İbtidai dini dünyagörüşlər

İnsanlar bəşər formalaşdığı dövrdən başlayaraq özləri ətraf aləm, kainat haqqında məlumat və təsəvvürlərə malik idilər. Və bu təsəvvürlər onların şüurunda müxtəlif formalarda özünü biruzə verirdi. Xüsusilə ağıllı insan- Homosapiens yarandıqdan sonra (üst paleolit) insanların, ətraf aləmin, canlıların mövcudluğu onların həyatında baş verən hadisələrin səbəbləri haqqında biliklər əldə etməyə çalışırdılar. Məhz bu səbəbdən elmi biliklər, dini idiologiya və mifologiya formalaşmağa başlamışdır. Elmi biliklər insanların real həyatlarında müşahidə etdikləri hadisələr haqqında reallığa uyğun gələn təsəvvürlərlərini əhatə edirdi.

MİFOLOGİYA gerçəklikdə mövcud olan cansız əşyaların, canlılar aləminin, həmçinin insanların özlərinin yaranması haqqında müxtəlif təsəvvürlərini əhatə edirdi.

DİN- insanların real aləmdə baş verən hadisələri real dərk etməmək qabiliyyəti ilə bağlı yaranır. Dinin yaranması insanların təbiət qüvvələri qarşısında acizliyi ilə bağlı idi. Təsadüfi deyildir ki, insan mədəniyyətinin ilkin hissəsini məhz dini idiologiya təşkil edir. İnsanlar kainatda baş verən hadisələri izah edə bilmədiklərindən onları fövqaltəbiiqüvvələrlə bağlayırdılar. Ümumiyyətlə ibtidai icma quruluşunda dini ideologiyanın müxtəlif formaları mövcud olmuşdur. Dinin yaranması haqqında etnoqlogiyada da müxtəlif təlimlər mövcuddur. Hələ XIX əsrin sonlarında təkamül təliminin görkəmli nümayəndəsi Eduard Taylor dinin yaranmasını ruhlara inamın formalaşması ilə bağlayırdı. XIX əsrin sonu XX əsrin əvvəllərində Qərbdə dinin yaranmasında müxtəlif canlı varlıqlara inamın yaranması ilə əlaqələndirilirdi. Bəzi tədqiqatçılar dinin yaranmasını müxtəlif ayinlərin icra olunması ilə əlaqələndirilir. İbtidai dini inam formaları – totemizm, animizm, fetişizm, magiya, şamançılıq, əcdadlara inam və müxtəlif qeyri-müəyyən fövqaltəbii qüvvələrə inamlardan ibarətdir.

Totemizm- Şimal-qərbi Amerika qəbilələrinin dilindən –ot-otem- sözündən (hindu və objivve qəbilələrinin dilində) götürülmüş, onun nəsli mənasını verir. Totemizm Avstraliya aborigenləri, şimal qərbi Amerika hinduları arasında geniş yayılmışdır. Totemistik inamlar insanları bu və ya digər canlılarla, daha çox heyvanlarla yaxınlığını ifadə edən inam formasıdır. Ayrı-ayrı nəsillər öz törəyişlərini bu və ya digər heyvanlarla vağlayır, onu müqəddəs hesab edirdilər. Əksər hallarda bu heyvanların ovlanması, ərzaq kimi istifadə olunması qadağan olunurdu. Bir çox hallarda totemizmin forması bu və ya digər canlının insanların həyatında müstəsna əhəmiyyəti ilə əlaqədar olmuşdur. Yaxud da bu canlıların müəyyən bioloji xüsusiyyətləri bu icmalarda yüksək qiymətləndirilmişdir. Totemistik inamların qalıqları sonrakı dövrlərdə də mövcud olmuşdur. Məsələn: müasir dövrdə də ayrı-ayrı heyvanların ovlanması qadağandır və s.

FETİŞİZM- Portuqalca –fetiş- sözündən götürülmüşdür. Tərcüməsi talisman, müqəddəs əşya deməkdir. Fetişizm daha çox Tropik və Cənubi Afrikada yayılmışdır. Lakin dünyanın bütün xalqlarında fetişizmə inam mövcuddur. Fetişizmin əsas mahiyyəti canzız əşyaların müqəddəsləşdirilməsi, onlara fövqaltəbii qüvvə kimi baxılmasıdır.

ANİMİZM- latınca- ruh- deməkdir. Animizm insanların kainatda mövcud olan canlı və cansız aləminin 2 substansiyadan yəni maddi və mənəvi substansiyadan ibarət olmasına inamla bağlı idi. Animizm real gerçəklikdə mövcud olan predmetlərin, ayrı-ayrı canlıların bmənəvi varlıqlar – ruhlar tərəfindən idarə olunması ilə əlaqələndirilir. Animizt demək olar ki, digər ibtidai təlimlərin mövcud olduğu cəmiyyətlərdə də vardır. Animistik inamlar insanların öz həyatlarını dəyişdirmək üçün bu və ya digər fövqaltəbii qüvvələrdən –ruhdan kömək istəməsi ilə bağlıdır.

MAGİYA – Yunanca –cadu- deməkdir. Maqiya ibtidai dini inam formaları içərisində insanların fövqaltəbii gücə malik olduğunu göstərən inam formasıdır. Bəzi tədqiqatçılar madiyanı ibtidai dinin forması belə hesab etmirdilər. Onu bu və ya digər cəmiyyətlərin həyat tərzi kimi qələmə verirdilər. Belə ki, magik görüşlər insanlarla bağlı olmayan fövqaltəbii qüvvələri qəbul etmirlər. Magiyanı əsasən 2 yerə bölürdülər. Müalicəedici-ağ magiya, zərərverici-qara magiya.

ŞAMANÇILIQ- Yakut dilində özündən çıxan, dünyanı unudan deməkdir. Şamanizm əsasən Sibirdə və Şimali Amerika hinduları arasında geniş yayılmışdır. Bu dini təlim yalnız ayrı-ayrı insanların fövqaltəbii gücə malik olduğuna inamla bağlıdır. Bunları şaman adlandırırdılar. Şamanlar cəmiyyətin həyatında müstəsna yer tutan, hamının çəkindiyi insanlar idilər. Şamanlar həqiqətən də özlərinin müəyyən cəhətlərinə görə bu və ya digər dərəcədə digərlərindən fərqlənirdi.Onların xarici görünüşləri də başqalarından fərqli oluprdu. Onlar xırda parçalardan tikilmiş paltar geyirdilər. Əsas alətləri tütək və qaval idi. Onları ruhlarla əlaqə yaradan adamlar kimi hesab edirdilər. Şamanların ruhlarla əlaqəyə girmək üçün icra etdikləri ayinlər –qamlamaq- adlanırdı. Buy akut dilində rəqs etmək deməkdir. Tarixi ədəbiyyatlarda şamanların bu ayinləri icra etdikləri zaman həqiqətən də psixoloji cəhətdən tərkidünya vəziyyətinə gəlmələri müşahidə edilir. Bəzən bu onların ölümü ilə də nəticələnmişdir.
Ümumiyyətlə bu təsəvvürlərin hər birinin yaranması ibtidai icma cəmiyyətində formalaşmışdır. Lakin dinlərin tam təşkilatlanması sinifli cəmiyyətlər dövrünə təsadüf edir.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Həmçinin bax: Dinin mənşəyi haqqında fikirlər

0 şərh