Diplomatın geyimi

Diplomatların geyiminə tələblər ölkədən, onun adət-ənənələrindən, iqlimindən asılı olaraq fərqlənir. Hal-hazırda geyim formasında rəsmiyyətçiliyə daha az  meyl bərqərar olmaqdadır. Buna baxmayaraq, riayət edilməli olan standart qaydalar mövcuddur (bəzi ölkələrin diplomatlarının geyindikləri diplomatik uniforma və milli     geyim­lərdən başqa).
____________________________________
Geyimin formasına standart tələblər adətən dəvətnamədə göstərilir. Bununla əlaqədar qadın geyimlərinə dair yalnız «müvafiq» qeydi mümkündür.
____________________________________
Qadın geyimi formal toplantılar abu-havasına canlan­dırma gətirir və xanımların individuallığını qabardır.
Ayrı-ayrı ölkələrdə, ənənəyə görə, bəzi tədbirlər üçün seçim imkanı çox məhduddur. Məsələn, R.C.Feltxemin təsvir etdiyinə görə, Böyük Britaniyada kişilər üçün aşağıdakı imkanlar mövcuddur:
Gündüz kostyumunu (Morninq coat) gündüz təd­birlərinə geyinirlər; ona daxildir: təntənəli tədbirlər zamanı qara frak, qara jilet və hündür qara ipək papaq, yaxud bayram tədbirlərinin keçirilməsi vaxtı boz papaq, ağ köynək, zolaqlı qara şalvar, boz qalstuk və qara    ayaqqabılar. Hərbi, yaxud matəm tədbirləri zamanı medallar – sinədə sağdan münasibdir.
Frak (White tie) – rəsmi axşam qəbulları, ballar, şam yeməkləri, gündüz bağlı məkanlarda rəsmi tədbirlər üçün kostyum.
Tam axşam geyimi (Full evening dress) adlanan kostyuma uzun qara frak, ağ jilet, kraxmallanmış ağ köynək, ağ kəpənək-qalstuk, iki ipək qara zolaqlı qara şalvar, qara ipək papaq, laklanmış qara ayaqqabı, təltif nişanları və ordenlərin təsviri olan qəliblər daxildir.
Axşam kostyumu (Black tie) qeyri-formal axşam tədbirləri üçün istifadə olunur. Ingilislər bu cür kostyumu həmçinin Dinner Jacket adlandırırlar. Ona ipəklə işlənmiş qatları olan qara pencək (smokinq), ipək zolaqlı qara şalvar, ağ köynək (yumşaq yaxalıqlı), qara kəpənək-qalstuk və qara ayaqqabı daxildir. «Smokinq» sözünün mənşəyi Britaniyadakı ənənəvi siqarçəkmə klubları ilə bağlıdır. Məhz onlar üçün ipək qatlı pencəklər yaradılmışdı ki, çəkmə zamanı kül qatlar üzərindən axsın. Bəzək əşyaları və medallar bu dəvətnamədə qeyd edildiyi halda taxılır.
Toplantının abu-havası nə qədər qeyri-for­mal­dır­sa, bir o qədər geyimdə daha çox sərbəstlik var. Əksər ölkələrdə bu cür ənənələr və məhdudiyyətlər yoxdur və bir qayda olaraq, diplomatların kostyum seçimi ilə bağlı problemləri olmur.
____________________________________
Milli bayramla əlaqədar, yaxud dövlət başçısının şərəfinə təşkil olunan qəbullarda geyimdə daha sərt qaydalar qüvvəyə minir.
____________________________________
Bu cür qəbullara, həmçinin axşam saat səkkizdən sonrakı qəbullara tünd rəngli kostyumlar (qara, tünd göy, tünd boz, tünd qəhvəyi) məsləhət görülür. Köynək – ağ, yaxud maksimal olaraq açıq, qalstuk o qədər də parlaq olmayan istənilən rəngdə; qara qalstuk yalnız matəm rəmzi olaraq.
Rəsmi milli geyim bütün diplomatik tədbirlər üçün məqbuldur.
