Ateistlər üçün riyazi sübut

İmanlı insanlar Onun varlığını hər zaman hər yerdə görürlər. Misal üçün, evdə elektrik lampası yanırsa, bu, Allahın varlığına işarədir. Çünki Allah metallarda nizamlı quruluş yaratmasaydı və bu quruluşun nəticəsi kimi metal elektronları nizamla hərəkət edib cərəyan yaratmasaydı, heç lampa da yanmazdı. Bununla bərabər, ateistlərin varlığı da inkaredilməzdir. Onları Allah yoluna dəvət etmək üçün elmi isbata ehtiyac duyulur.

Biliyin qiymətləndirilməsinin beş ballı xətti modelinə görə, qiymətləndirmə şkalası (xətti) beş bərabər hissəyə bölünür və müvafiq rəqəmlərlə işarə olunur. Hər öyrənci üçün bu xətti "bilir" və ya "bilmir" adlandırılan iki hissəyə bölmək mümkündür. Məsələn, 4 qiyməti ilə təhsil alan tələbə üçün "4" rəqəmindən aşağıdakı (və ya soldakı) hissə "bilir", yuxarıdakı (və ya sağdakı) hissə "bilmir" adlanacaq. Bu hissələri uzunluğuna uyğun olaraq L(bil) və L(bim) işarə edək. "Bilir" hissəsinin "bilmir" hissəsinə nisbətini (yəni L(bil)/L(bim)) "K" hərfi ilə işarə edək və bunu keyfiyyətin faktoru adlandıraq. Bu faktordan qiymətləndirmə kriteriyası kimi istifadə edək.

Sxemdən göründüyü kimi L(bil)-in qiyməti "0" ilə "5" arasında dəyişir. Burada "5" qiyməti biliyin ən yüksək (mütləq) səviyyəsidir.
Əyrinin A nöqtəsinə uyğun gələn mənimsəmə klassik "3" qiymətinə uyğun gələn mənimsəmədir. Bu nöqtə üçün "bilir" hissəsinin uzunluğu 3, "bilmir" hissəsinin uzunluğu isə 2-dir (5-3=2). Onda biliyin bu mənimsəməsinə uyğun gələn K faktorunun qiyməti 1,5 olar (K=L(bil)/L(bim)=3/2=1,5).
B nöqtəsi üçün mənimsəmə 80 faizdir. Yəni mütəxəssis zəruri biliyin 80 faizini bilir, 20 faizini bilmir. Klassik qiymətləndirmə sistemində bu səviyyə "4" qiymətinə uyğundur. Bu nöqtə üçün "bilir" parçasının uzunluğu 4, "bilmir" parçasının uzunluğu isə 1-dir (L(bil)-L(bim)=5-4=1). Bu halda B nöqtəsinə uyğun gələn keyfiyyət faktoru 4-dür (K=4:1=4).

Bu minvalla asanlıqla hesablamaq olar ki, "K=19"a uyğun gələn "bilir" parçasının L(bil)-in uzunluğu 4,75, "bilmir" parçasının uzunluğu isə 0,25 olar. Ali təhsil ocaqlarında belə bilik nümayiş etdirən tələbələrə fərqlənmə diplomu verilir.
"Bilir" parçasının uzunluğu 4,9 olduğu halda, "bilmir" parçasının uzunluğu 0,1 olar. Bu halda K-nin qiyməti 49-a bərabər olar. hesab etmək olar ki, bu bilik səviyyəsi alimlik (elmlər namizədi) səviyyəsinə uyğun gələn bilik səviyyəsidir.
Eynilə göstərmək olar ki, "K=4,95/0,05=99"a uyğun gələn "bilir" parçasının uzunluğu 4,95, "bilmir" parçasının uzunluğu isə 0,05-dir. Yəqin ki, bu səviyyə də elmlər doktoru və ya professor səviyyəsinə uyğun gələr.

