Рейтинг
+9.57

Din və teologiya

14 üzv, 83 topik

Səma səltənəti nəyə bənzəyir ?

Düzdür, bizim vəzifəmiz – sizi səma səltənətinə deyil, ruhi aləmə yönəltməkdir. Bununla belə, bir qədər də onların təsvirinə vaxt ayıraq. Bibliyada cənnət işıqla dolu olan, ağrılar-acılar olmayan, yalnız fərəh olan bir məskən kimi təsvir olunur. Quranda, xüsusiilə də Hədis-əl-Qüdsidə səma səltənəti barədə məsələyə baxılır. Hədis-əl-qüdsiyə görə cənnətə düşən kəsin yaşı heç vaxt otuz üçü keçmir.  İnsanlar adətən qocalmaq istəmirlər, belə ki, qocalıq özü ilə fiziki və əqli xəstəliklər daşıyır. Deməli, ali həzz məskənində insanlar qocalmırlar. Bu dünyada insan ən güclü həzzlərdən biri olan cinsi əlaqəyə can atır.

Davamı →

Müasir Misir nəsrində Xristianlıq və İslam

Baha Tahir təkcə vətənində deyil, ölkə sərhədlərindən kənarda da məşhur olan Misir yazıçılarından biri hesab edilir. Onun 1991-ci ildə nəşr edilən «Xalam Safiya və monastır” romanı bir çox ədəbiyyatçıların marağına səbəb olmuşdur. Bu roman əsərdəki təhkiyəçinin bədii zaman strukturunda bəhs etdiyi uşaqlıq illəri haqqındadır.
Roman Safiya adlı gözəl qızın qohumu Hərbiyə qarşı olan nakam məhəbbətindən bəhs edir. Lakin Hərbi konsul məqamına yüksələn altmış yaşlı əmisinin Safiyə ilə nişanlanmasına vasitəçilik edir. Qız nikaha razılıq verir və onun sevgisi ərinə yönəlir. Lakin bu sevgi səmimiyyətdən uzaqdır. Qəlbində Hərbiyə qarşı nifrət yaranan Safiyə onu məhv etmək qərarına gəlir.

Davamı →

Kilsənin parçalanması: katoliklik və pravoslavlıq

1054-cü ildə xristian kilsəsi katolikliyə və pravoslavlığa bölündü və bölünmə hələ də qüvvədə qalır. Roma papası ilə Konstantinopol patriarxının münasibətləri necə idi? XI əsrdə xristianlıq hansı rolu oynayırdı və “böyük sxizma” niyə baş verdi? Katoliklər və pravoslavlar bir-birilərini niyə lənətləmişdilər? Kilsənin parçalanmasında siyasət hansı rol oynamışdı və latınlarla bizanslıların ənənələri nə ilə fərqlənirdi?
Bu və digər suallara kilsə tarixçisi Pavel Kuzenkov cavab verir.

Davamı →

Dinsiz din

Özünütədqiq və fərqindəlik təcrübəsi aparanlara dərin sayqım var. Nəyə inanmalarına baxmayaraq, onların inamları kiminsə təqdim etdiyi hansısa hazır bir doqma deyil, əslində öz şəxsi təcrübələri ilə təsdiqlənir.
(S.Qrof)
“Faydalı tanrı, transendensiya üçün şəffaf olmalıdır. Siz onu, hər şeyin mənbəyinə aparan Mütləqə işarə edən bir şey kimi görürsünüz. Lakin onu qeyri-şəffaf etməməli və sadəcə təsvirə səcdə etməməlisiniz. Mütəşəkkil dinlər məhz bu cür çıxış edirlər”.
(Kempbel)

Davamı →

Tarixin yeganə qadın Papası

Tarixdə qadın Papanın olduğunu bilirdinizmi? Katoliklərin ruhani liderləri olan Papaların Vatikan tərəfindən elan edilməzdən əvvəl kişilik testindən keçmələri və bu ənənənin başlamasına səbəb olan Papa VIII Coan haqqında tarixi faktı təqdim edirik. Vatikan qadın Papanın mövcudluğunu inkar etməyə çalışsa da, əldə olunan sübutlar və bir sıra tarixi qeydlər belə bir hadisənin baş verdiyini təsdiq edir. Əvvəlcə ruhani liderlərin yeni seçilən Papaları kişilik yoxlamasından keçirmə ənənəsindən başlayaq.

