Qəbul üçün geyim

Şam yeməyinə dəvətnamədə qonağın hansı geyim­də gəlməsi göstərilə bilər. Məsələn, smokinq, yaxud frak, xanımlar üçün ziyafət (axşam) paltarı. Bu cür göstəriş dəvətnamənin sağ (bəzən sol) aşağı küncündə fransız yaxud ingilis dilində yazılır (dəvətnamənin hansı dildə olmasından asılı olmayaraq). Fransızca aşağıdakı sözlərdən istifadə olunur: uniforme (forma), habit (frak), decoration (ordenlər). Ingiliscə: white tie/cravate blanche (frak), black tie/ cravate noire (smokinq/adi, sadə kostyum).
Əgər geyim forması göstərilibsə, qonaqlar qəbula müvafiq kostyumda gəlirlər. Əgər yazı yoxdursa yaxud uniforme yazılıbsa, aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur: səhər yeməyi, kokteyl və 20.00 radələrindən erkən başlayan digər tədbirlərə (milli bayram və ya dövlət başçısının şərəfinə olanları çıxmaq şərti ilə) kişilər adi gündəlik kostyumda gələ bilərlər.
kifayət qədər solid və səviyyəli geyimBütün növ qəbullara ağ köynək, saat səkkizdən sonra başlayan axşam qəbullarına isə tünd rəngli kostyum geyinmək lazımdır.  Ayaqqabı: yarımbotinka, yaxud qara rəngli botinka. Yay vaxtı açıq rəngli kostyum ilə səndəl istisna olmaqla istənilən rəngli ayaqqabı geyinmək olar. Laklanmış ayaqqabılar yalnız smokinq, yaxud frakla birgə geyinirlər. Corablar həmişə ayaqqabının tonuna uyğun olmalıdır. Xanımlar qəbullar üçün düz biçimli və çox da parlaq çalarsız olan kostyumlara malik olsalar yaxşı olar. Axşam qəbullarına (20.00 və daha gec), həmçinin milli bayramlar, yaxud ali qonaqların şərəfinə qəbullara ziyafət (axşam) paltarı və hündürdabanlı incə tufli geyinilir.
Frak və smokinq axşam paltarları kimi əvvəlki fəsildə təsvir edilib. Adi kostyum idman stilli, pencək və şalvar isə fərqli rəngdə olmamalıdır. Tədbirdən asılı olaraq tünd çalarlı kostyum, ağ köynək, qara, laklanmamış botinkalar geyinmək tövsiyə edilir.
Diplomatik qəbulun hər növünə müəyyən qadın geyimi müvafiqdir. Bu barədə adətən dəvətnamədə gös­təriş olur, göstəriş olmadıqda, qəbula dəvət edilmiş digər şəxslərdən soruşmaq məqsədəuyğundur. Şampan qədəhi, səhər yeməyi, çay, a lya furşet növlü qəbula adi uzunluqda yubka, yubka-kostyum, kiçik ölçülü şlyapa geyilir. Ev sahibəsi şlyapa taxmır. Milli bayram, yaxud digər hadisə ilə əlaqədar, dövlət, hökumət başçısı, xarici işlər naziri, yaxud digər dövlət xadiminin, nümayəndə heyətinin şərəfinə a lya furşet növlü qəbula adi uzunluq­da daha yaraşıqlı yubka, yubka-kostyum geyinmək tövsiyə edilir. Nahar, şam yeməyi, axşam qəbulu üçün axşam tualeti lazımdır. Diplomatik qəbullara idman ayaqqabısı və kauçuk altlı ayaqqabı geyinmək olmaz.
Əgər dəvətnamədə geyim forması axşam (tenue de soiree) göstərilibsə, ordenləri də taxmaq olar.
Obamalar ailəsi Britaniya kraliçasının qonağı olandaSəhər yeməyi üçün geyim dəvətnamədə başqa göstəriş yoxdursa, adi kostyumdur.
Kokteyl növlü qəbullarda geyim forması konkret haldan və dəvətnamədəki göstərişdən asılı olaraq gün­dəlik kostyum (tünd rəngli), yaxud smokinqdir.
Rəsmi nahar: kişilər üçün geyim forması konkret haldan və dəvətnamədəki göstərişdən asılı olaraq qara kostyum, smokinq, yaxud frakdır. Qadınlar üçün ziyafət (axşam) paltarı. Şam yeməyi: qara kostyum, smokinq yaxud frak; qadınlar üçün – ziyafət paltarı (axşam).

2 şərh

fidan
Offtop. həm Obamagil,həm də kraliça və prins çox gözəl görünür.
Azərbaycanda diplomatik qəbullara frak,smokinq geyirlərmi?
IDEAL
Məncə orta yaş qadın diplomatla gənc diplomat qadının geyimi az çox bir-birindən fərqlənəcək. Maraqlıdı görən diplomatlara yaşlarına uyğun geyinmək barədə hər hansı bir tövsiyyə və standart varmı?