Dress-koda görə, toylar, yubileylər, bayramlara Formal gəlmək qəbul edilib, yəni kişilər klassik kostyum geyinirlər: cüzi sezilən zolaqla tünd göy, tünd boz, daha nadir hallarda sırf qara. Rəsmi kostyum həmişə birrənglidir.
Əgər dəvətnamədə Semi-formal, Black Tie Optional, Cocktail göstərilibsə, bu o deməkdir ki, smokinqə başqa rəngli jilet və kəpənək-qalstuk geymək olar. Məsələn, parlaq dəbli qalstuk. Qeyri-formal axşam tədbirlərində trikotaj cemperin üzərindən pencək geyinmək olar.
Ct (Casual travel) sərbəst, səyahətdə, A5 (after 5) 17.00-dan sonra deməkdir. Bəzən etiket hətta jiletin düymələrinin sayını da təyin edir. Böyük Britaniyada nüfuzlu cıdırlarda tələb olunur: poplin köynək, 5 düyməli mirvari-boz rəngli jilet, birtonlu qalstuk, yun flaneldən jaket, strelkalı şalvar. Qadın dress-kodunun sirri ondan ibarətdir ki, evin sahibəsi qəbul və naharlara şlyapa taxmır, çay tədbirinə (five o’clock) isə trikotaj, yaxud toxunma jaketdə gəlir.
Əməkdaşların ofis geyiminə tələblər korporativ dress-koddan ibarətdir. Iri şirkətlər əməkdaşın geyimini müqavilədə detallı şəkildə razılaşdırırlar.
Məbədə kişilər şort və baş geyimi ilə, qadınlar isə başıaçıq və çox açıq çiyinlərlə daxil olmamalıdırlar.
Diplomat və ümumiyyətlə, hər mədəni şəxs öz xarici görünüşünə diqqətlə yanaşır, geyiminə nəzər salır. Axı insan haqqında ilk təsəvvür və ona münasibət 100 haldan 85-də onun xarici görünüşündən asılıdır.
Elementar qaydaları yadda saxlamaq lazımdır. Məsə­lən, ucaboy və arıqlara pencəyin uzunluğunda təzadlar (mütənasiblik) yaraşmır, açıq tonlar vizual olaraq fiquranın həcmini böyüdür, tünd tonlar isə, əksinə, insanı qamətli göstərir.
Axşam geyiminə həmişə ağ köynək lazımdır. Hamar, eynitonlu parçadan kostyuma köynək və dama-dama qalstuk yaraşır. Melanc parçasına eynitonlu, iplərindən birinə müvafiq olan parçalar yaraşır.
____________________________________
Rəsmi geyim stilinin inkişafı şıltaq seldən daha çox sakit çaya bənzəyir. Iş mühiti təsadüfi təsirlərə məruz qalmır və buna görə rəsmi iş geyimi kifayət qədər mühafizəkardır.
____________________________________
Geyim stili uğura təsir edir, düzgün seçilmiş kostyum isə işgüzar mühitin yaradılmasına kömək edir və əminlik hissini verir. Geyim şəxsiyyət haqqında çox şey deyə bilər və nüfuzunun artmasına yardımçı olmalıdır.
Diplomat və ya istənilən iş adamı necə görsənməlidir? Sanballı və özünəəmin, işgüzar və cəlbedici, ləyaqətli, özünə qarşı inam oyadan, zövq və incəlikdən xali olan. Həmçinin o üzü təmiz qırxılmış, qüsursuz təmiz köynəkdə olmalı, saç düzümünün düz xəttinə malik olmalı, təravətli qoxusu olan yüngül odekolondan istifadə etməlidir.
Uyğunlaşdırma bacarığı rəngi, xətti, faktura və stili nəzərə almalıdır. Xətt geyimin ümumi siluetindən çox pencək, köynək, qalstuk üzərində xəttlərin istiqamətidir. Geyimin xəttləri bir-biri ilə kəskin surətdə kəsişməməli yaxud qarışmamalıdır. Ən maraqlısı materialın fakturasıdır. Kişi üçün ən yüksək məharət həmahəng fakturalı geyimdir.