Misallardan göründüyü kimi, keyfiyyət faktoru (K) artdıqca, "bilir" parçasının uzunluğu artır, "bilmir" parçasının uzunluğu isə azalır. Aydındır ki, dahi alimlər və fövqəlbəşər insanlar üçün K-nın qiyməti qat-qat çox olur. Şübhəsiz ki, peyğəmbərlərin malik olduğu səviyyə, fövqəlbəşər və ya dahi alimlərin səviyyələrindən də qat-qat, hətta müqayisə olunmayacaq qədər yüksək olar.
Bu deyilənlərdən bəşəri və ictimai əhəmiyyəti çox böyük olan tarixi bir suala da cavab tapmaq mümkündür. Yuxarıda qeyd edildiyi kimi, K faktoru L(bil)/L(bim) nisbəti ilə müəyyən olunur. L(bil)-in qiyməti 5-ə yaxınlaşdıqca, kəsrin məxrəci, yəni L(bim) 0-a doğru enir. Riyaziyyatdan məlumdur ki, kəsrin məxrəci 0-a yaxınlaşdıqca, onun qiyməti (K) sonsuzluğa uzanır. Bəs onda K-nin sonsuz qiymətinə kim malikdir? Hansı zatın biliyində qüsur yoxdur? Mütləq biliyə kim malikdir? Hər şeyi bilən, görən və eşidən kimdir?
Şübhə etmədən söyləmək olar ki, bu mütləq bilik səviyyəsi Yaradanın, Cənabi Haqqın, Allahın malik olduğu bilik səviyyəsidir.

K faktorunun başqa bir cəhətini də qeyd etmək əhəmiyyətlidir. İnsan övladı hər gün çoxsaylı qərarlar qəbul edir. Asanlıqla görmək olar ki, K artdıqca qəbul olunan qərarların xətası da azalır. Bu nəticənin həm fərd, həm də ictimaiyyət üçün əhəmiyyəti böyükdür. Bu haqda "Düşüncə tərzi" kitabımın 228-ci səhifəsində yazılmış bir fikirdən istifadə edərək, mövzuya nöqtə qoymaq olar:
"İstanilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası, həmin hadisə ilə bağlı toplanan informasiyaların həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az olar. Bu fikri riyazi olaraq belə ifadə etmək mümkündür: qərarın xətası məlumatın xətası ilə mütənasibdir. Mütləq düzgün qərar qəbul etmək Cənabi haqqa məxsusdur. Peyğəmbərlər də min illərin sınağından çıxmış düzgün qərarlar qəbul etmişlər. Fövqəlinsanlar da uzun zaman üçün doğru olan qərarlar qəbul edə biliblər. Müdrik insanların qərarlarının xətası az, cahil insanların qəbul etdikləri qərarların xətası çox olar".
Allah bizi cahil insanların xətasından qorusun!

13 şərh

cahandar
Bloq üçün təşəkkürlər....ateislərin gözü və qulaqlarə möhürlüdü…
Old_Baku_
Çox maraqlıdır......4 səs və 0...ehhhh öyrəşmişik adi haldı........)
Responsible
Mənim fikrimcə bu topik maariflənməyin riyazi yolla nəticəsini göstərir. Təşəkkür.
Old_Baku_
Responsible düzgün qeyd etdiniz…
alidumanoglu

