, həmin ustadların təlimlərini  olduğu kimi deyil, başqa cür versinlər və bununla da bir dini digərinin üzərinə qaldırsınlar.
Lakin bütün böyük öndərlər bizə yaxınlarımızı özümüz kimi və Tanrını isə bütün qəlbimizlə sevməyi buyururlar. Onlar bizə həm də onu öyrədirlər ki, bu dünya əzəli, həqiqi evimiz deyildir. Belə müxtəlif, lakin ahəngdar təlimlərin hamısı həmin ümumi fikri özündə daşıyırlar. Bir özünüz fikirləşin, onlar necə də bir-birinə yaxındırlar: heç bir böyük peyğəmbər, heç bir həqiqi ruhani ustad heç vaxt deməmiş ki, bu dünya bizim evimizdir, əksinə, onlar bizim can atdığımız evin Tanrı dərgahı oluğunu vurğulayırlar. Onlar bizi həyatdan üz döndərməyə deyil, gerçəkliyə doğru üz tutmağımıza, maddi aləm zindanından qurtarmağa kömək etməyə çalışırlar. Onların müxtəlif ənənələrə mənsub olmalarına baxmayaraq, missiya və təlimlərinin mahiyyəti eynidir.
Mələklər və tanrıçalar bəşəriyyətin xeyri naminə iş görürlər, məhz hazırda dünyamızda şər qüvvələr xüsusilə aktivdirlər. Xeyirxah və bədxah varlıqlar arasında mübarizə gedir. Gələcək illərdə Yeri gözləyən bir çox dəyişikliklər şər qüvvələrin fəaliyyəti ilə şərtlənəcəkdir. Həmin şər qüvvələr qlobal  xaos və çaxnaşmalar salmaq üçün sonuncu dəfə cəhd edəcəklər. Nəticədə bizi istər kobud, istər də incə planda hələ çoxlu müharibələr gözləyir. Yeni dünya nizamı, vahid yer hökuməti ideyası – heç də mənasız qondarma deyildir.
Bu fikir gerçəkliyə çevriləcəkdir. Məsələ burasındadır ki, bu vahid hökumətə və ümumdünyəvi nizama kim nəzarət edəcəkdir. Xeyirxah və bədxah varlıqların arasında gedən konfliktin mahiyyəti elə bundan ibarətdir. Bu qüvvələr arasında gedən mübarizə zəmanəmizdə insanları təqib edən bir çox konfliktlər və qarışıqlıqların səbəbidir. Bu mübarizə özünü zahirən müharibə, etnik və ya dini  münaqişə kimi göstərə bilər. Bütün bunlar incə planda baş verənlərin əlamətləridir.
Şər qüvvələrin ən dağıdıcı silahlarından biri – insanların dərrakəsinə nəzarətdir. Bu məhvedici taktika Yer əhalisinə getdikcə daha çox tətbiq ediləcəkdir. Lakin mələki qüvvələr də fəaliyyətsiz dayanmırlar. Ola bilsin ki, siz özünüzün elçi olduğunuzu başa düşürsünüz. Elə bir elçi ki, məsuliyyətin əhatəsindəsiniz və bu planetdə daha yüksək kollektiv şüura nail olmağa kömək üçün çağrılmısınız.

