Etimadnamə

Etimadnamə (lettres de creance) – səfirin dövlətin nümayəndəsi kimi statusunu rəsmi şəkildə təsdiqləyən (təsbit edən) sənəddir. Sənəddə səfirin dövlət başçısı və hökuməti adından deyəcək hər şeyə inanmaq, etimad etmək xahişi əks olunur; məhz buna görə də sənəd etimadnamə adlanır.
Etimadnamələrini təqdim edən əcnəbi səfir böyük siyasi əhəmiyyət kəsb edən addım atır – dövlət başçısı ilə ilk rəsmi kontakta daxil olur. Buna görə bütün ölkələrdə təqdimetmə mərasimi diqqətlə, diplomatik protokola təsbit edilmiş qaydalara tam xırdalıqlarına riayət edilməsi ilə işlənib hazırlanır. Bu qaydadan hər hansı yayınma səfirə və onun təmsil etdiyi dövlətə qarşı hörmətsizlik kimi izah edilə bilər.
Hər dövlətdə təqdimetmə mərasiminin özünəməxsus xüsusiyyətləri var, onların əksəriyyəti xüsusi ədəbiyyatda qeyd olunublar.
Ənənəvi olaraq, etimadnamələr bir az arxaik və təmtəraqlı stildə tərtib edilirlər (əlavə 4).
Dövlət başçısının ölümü yaxud səlahiyyətlərinin dayandırılması halında bütün missiya başçılarının etimadnamələri etibarsız hesab edilir. Etimadnamələri vermiş dövlət başçısı fəaliyyətini dayandırdığı halda da etimadnamələr etibarsız hesab edilir. Hər iki halda etimadnamələr yenidən verilməlidir. Lakin bəzi ölkələrdə, məsələn, Danimarka, Niderland, Isveçdə, bu tələb dövlət başçısının ölümü yaxud səlahiyyətlərinin dayandırılması halına şamil edilmir.
Diplomatik missiya başçısının gəlişi doğrudan da mühüm siyasi hadisədir və protokol-təşkilat məsələləri həll edərkən bunu həmişə yadda saxlamaq lazımdır. Işlər üzrə müvəkkil diplomatik korpusun duayeni ilə görüşüb yeni nümayəndəlik başçısının gəlişi barədə məlumatlandırmalıdır.
Protokol şöbə yeni missiya başçısına vizit edilməsi, yaxud vizit kartı göndərilməsi lazım olan ölkənin tanınmış xadimlərinin siyahısını verir. Həmkarına vizit edən missiya başçısı onun evin xanımına da təqdim edilməsini xahiş etməlidir. Əgər o onu görə bilmirsə, xanım üçün vizit kartını həmkarında qoymalıdır. Həmkarına da evində rast gəlmədikdə, iki vizit kartı – özünün və xanımının, qoymalıdır, vizitlər qısa müddət ərzində edilir.
Ilk şəxsi kontaktların əhəmiyyəti çox böyükdür. Bu kontaktlar zamanı ən xoş təəssürat oyatmağı bacarmaq lazımdır. Bunun üçün bəzi yazılmamış qanunları bilmək xeyirlidir.
___________________________________
Vizitin günü və saatı əvvəlcədən razılaşdırılır. Vizit üçün vaxta tam dəqiq riayətetmə mütləq və ciddi protokol tələbidir. Bu qaydanın pozulması vizitlə qəbul edən şəxsə qarşı hörmətsizliyin nümayişi kimi qiymətləndirilir və qarşılıqlı münasibətlərə mənfi təsir edə bilər.
___________________________________
Ümumiyyətlə, gecikmə təkcə vizit yox, digər rəsmi tədbirlər zamanı da yolverilməzdir. Istənilən obyektiv səbəblər belə qəbul edilmir və həmişə mənfi bir təəssüratın yaranmasına səbəb olurlar.
