Missiya başçısı-səfir

E.Satou «Diplomatik praktika üzrə dərslik» kitabında qeyd edir ki, «səfir» sözü (ingil. «ambassador», frans. «ambassadeur»), çox güman ki, «vassal», «tərəfdar» anlayışlarından əmələ gəlib. Tədricən bu söz müxtəlif dillərdə dövlət başçısının təmsilçisinin ifadəedil­məsi kimi bərqərar oldu.
____________________________________
Səfir rütbəsinin müasir adı, məsələn, fövqəladə və səlahiyyətli səfir, daimi akkreditə olunmuş səlahiyyətli səfirlərin ölkəyə xüsusi tapşırıqla (misal üçün, tacqoyma mərasiminə) gəlmiş və bunun əsasında xüsusi ehtirama iddia edən fövqəladə səfirliklərin fövqəladə səfirləri ilə protokol birincilik uğrunda mübarizə nəticəsində yaranıb.
_____________________________________
Zaman keçdikcə diplomatik iyerarxiya bərqərar oldu, ənənələr formalaşdı.
Birinciliyi fövqəladə səfirlərə verməmək üçün XVII əsrin ikinci yarısında səlahiyyətli səfirlərin etimadnamələrində «fövqəladə» sözü əlavə etməyə başladılar və bununla protokol cəhətdən daimi səfirləri fövqəladə səfirlərlə bərabərləşdirdilər. Müasir beynəlxalq praktikada qəbul edilmiş diplomatik nümayəndəlik başçılarının tam rəsmi adları aşağıdakılardır:
Səfir – fövqəladə və səlahiyyətli səfir, qısa şəkildə səfir.
Elçi – fövqəladə elçi və səlahiyyətli nazir, qısa şəkildə səlahiyyətli nazir, nazir.
Işlər üzrə daimi müvəkkil – qısa şəkildə işlər üzrə müvəkkil.
Venesiya konvensiyası çərçivəsində əksər ölkələrdə universal yanaşmalar istifadə edilsə də, bəzi ölkələrdə özünəməxsus xüsusiyyətlər var.
Britaniya millətlər Birliyinin üzvləri olan ölkələr arasında diplomatik münasibətlər ali komissarlar adlanan diplomatların xüsusi korpusu tərəfindən həyata keçirilir. Ilkin olaraq bu titul London hökuməti və britaniya dominionlarının mübadilə etdiyi təmsilçilərə şamil edilirdi. 1948-ci ildən etibarən Sent-Ceyms sarayı (ingiltərə kral sarayının tarixən formalaşmış adı) ali komissarları onların səlahiyyətlərinin verilməsi ardıcıllığında diplomatik korpus siyahısına daxil edir. Ali komissarlar və onların ailələri səfirlərə aid bütün toxunulmazlıqlardan istifadə edirlər. Lakin bu toxunulmazlıqlar beynəlxalq hüquqdan irəli gəlmir, Birlik üzvləri ölkələrinin müvafiq parlamentləri tərəfindən qəbul edilmiş xüsusi qanunvericilik əsasında təsbit edilirlər.
Fransa Respublikası və Frankofon cəmiyyətinin üzvləri olan ölkələrin mübadilə etdikləri ali təmsilçilər Britaniya Birliyinin ali komissarının statusuna bərabər statusa malikdilər.
Vatikan diplomatik özləllikləri də tarixən formalaşıb. Vatikan üç kateqoriyalı nümayəndəliklərə malikdir:

  1. fövqəladə diplomatik nümayəndəliklər;
  2. mülki işlər üzrə Şuraya (Şuraya dövlət naziri başçılıq edir) tabe olan və ya onun qarşısında cavabdehlik daşıyan daimi diplomatik nümayəndəliklər;
  3. dinin təbliği və Şərq kilsəsi işləri üzrə konqreqasiyalara tabe olan nümayəndəliklər.

