Manilik
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Ptolemeylərin hakimiyyəti altında olan Misir ellinizm dövründə ən inkişaf etmiş ölkələrindən biri idi. O, eyni zamanda qədim dünyanın mədəniyyət mərkəzlərindən biri idi. Məhşur kitabxanası olan İsgəndəriyyə şəhərində müxtəlif ölkələrdən gəlmiş tanınmış alimlər çalışırdı. Ptolemeuslar həm də müxtəlif dinlərin və dini ənənələrin bir-biri ilə yaxınlaşması, onların ziddiyyətlərini ortalıqdan qaldırılma siya-sətini aparırdılar. Bunun nəticəsində dini-fəlsəfi sinkretizm meylləri güclənmişdi.
Bu prosesə İsgəndəriyyədə yaşayan çoxsaylı yəhudi icması da cəlb edilmişdi.
Yəhudilərin çoxu öz doğma dillərini unudub yunanca danışırdılar və yunan mədəniyyətinin bir çox elementlərini mənimsəmişdirlər. Lakin, eyni zamanda, yunanlar və İsgəndəriyyədə yaşayan başqa xalqlar da yəhudilər vasitəsilə Yaxın Şərq mədəniyyəti ilə yaxından tanış olmuşdurlar.
Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx surətdə əlaqədar olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur.
Tarixdən məlum olduğu kimi, I əsrdə yəhudi dövləti Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi cəmiyyəti parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Nəticədə isə, imperiyadaxili çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi.
İslam təriqətləri arasında ən geniş yayılan cərəyanlardan biri və bəlkə də birincisi ələvilikdir. Müsəlman ölkələrində, xüsusən də Türkiyə, Suriya, İraq, Pakistan, Misir və digərlərində bu cərəyanın çoxsaylı tərəfdarları var. Azərbaycanda da tarixən ələvilik olub. Digər təriqətlərlə müqayisədə daha dinamik və yayılmaqda davam edən ələvilik bu gün türklər vasitəsilə Avropada geniş yayılıb. Xüsusən də türklərin sıx məskunlaşdığı Almaniyada ələvi dərnəkləri var.
Bəs ələvilik nə deməkdir? Ümumiyyətlə, bu cərəyan haqda nə bilirik?
Qeyd edək ki, son dövrlərdə əksər insanlar ələvilik təriqətini İslamın şiə-cəfəri məzhəbi ilə qarışdırır. Hətta Türkiyədə də son illərə qədər çoxu ələviliyin şiəliklə eyni olduğunu təsəvvür edirdi. Ələviliyi bu gün aradan demək olar ki, tam qalxmış “əliəllahılarla” eyni cərəyan hesab edənlər də var. Mövzuya olan marağı nəzərə alaraq ələvilik haqda ümumi məlumatları bir yazıda xülasə etmək qərarına gəldik.