Gələcəyə hazırlıq
Elə ki, ali qüvvələrin köməyini qəbul etmək üçün kifayət qədər açıldınız, onda müəyyən hisslər keçirəcəksiniz. Siz mühüm informasiyalar ilə dolu olan yuxular görəcəksiniz. Bəziləriniz «üçüncü göz» nahiyəsində döyünmə eşidəcəksiniz. Bu döyünmə həmin vaxta qədər fəaliyyətsiz qalan çakranın (incə bədənin enerci mərkəzinin) oyanmasını bildirir. Psixologiya və antropologiya (insanın bioloci təbiətindən bəhs edən elm) deyir ki, insan öz beyninin imkanlarından heç 10%-ini də istifadə edə bilmir. Bu isə o deməkdir ki, bir çox qabiliyyətlər istifadə olunmamış qalıb. Biz hər gün qeyri-adi hadisələrin şahidi oluruq.
Bu hadisələrin izahını ənənəvi biliklər sistemi verə bilmir. Çünki, həmin sistem yalnız təcrübəyə və bəsit düşüncəyə əsaslanır. Biz görürük ki, bir çox adamlarda şəfa vermək qabiliyyəti var. Digərləri telepatik qabiliyyətlərə malikdirlər və fikri oxuyurlar. Bəzilərinin bəsirəti var və gələcəyi görürlər. Belə hadisələr müasir elmin materialist çərçivələrinə sığmır. Bununla belə biz bilirik ki, onlar mövcuddurlar. Hətta, bizlərdən kimlərinsə elə qabiliyyətləri olan adamlarla tanışlıqları da var. Planetimiz uzun keçid dövrünə daxil olduğu üçün bu cür informasiyanı gizlədə bilmərik. Gərək, insanlar özlərində qeyri-adi hadisələri qavramaq qabiliyyətini inkişaf etdirsinlər.  
Siz hələ bu həyatınızda planetimizdə həyati qüvvənin qeyri-adi təzahürlərini görəcəksiniz. Sizləri başqa aləmlərdən olan varlıqlarla təmasda olmaq gözləyir. Bu cür təmaslar Yerdə minilliklər ərzində baş verib. Həyatın və bütün bəşəriyyətin gələcəyi sizdən asılıdır.  Bu məsələləri müzakirə  etməklə biz  sizi heç də inandırmağa vadar etmirik. Ancaq xahişimiz odur ki, hər şeyi dərhal inkar etməyəsiniz. Biz sizə tədqiq etməyi təklif edirik. Sadəcə olaraq, əsas müddəaları ölçüb-biçin, onları öyrənin və ən əsası isə onu başa düşməyə çalışın ki, özünüzü xoşagəlməz incə qüvvələrin təsirindən necə qurtarmalısınız ki, hər hansı bir fəlakət üz verməsin. Əgər siz, heç olmasa, bu sadə addımları atsanız, onda bəşəriyyətin yeni eraya daxil olmasına kömək etmiş kəslərdən olarsınız.
 
