Diplomatik qəbula hazırlıq qaydaları

1. Qəbulun növünü ilk növbədə fəaliyyət göstərdikləri ölkənin adət və ənənələrini nəzərə almaqla müəyyən edirlər;

2. Tarixi təyin edərkən unutmaq olmaz ki, qəbulları bayram və istirahət günləri, müsəlman ölkələrində isə həmçinin dini bayramlar günü keçirmirlər;

3. Qəbulun keçiriləcəyi yeri seçir və qonaqların siyahısını tərtib edirlər;

4. Qonaqların siyahısını dəqiqləşdirdikdən sonra dəvətnamələr yazılır və qəbula  2-3 həftə qalana qədər, ən son halda bir  həftədən  gec olmayaraq göndərilir.


Zalı milli bayraqlarla bəzəmək, dövlət başçısının portretini asmaq, qəbul zamanı milli musiqini, xüsusən təntənəli hallarda - qəbulun əvvəlində qəbul edən və qonağın təmsil etdiyi ölkələrin himnini ifa etmək olar. Bayram abu-havasını masalar və zalda yerləşdirilmiş təbii çiçəklər yaradır; Bəzən güllər  və salfetlər qonağın bayrağının rənginə uyğun seçilir. Masalara ən yüksək keyfiyyətli qab-qacaq qoyulur.

1. Çörək üçün boşqab; 2. Salfet; 3. Qəlyanaltılar üçün kiçik çəngəl; 4. Balıq yeməkləri üçün çəngəl; 5. Ət yeməkləri üçün çəngəl; 6. Qəlyanaltı boşqabı; 7. Boşqab; 8. Ət yeməkləri üçün böyük naşar bıçağı; 9. Balıq bıçağı; 10. Şorba üçün xörək qaşığı; 11. Qəlyanaltı üçün  kiçik bıçaq; 12. Desert qaşığı; 13. Desert çəngəli; 14. Qəlyanaltı ilə verilən bərk alkoqol içkilər üçün qədəh; 15. Balıq yeməkləri ilə verilən ağ şərab üçün qədəh; 16. Ət yeməkləri ilə verilən qırmızı şərab üçün qədəh; 17. Desertlə verilən şampan qədəhi; 18. Mineral su üçün qədəh.

 

0 şərh