meneviyyat-vicdan ele bir seydir her kes ozune gore mesuliyyet dasimalidir… Hele coxallahli dinlerden tekallahli dinlere kecid olmamisdan qabaq da din faktoru dovletin idare olunmasinda cox boyuk ehemiyyet kesb edib… Bele ki, hal-hazirda da coxallahli dinler movcuddur ve hemin qovmun insanlarinin nece yasadiqlari goz qabagindadir… Tek Allahli dine qulluq edib ne etmisik ki? 14 esrdir capib talayiriq, ozumuze gorumuza aparmayacagimiz qeder pul yigiriq, heyatin esl mahiyyetinden uzaq yasayaraq yasadigimizi zenn edirik… Dinin belke de musbet cehetleri de var… Eslinde olmalidir da… Cunku heyatda her bir sey musbet ve menfidir… Yeni bir seye qiymet verilerken hemin seye baxdigimiz bucaqdan asili olaraq ozumuze gore fikir ireli sururuk… Hec kim heqiqeti bilmir… Heqiqet hemise gizledilir… Dinlerin bir yalan ustunde qurulmasi heqiqeti de gizledilib ve gizledilecek… Yaxsi dinler insan heyatina tesir etdiyi andan bu gune ne deyisib ki? hemin vehsi insanlariq… Sadece zekamiz inkisaf edib… Buna baxmayaraq heyvanlara xas vehsi xususiyyetlerimiz bizde hele de movcuddur… Cunki genlerimiz cox oxsardir:))


Gelin bos-bos nagillara inanmayin… Bu dinlerin temelinde insanlarin rahatligini pozan seyler coxdur… Daha gozel qayda-qanuna ve realliga uygun sisteme ehtiyacimiz var… Bir gun bunu coxlari daha yaxsi derk edecekler… Hemin gune kimi ise dini muharibelerden el cekmeyin, qirin-dagidin ve Allah yolunda bas kesin… Sizi cennetde Allah yolunda bash kesdiyiniz ucun qehraman kimi qarsilayib dizinizin ustune iri qara gozlu hurileri eylesdirecekler… Ebedi olaraq cennetde qalarsiniz… Ebedi cennet kime lazimdir onu bilmirem… Ayri vaxti bu dunya ebedi olsaydi menasiz olardi kimi bosh fikirler soyleyenler orda ebedi qalacaqlarina gore yeqin ki, bir muddet sonra ordan da bezerler… Bu dunyada harasa gedib basini qatacagin seyler tapa bilersen… Deyilene gore orda her sey sabitdir:)))))

Rene

Sizə əbədi Cənnət lazım deyilsə əbədi Cəhənnəmi seçin. :)

Rene

Siz vəhşi ola bilərsiniz, Bizsə yox. :) Heyvanlar belə əhlilləşir, niyə bəzi insanlar özlərini heyvanlara bu qədər yaxın hiss edirlər, heyvanlarla qohum olmağı üstün tuturlar başa düşə bilmirəm. ))

alidumanoglu

Cahandar hec ozune sual verirsenmi ki, niye ateistlerin qulagini ve gozunu Allah mohurleyir? Mene ele gelir ateistler Allaha serf etmir… Iqtidar da muxalifetin gozu kordur deyir… Sence eledir?

Angelie
Bəs Sizcə yaradılışın səbəbi nədir? Bu dünya da əbədi olsa inanın ki, darıxmarıq. O qədər görüləsi, ediləsi işlər var ki bu dünyada da. Sadəcə ömür vəfa etmir. Bu qədər kainatı var edən Allah cənnətdə də insanları darıxmaga qoymaz. Həm bu barədə çox mübahisə etməyin mənası yoxdu, çünki gec-tez hamımız kimin doğru kimin yanlış olduğunu görəcəyik. İnananların itirəcək bir şeyi olmayacaq, ən azından düzgün həyat tərzi keçirib. Bəs görəsən inanmayanların halı necə olacaq? İndi özünüz fikirləşin…
Rene
«Bu dünya əbədi olsa darıxmarıq» fikrinlə razı deyiləm, bu dünya əbədi olsaydı dözülməz olardı… Bu dünyanı o biri dünya ilə müqayisə etmək düzgün deyil.
Rene
Müqayisə etmək bir az düz çıxmadı, eyni tutmaq düzgün deyil…
Angelie
yəni bu dünyada belə hələ də yeni nələrsə tapmaq mümkündürsə, cənnətdə darıxmaqdan söhbət belə gedə bilməz demək istəmişdim.