Sual:  Şüuürun inkişafında müxtəlif müqəddəs yazıların və ruhani ustadların oynadıqları rol barədə ətraflı danışa bilərsinizmi?
Cavab: Bibliya, Quran, Tövrat, Vedalar, Puranalar və digər yazılar, həmçinin peyğəmbərlər: İsa, Budda, Zərdüşt, Madhavaçarya və digər böyük ustadlar – ruhi yüksəlişdə mühüm rol oynayan mənbələrdir. Əlbəttə, bəzən biz vicdansız, yalançı ustadlarla rastlaşmalı oluruq. Lakin, bütün həqiqi ustadlar eyni missiyanı həyata keçirirlər. Onlar yerə, vaxta və şəraitə uyğun olaraq bilik verirlər. Bu isə ruhi təkamül üçün bəşəriyyətə kömək etməyə yönəlib. Əgər həmin mətnləri dərindən təhlil etsək, başa düşmək olar ki, onların mahiyyəti oxşardır. Yeganə fərq mətnlərin yaradıcılarının seçdikləri informasiya kodlaşdırılması üsullarıdındadır.
Bütün dini ənənələrin ekzoterik (zahiri) və ezoterik (batini) cəhətləri vardır. Ekzoterik ünsür fəlsəfənin üz  tərəfini özünə daxil edir. O adamlar ki, zahiri cəhətə çox əhəmiyyət verir, adətən, belələrində təəssübkeşlik olur və öz dinlərini ən üstün din olmasını təbliğ edirlər. Kimləri ki, ezoterik cəhət cəlb edir, onlar daha dərin dini təcrübəyə can atırlar. Dini sistemin dərinliyinə vararaq, onlar universal həqiqətlərlə qarşılaşırlar, digər dinlərdən olan qrupları təhlükə kimi qəbul etmədiklərindən həmin qruplarla düşmənçilik etmirlər.
Əgər biz universal həqiqətlər barədə kamil biliyə malik oan böyük ustadların yolu ilə getsək, ruhi yolda mütləq irəli getmiş olarıq. Elə qara qüvvələr var ki, onlar nəinki, irqi irqə, icmanı icmaya, hətta dini dinə qarşı qoyurlar. Daha qüdrətli olan şər qüvvələr ruhanilərin mühitində özlərinə yer etmiş və bö.yük çaxnaşmalara səbəb olmuşlar. Hazırda ruhani ustad kimi tanınanlardan çoxu əslində həmin şər qüvvələrlə əlaqədədirlər. Bəziləri isə dəlidirlər. Əgər kimsə xəstəyə şəfa verə bilirsə, bu hələ o demək deyildir ki, onun qüvvəsi İlahi mənbələrdən gəlir. İnsan öz şüuruna keçən və ona böyük psixi qabiliyyət verən ən aşağı varlıqları çağıra bilər. Belə psixi qüvvələr digər insanların əsarət altına salınması və maddi çətinliklərin çoxaldılması üçün istifadə edilir.
Gələcək illərdə informasiya mənbələrinə münasibətdə daha diqqətli olmaq lazım gələcək. Kinoaktyorların, mistiklərin, mediumların, astroloqların, öngörənlərin həyatını öyrənin. Onlar nə deyirlər və nələri edirlər? Onların təbliğ etdikləri ucalma və qurtulma daşıyırmı? Onlar sevgi və sədaqət mədəniyyətindəmi cəmləşib, yoxsa hakimiyyət, nəzarət və maddi hiylələrdəmi? Onların həyat tərzinə daha yaxından diqqət yetirin. Görün, onlar doğruculdurlarmı, yoxsa günahkarmı? Şəxsiyyətin bu cür dəqiq təhlili onların təklif etdiyi yolun müsbət və ya mənfi olduğunu anlamağa  sizə kömək edəcək.
 
Sual:  Siz tanrıçalar haqında danışdınız. Əcdadlara sitayiş barədə bir neçə söz deyə bilərsinizmi ?
Cavab:  Nəyə sitayiş edirsinizsə, onu da alırsınız. Fərz edək ki, sizin əcdadlarınızdan biri cani, pozğun ya oğru olub. Bir tərəfdən siz bu insana sevgi bəsləyirsiniz, digər tərəfdən isə çətin ki, onun yolu ilə getmək istərdiniz. Əcdadlara kor-koranə sitayiş bir qədər təhlükəlidir. Afrika mədəniyyətlərinə diqqətin artması ilə əcdadlara sitayiş baş alıb. Onu da yadda saxlamaq lazımdır ki, biz diqqətimizi Uca Tanrıya sitayişə və ona xidmətə cəmləsək, bizim ruhi yüksəlişimizdən əcdadlarımıza da pay düşər. Onların çoxuna bu yolda kömək etmək lazımdır. Tanrıçalara sitayişi və əcdadlara sitayişi pulla ələ almağa və ya rüşvətə bənzətmək olar. Siz əgər nədənsə ehtiyatlanırsınızsa, onda rüşvət verirsiniz. Bəzən rüşvət verdiyiniz adam sizə kömək edir, bəzən isə sizə kələk gəlir. Bu çox riskli işdir.
Bir çox adamlar öz həyatlarını Uca Tanrıya etibar etmək istəmirlər və öz ruhi fəaliyyətlərini tanrıçalara və ya əcdadlara sitayiş etməklə məhdudlandırırlar.  Tanrıçalar, mələklər və əcdadların rolunu izah etməklə biz heç də onlara sitayiş etmək lazım olduğunu demək istəmirik. Biz onlara Uca Tanrının qulları kimi ehtiram bildirməliyik. Bizimlə müqayisədə onların daha yüksək səviyyəli varlıq olmalarına baxmayaraq onlar da maddi aləmin hissələridir.
 