Ünvanı əvvəlcədən dəqiqləşdirmək lazımdır; bir gün öncə sürücünü marşrutu dəqiqləşdirmək üçün göndərmək olar. Vizit zamanı geyim formasına gəldikdə, yerli protokol normalarına riayət etmək tövsiyə olunur. Bəzi hallarda bu vizit kostyumu, digər hallarda tünd    rəngli adi kostyum və tünd rəngli ayaqqabı ola bilər. Söhbət əsnasında toxunacaq məsələləri, nə ilə maraqlanacağınızı, özünüzün nə bildirəcəyiniz barədə əvvəlcədən düşünmək xeyirlidir. Qonaqpərvərlik qanunlarına görə, söhbətin aparılmasında təşəbbüs vizitlə qəbul edən   şəxs­dədir. Ortaya çökən sükutu qonaq söhbətin bitdiyinin işarəsi kimi qəbul edir.
Söhbət missiyada baş verdikdə qonağın düzgün yerdə əyləşdirilməsinə fikir vermək lazımdır. Qonaqlar qəbul edilən otaqda divan, kreslo, masa, bir sözlə, qonaq qarnituruna malik olmaq arzuolunandır. Divan hörmətli yer sayılır. Qonağı qəbul edən şəxs kresloda divandan sol tərəfdə əyləşməlidir ki, qonaq onun sağ əli tərəfinə düşsün. Yaxud da o qonaqla birlikdə divanda, qonaqdan sol tərəfdə əyləşməlidir. Qonağa öz masa arxanızın yanında, yaxud günəşli tərəflə üzbəüz (başqa çıxış yolu olmasa, əvvəlcədən pəncərə pərdəsini aşağı salmaq lazımdır) yer təklif etmək olmaz.
___________________________________
Yerli praktikadan asılı olaraq vizit zamanı kofe, yaxud çay, yüngül yemək-içmək, yaxud çaxır verilir. Protokol viziti adətən 10-15 dəqiqə çəkir, lakin maraqlı söhbət alındıqda, daha uzun müddət də davam edə bilər.
___________________________________
Yüksək vəzifəli şəxsə vizit edərkən xidmətçi personaldan həmin şəxsin söhbət üçün nə qədər vaxtının olduğunu əvvəlcədən soruşmaq tövsiyə edilir. Əlaqələrin mütəmadiliyini təmin etmək  məqsədi daşıyan vizit, təbii ki, vaxtla məhdudlaşdırılmır, lakin qonaq vizitini uzatmamağa da fikir verməlidir. Istənilən vizitdən getmək təşəbbüsü qonağa məxsusdur. Istisna dövlət başçısına vizit təşkil edir. Bəzi, xüsusən monarxiyalı quruluşlu dövlətlərdə, dövlət başçısına sual vermək qəbul edilmir, söhbəti dövlət başçısı özü aparır. Xarici işlər naziri, həmçinin diplomatik korpusun duayeni yeni səfirə cavab viziti etmək məcburiyyətində deyil.
Yeni səfirin xanımı ölkəyə gələndən sonra xarici işlər nazirinin xanımına vizit edir və dövlət başçısının xanımına təqdim edilir. Bu cür vizitlər yerli protokol tərəfindən təşkil edilir. Bundan sonra səfirin xanımı diplomatik korpusun duayeninin xanımından başlayaraq, həyat yoldaşının eyni və daha yüksək statuslu xarici həmkarlarına vizit edir. Diplomatik nümayəndələrin xanımları yerində olmadıqları təqdirdə, səfirin xanımı vizit kartlarını qoyur. Həmçinin o, ranqları həyat yoldaşının ranqından aşağı olan diplomatik nümayəndələrin xanımlarının qərargahlarında da vizit kartlarını qoyur.
Xüsusi halları istisna etməklə, missiya başçısı təmsil etdiyi dövlətin vətəndaşlığına malikdir. Lakin onun həyat yoldaşı qarşısında eyni tələb qoyulmur. Əksər ölkələrdə diplomatik xidmətdə olan vəzifəli şəxslər, xarici vətəndaşlarla nigah üçün xüsusi icazə ala bilərlər. Müsəlman ölkələrində ənənəyə görə, diplomatlar dövlət başçısının rəsmi icazəsi olmadan xarici vətəndaşlarla nigah bağlaya bilməzlər.

4 şərh

2ral
Fransada kişi səfir yoxdur?:-)
bankir

Azərbaycanın Fransada keçmiş səfiri Eleanora Hüseynova da qadın olub:-) İndi deməli bizdə də kişi yoxdur?

fidan
Biz de arzu edirik ki,yazanda milli hərflərimizlə və qaydalara uyğun yazasınız.