ABŞ-ın Azərbaycanda səfiri Enn DersiFövqəladə nümayəndəliklər «a letera» leqatlara yaxud ableqatlara tapşırıla bilər. Leqat-kardinal papanın şəxsi nümayəndəsi qismində çıxış edərək dini və ya   siya­si xarakterli xüsusi missiyanı icra edir. Yollandığı ölkədə ona ən ali ehtiram göstərilir. Leqatın digər kateqoriyaları diplomatik statusa malik deyillər.
Vatikanın xarici dövlətlərlə katolik kilsənin statusuna, yaxud ona aidiyyatı olan müqavilələrlə bağlı olan dip­lomatik münasibətləri ənənəvi olaraq konkordat adlanır və mülki işlər üzrə Şuraya başçılıq edən dövlət nazirinin sərəncamındadırlar.
Onlar başçıları həm diplomatik, həm də apostol nümayəndəsi funksiyalarını icra edən daimi nümayəndəliklər vasitəsilə həyata keçirilir. Onların təyinatını müəyyən edən papa fərmanı onlara dini məsələlərə aid müəyyən səlahiyyətlər verə bilər.
Kilsə qanunu nunsi və internunsilərə Vatikan və akkreditə olduqları ölkənin hökuməti arasında xoş münasibətləri inkişaf etdirməyi, kilsə işlərinin vəziyyətinə nəzarət etməyi tapşırır. Birinciliyə görə onlar kardinallar istisna olmaqla, bütün yeparxiya (dini inzibati vahid) yepis­koplarından (baş keşişlərdən) üstün mövqedə dururlar. Yepiskop rütbəsində olan nunsi və internunsilər arxiyepiskopun xüsusi razılığı olmadan bütün dini mərasimləri icra edə bilərlər. Onlara kilsədə dini ehtiram göstərilir. Nunsi səfir ranqına (rütbəsinə, dərəcəsinə) malikdir.
Səfir dərəcəli diplomatik nümayəndəlik başçısını işlər üzrə müvəqqəti müvəkkildən fərqləndirmək üçün sənədlərin ünvanlanması (və ümumən sənədlərdə) zamanı işlər üzrə daimi müvəkkilin fransızca adından – Charge d’Affaires en pied yaxud Charge d’Affaires aves lettres istifadə etmək qəbul edilib. Müvəqqəti işlər üzrə müvəkkilə sənədlər ünvanlayarkən də ümumən qəbul edilmiş fransız adından - Charge d’Affaires ad interim yaxud Charge d’Affaires a.i., istifadə edilir.
Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına müvafiq olaraq maraqlı hökumətlərin qarşılıqlı razılığı əsasında missiya rəhbərləri üç sinifdən birinə aid edilə bilərlər:

  1. Dövlət başçıları ilə danışıqlar aparmağa akkreditə edilmiş səfirlər, papa nunsiləri və bu cür ranqlı missiyaların digər rəhbərləri (məsələn, Britaniya birliyi ölkələrinin mübadilə etdikləri ali komissarlar);
  2. Dövlət başçıları ilə danışıqlar aparmağa səlahiyyətlənmiş elçilər, keşişlər və papa internunsiləri. Hal-hazırda bu sinif praktiki olaraq mövcud deyil.
  3. Xarici işlər nazirləri ilə danışıqlar aparmağa akkreditə edilmiş işlər üzrə müvəkkillər (en titre, en pied və ya titullu). Bu sinifə nadir hallarda rast gəlinir.