Sual:  Eşitdiyimə görə, sanskrit – tanrıçaların dilidir. Dilin ağıla necə təsir etməsini bizə izah edə biərsinizmi?
Cavab:  Qədim dillər ilə bu gün istifadə etdiyimiz dillər arasında fərq vardır. Dil düşüncəyə təsir edir. Sizlərdən kim isə bir neçə dildə danışa bilirsə, o yaxşı bilir ki, hər dilin öz əhval-ruhiyyəsi vardır. Bir neçə dillər var ki, onların məhdudluğu ucbatından bir çox fikirləri formalaşdırmaq olmur. Bəzən başqa bir dildə verilən mənanı ifadə etmək üçün söz seçmək çətin olur. Dil bizim dünyanı qavramağımıza və ona münasibətimizə təsir edir. Müasir dillər ruhi anlayışları ifadə etmək qabiliyyətini getdikcə itirməkdədir. Ona görə ki, fövqəltəbii və ruhi hadisələrin ifadə olunması ilə deyil, əsasən maddi olanlarla əlaqədardır. Siz görürsünüz ki, rahiblər, keşişlər, yoqlar və həkimlər çox vaxt qədim dillərdən istifadə edirlər ki, şüurda muəyyən təəssüratlar yaratsın və müəyyən qabiliyyətlər oyatsınlar.
Bir neçə dillər vardır ki, həm də çakralara təsir edir və maddi örtüyün içindən keçib gedə bilirlər. Maddi aləmdə can səkkiz maddi ünsürlə örtülüb. Onlardan beşi — torpaq, su, od, hava və efir — kobud, üçü isə incə – ağıl, intellekt və yalançı mən — ünsürləridir. “Yalançı Mən”in sayəsində özümüzü ruhi canla deyil, maddi bədənlə eyniləşdiririk. Xüsusi dillərin yaratdığı titrəyişlər həmin ünsürlərdən keçib getmək və cana yetişmək qabiliyyətinə malikdirlər. Beləliklə, hətta biz eşitdiklərimizin mənasını ağlımızla başa düşməsək də və bizim “yalançı mən” müqavimət göstərsə də, can onun üçün təyin olunan öyüdnaməni qəbul edir.               

Yuxugörmə – gerçəkliyin bir vəziyyətidir
Hər bir insan, orta hesabla, ömrünün üçdə birini yuxuda keçirir və bizim hər birimiz yatan zaman yuxu görür, ancaq ola bilsin ki, onları yadda saxlaya bilmirik. Şüurun belə dəyişmiş vəziyyətində nələr baş verdiyini çox aydınlıqla anlamalıyıq ki, yuxu vaxtımız oyaqlıq halətində də bizim üçün səmərəli olsun.
 
Fiziki bədən, incə maddi bədən və can
Qədim müqəddəs yazılarda deyilir ki, insan təkcə fiziki bədən deyil, bundan daha artıq olan bir varlıqdır. Əslində, insanda fiziki və astral (nazik) deyilən iki cür bədən var. Lakin, insanın həqiqi mahiyyəti – onun canıdır. Qədim veda mətnlərinə görə, canın ölçüsü saçın ucunun 1/10000 hissəsinə bərabərdir. Can ürək nahiyəsində yerləşir və həqiqi həyati qüvvədir. Fiziki bədən də, astral və ya incə bədən də yalnız örtükdür, libasdır. Maddi aləmlərdə səyahət zamanı can bu libasda olur. Biz bir libası digəri ilə dəyişdikdə, yəni, reinkarnasiya deyilən prosesdə bir bədəni başqası ilə əvəz etdikdə keçən həyatımızın təəssüratları incə bədənimizdə həkk olunur və bütün növbəti həyatlarımızda onları özümüzlə daşıyırıq. Yuxu halətində incə bədən fiziki bədəndən daha fəaldır. Bizim yuxularımız bir çox həyatlar boyu topladığımız təəssüratları ifadə edir.