Geyim stillərinin müvafiqliyini mütləq nəzərə almaq lazımdır. Geniş yayılmış səhvlərdən biri bir qədər mühafizəkar işgüzar adam geyimi və dama-dama idman köynəyidir.
Birtonlu kostyum işgüzar kişinin geyiminin digər elementlərin rəngi və cizgisi ilə yaxşı uzlaşan və buna görə kostyum-köynək-qalstuk kombinasiyasının düzgün seçimini asanlaşdıran əsas elementidir. Onunla   köynəyin istənilən cizgisi və birtonlu qalstuk uzlaşır. Yadda saxlamaq lazımdır ki, eyni cizgilər heç vaxt uzlaşmır və onları eynitonlu elementlərlə ayırmaq lazımdır.
____________________________________
Geyimin birtonlu elementlərini seçməklə stilin vahidliyinə nail olmaq daha asandır. Klassik nümunə tünd göy kostyum, ağ köynək və tünd qırmızı qalstukdur. Bu cür uyğunlaşdırma həmişə yaxşı zövq əlaməti hesab edilib.
____________________________________
Işgüzar vəziyyətlər üçün parlaq əlvan geyimlər seçmək məsləhətli deyil, çünki diqqəti cəlb edən kostyum incə zövq və böyük təcrübə tələb edir.
Istənilən kostyumun ümumi görünüşünü köynək və qalstuk dəyişə bilər. Qalstuk onun sahibinin statusu və zövqünün əsas göstəricisidir. Bağlı halda o ideal düyünə malik olmalı və kəmərin toqqasına çatmalı, onun eni isə pencəyin yaxalığı ilə həmahəng olmalıdır.
Televiziyada çıxış üçün mütəxəssislər ağ köynək, xırda naxışlı qalstuk, zolaqlı heç nə geyinməməyi tövsiyə edirlər. Ağ köynək əvəzinə mavisini məsləhət görürlər. Birtonlu geyim heç vaxt pis vəziyyətdə qoymaz.
Aksessuarların seçimi zamanı «zərgər məmulatları nə qədər az olsa, bir o qədər yaxşıdır» prinsipini rəhbər tutmaq lazımdır. Sancaq və nişanlar sadəcə olaraq lazım deyil. Corablar yalnız tünd rəngli, baldırdan yuxarı və tamamilə qırışsız olmalıdır. Hər işgüzar adamın və xüsusən də diplomatın yaxşı cəhəti səliqə ilə daranmış saçlar və təmizlənmiş ayaqqabılardır. Hər bir insanın, xüsusən də diplomatın riayət etməli olduğu bir neçə çox da mürəkkəb olmayan qaydalar mövcuddur:
- mümkün qədər yaxşı geyinməyə çalışın;
- geyiminizdə təmizlik və səliqəliyə diqqət edin;
- hansısa konkret halda nə geyinəcəyinizi bilmirsinizsə, mühafizəkar geyimə üstünlük verin;
- görüşməli olduğunu insanlarla eyni stildə geyinin;
- saçlarınızın təmiz olmasına diqqət edin;
- hərəkətləriniz, sözləriniz və geyiminizin yadda qalmasına çalışın;
- sürtülmüş və ucuz çanta daşımayın;
- həmişə özünüzdə bahalı qələm və karandaşa malik olun;
- bahalı qalstuklar taxın;
- pencəyi heç vaxt çıxartmayın;
- iş müşavirəsinə getməzdən öncə, güzgüyə baxın və xırda çatışmazlıqlardan qurtulun;
- əgər siz XIN, yaxud səfirliyi təmsil edirsinizsə, yadda saxlayın ki, sizin geyiminiz və ümumən xarici görünüşünüz ölkəniz və sizin ümumi səviyyəniz barədə müəyyən informasiya mənbəyidir.

2 şərh

Süvari
təşəkkürlər. maraqlı məlumatdır