Davamı →

Dini ibadәtlәr vә mәrasimlәr

Azәrbaycanın tarixi inkişafının xüsusiyyәtlәri, coğrafi mövqeyi, әhalisinin çoxmillәtli olması burada müxtәlif dinlәrin mövcudluğuna şәrait yaratmışdır. Ölkәdә ayrı-ayrı dövrlәrdә bütpәrәstlik, zәrdüştlük, yәhudilik, xristianlıq, islam vә digәr dinlәr yayılmışdır.
Sizcә, sәmavi dinlәrin hansı ibadәt vә mәrasimlәri bir-birindәn fәrqlәnir?
Hәr bir dinin özünәmәxsus müәyyәn ibadәt vә mәrasimlәri vardır. Bildiyiniz kimi, islamda namaz hәr bir müsәlmana vacib buyurulmuş ibadәtdir. İslam dininә görә, namaz vasitәsilә insan Yaradanına öz sәdaqәtini nümayiş etdirәrәk Ona yaxınlaşır, saflaşır və ülvilәşir.
Davamı →

Dinlərdən qabaq insanları nə birləşdirirdi?

Tarixə qədərki epoxada yad insanlar bir-biri ilə münasibət qurarkən nəyə əsaslanırdılar? Onlar hansı dünyabaxış və təsəvvürləri bölüşürdülər? Antropoloqlar bunun ayrı-ayrı əhvalatlar olduğu fikrinə gəliblər.

“Ovçuluq-yığıcılıq inanclarında tanrı-əxlaq anlayışı yoxdur, lakin onlar bir birinə kömək edir və qəbiləni kollektiv həyatında iştirak edirdilər. Bu səbəbdən biz düşünürük ki, ovçu-yığıcıların bu hekayələri artıq kənd təsərrüfatı meydana gəlmiş xalqlar üçün xarakterik olan müqəddəs allahları olan mürəkkəb miflərin sələfləridir” – deyə London universitet kollecindən Andrea Milyano izah edir.
Davamı →

Cahiliyyət dövründə ərəblər

Ərəblər iki dəstəyə bölünürdülər: Qəhtani və Ədnani. Qəhtani ərəbləri Sam qövmünə aid və daha qədim tarixə malik idilər. Onlar Ərəbistan yarımadsında və xüsusən də, onun cənub hissələrində yaşa- yırdılar. Ədnani ərəblər isə Həzrət İsmailin (ə) nəslindən olan Ədnan adlı şəxsdən yaranmaışdırlar. İstər İslam dinindən öncəki cahiliyyət dövründə, istərsə də İslamdan sonra Ərəblərin ən məşhur və ən güclü qəbiləsi Qureyş qəbiləsi idi və bu qəbilə Ədnani Ərəblərdən sayılır- dılar. Allahın Rəsulu Həzrət Muhəmməd (s), onun xəlifələri və İsla- mın yarandığı illərdə böyük zəhmətləri olan insanlar bu qəbilədən idilər.
Islamdan öncə olan Ərəblər səhrada yaşayan, savadsız qövm idilər. İslam dini nöqteyi-nəzərindən bu mədəniyyətdən uzaq olan tarixi dönəm Cahiliyyət dövrü adlandırılır.
Davamı →

Manilik haqda

Manilik xristiyanlıqla islam dininin zühur etdiyi dövrlər arasın- dakı zaman kəsiyində meydana çıxmışdır və qısa müddət ərzində güclü şəkildə yayılmış, sıralarına imanlı davamçılar əlavə edə bil- mişdir. Bu din Buddizmlə Sabiliyin təlimlərini və düşüncə tərzini nəzərə almaqla Zərdüştlük ilə Xristiyanlığın qarışığından əmələ gələn dindir. Bu dinin irfani və insani prinsipləri onun güclü şəkildə yayıl- ması üçün münbit şərait yaratdı, şərqdə Çinə və qərbdə mərkəzi Av- ropaya qədər genişlənmişdi. İran və Roma dövlətlərinin şahları Mani- lərlə düşmənçiliyə başladılar və onları dəstə-dəstə qətliam etdilər. Sonda Avropanın dini təftiş məhkəməsi (İnkivizasiya) 13-cü əsrdə Manilərin sonuncu dəstəsini də yer üzərindən sildi.
Davamı →

Zərdüşt dini

Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keçməsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müsbət təsir göstərdi.
O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yaxşılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı peyğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etməsini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi.
Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna adlandırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.
Davamı →