Yuxugörmənin dörd növü
Yuxuları bir çox əlamətlərə görə növlərə bölmək olar. Biz yuxugörmənin dörd tipini nəzərdən keçirəcəyik. Birinciyə psixoloci təkanvermə nəticəsində yaranan yuxular daxildir. Bədən yatır, hisslər fəal qalır, yəni idrakımız oyaq olduğumuz vaxtdakı kimi hissi qavrayışa təkan vermək üçün açıqdır. Məsələn, yatdığınız zaman qulağınıza qatarın fitvermə səsi gəlir. Bu səs, təhtəlşüurda (şüurun alt qatında) başqa şəklə düşür və siz yuxuda yanğınsöndürən maşın görürsünüz.
İkinci tip yuxugörməyə təhtəlşüurda mürgü vuran fikirlərin gerçəkləşməsi daxildir. Siz nədən fikirləşirsinizsə, onlar şüurun alt qatında yığılır. Oyaqlıq vəziyyətində həmin fikirlər barədə düşünmürsünüz, onlar gizli halda qalır, lakin, yuxu zamanı şüur fəaliyyətsiz qaldığından, bu fikirlər üzə çıxırlar. Fiziki bədən yatırsa da, idrakın fəaliyyəti davam edir və gizlində qalan fikirlər özlərinə çıxış yeri tapırlar. Yuxu zamanı siz çox vaxt elə hisslər keçirirsiniz ki, oyaqlıq halətində onlar üzə çıxa bilməzlər. Çox vaxt yuxugörmələr özünüzü nələrə məşğul etdiyinizi və ətraf mühitin sizə hansı dərəcədə təsir etdiyini ifadə açıqlayır.
Üçüncü tip özündə oyaqlıq halətində şüurunuzda üstünlük təşkil edən fikirləri əks etdirir. Məsələn, əgər siz həmişə acsınızsa, yuxunuzun əksər hissəsi yemək yemə və ya yemək axtarma barədə olacaqdır. Qərb cəmiyyətində insanlar fikirlərini çox vaxt iş və cinsi əlaqəyə yönəldirlər, buna görə də həmin şeylər yuxularda  üstünlük təşkil edir. Kütləvi informasiya vasitələrindən qəbul etdiyimiz obrazlar fikirlərimizə istər oyaqlıq, istərsə də yuxugörmə vəziyyətlərində çox güclü təsir edir. Bəzən yuxuda ailə üzvlərimizi görürük, bu da doğmalıq hisslərimizi daha çox, daha güclü edir. Yaxın olan adamlar ayrı düşdükdə çox vaxt yuxularında bir-birini görürlər. Beləliklə, yatmazdan qabaq nə barədə fikirləşirsinizsə, o da sizin yuxugörmələrinizə istiqamət verir.
Dördüncü tip yuxugörmələr karma (tale) ilə əlaqədar olan əvəzi ödənilməmiş əməllərin qarşılığını almağa kömək edir. Yəni, bu həyatımız boyu keçməli olduğumuz dərsləri keçirik. Bəzən yuxugörmə zamanı karma ilə əlaqədar yığılan fəaliyyətlər üzə çıxır. Oyaqlıq halətində keçilməli olan halətlər yuxuda «oynanılır» və bununla da vaxta qənaət edilmiş olur. Yuxu həm də insan ilə daha irəli getmiş varlıqlar arasında bir vasitə ola bilər. Bu iki məqsədə xidmət edir: birincisi, vaxta qənaət edilmiş olur; ikincisi isə incə bədən vasitəsilə keçilən dərslər cana daha yaxşı nüfuz edir daha uzunmüddətli təəssüratlar qoyur.
 
 
Mənbə: RUHI DÖYÜŞÇÜ kitabı
Müəllif: Con Feyvors
 

0 şərh