Missiya başçıları arasında diplomatik protokol qaydaları üzrə birincilik məsələlərini istisna etməklə fərqləndirməyə imkan verilmir.
Əgər missiya başçısı yerində yoxdursa və ya hər hansı digər səbəbdən (məsələn, xəstəliyə görə) öz üzərinə düşən vəzifələrini yerinə yetirmək imkanına malik deyilsə, yaxud onun vəzifəsi tutulmamış olaraq qalırsa, diplomatik missiyanın üzvü (adətən ranq üzrə növbəti üzv) ad interim (latıncadan müvəqqəti deməkdir) işlər üzrə müvəkkil səlahiyyətlərini icra edir. Bu cür hallarda missiya başçısı və ya onun XIN fəaliyyət göstərdiyi ölkənin müvafiq vəzifəli şəxslərini baş vermiş dəyişikliklər haqqında məlumatlandırır, həmçinin missiya başçısının öz səlahiyyətlərinin icra edilməsinə qayıtması müddəti haqqında xəbər verir. Əgər diplomatik personalın heç bir üzvü missiya başçısı funksiyalarını öz üzərinə götürmək iqtidarında deyilsə, inzibati və ya texniki personalın bir üzvü fəaliyyət göstərdiyi ölkənin nümayəndələrinin razılığı ilə öz hökuməti tərəfindən missiyanın gündəlik inzibati işlərinin icrasının təşkilini öz üzərinə götürməyə səlahiyyətlənə bilər. Əgər  ad interim işlər üzrə müvəkkil üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında deyilsə, o, öz yerinə yeni işlər üzrə müvəqqəti müvəkkil təyin etmir. Bunu onun xarici işlər nazirliyi edir.
Üçüncü sinif diplomatik nümayəndələrə beynəlxalq praktikada çox az rast gəlinir. Onların mübadiləsi qarşılıqlı surətdə məhdud siyasi və iqtisadi maraqları olan ölkələr arasında baş verir. Işlər üzrə müvəqqəti müvəkkil ölkədə olmayan səfiri, elçini və ya işlər üzrə daimi müvəkkili əvəz edən şəxsdir. Işlər üzrə müvəqqəti müvəkkil bəzən onun səhvən adlandırdıqları kimi səfirliyin (yaxud missiyanın) işlər üzrə müvəqqəti müvəkkili yox, diplomatik nümayəndəliyin başçısıdır. O, protokol ehtiramı istisna olmaqla (ona ehtiram səfirə və elçiyə nisbətən daha az həcmdə göstərilir) diplomatik nümayəndəliyin başçısının bütün hüquq və üstünlüklərinə malikdir.
Diplomatik praktikada diplomatik işçilərin olmaması səbəbindən səfirliyə, yaxud missiyaya müvəqqəti olaraq administrator qismində xidmətçi (texniki) personaldan olan şəxsin rəhbərlik etməsi hallarına çox az təsadüf edilir. O, diplomatik nümayəndəliyin başçısının hüquq və üstünlüklərinə malik deyil və onun funksiyaları texniki vəzifələrdən ibarətdir: otaqların qaydada olmasına nəzarət, əməkhaqqının ödənilməsi və s. O, fəaliyyət göstərdiyi ölkənin qurumlarını ikitərəfli münasibətlərin məsələləri üzrə ziyarət etmir, başqa sözlə desək, diplomatik münasibətləri davam etdirə bilməz.
Diplomatik münasibətlər ilk dəfə qurulduğu halda səfirin gəlişindən öncə səfirliyin təsisinin hazırlığı məqsədi ilə ölkəyə adətən diplomatik və inzibati-texniki işçilər qrupu göndərilir. Ranq üzrə birinci diplomat özü ilə öz xarici işlər nazirindən fəaliyyət göstərdiyi ölkənin xarici işlər nazirinin adına qeyd olunan diplomatı işlər üzrə müvəqqəti müvəkkil qismində qəbul etmək haqqında məktub gətirir. Səfirin gəlişinə qədər o, diplomatik nümayəndəliyin başçısı səlahiyyətlərini icra edir.
Fəaliyyət göstərdiyi ölkə ilə razılaşdırılmış şəkildə səfirliyin açılışı zamanı  bəzi protokol tədbirləri həyata keçirilə bilər: bayrağın təntənəli ucaldılması, səfirliyin təmsil etdiyi və fəaliyyət göstərdiyi ölkələrin himnlərinin ifa edilməsi.

0 şərh