Рейтинг
+39.24

Diplomatiyada protokol və etiket

33 üzv, 38 topik

Diplomatik praktikada suvenirlər

Iş adamları arasında suvenirlər mübadiləsi Qərbdə Şərqdəki qədər geniş yayılmayıb. Lakin kiçik hədiyyəni minnətdarlıqla qəbul edərlər, xüsusən əgər partnyorlar zövqlərinə uyğun nəsə hədiyyə etmək üçün bir-birlərini kifayət qədər yaxşı tanıyırlar. Buna görə bahalı və yöndəmsiz hədiyyə yerinə nisbətən ucuz, lakin münasib hədiyyə seçmək daha yaxşı olar.
Etiket ilk görüş zamanı hədiyyələrin qonaqların yox, ev yiyələrinin etməsini nəzərdə tutur. Növbəti görüşlərdə hədiyyə mübadiləsi dostluq əlaqələrinin möhkəmləndirilməsi (xüsusən də Şərqli partnyorlarla) üçün mütləq xarakter daşıyır.


Ardı →

Diplomatik sənədlərin hazırlanması

Bütün sənədlər, onların çoxşahəliyi və müxtəlifliyinə baxmayaraq, ən ümumi, universal qaydalara riayət edilməsini tələb edirlər. Diplomatik yazışma diplomatiya qədər uzun tarixçəyə malikdir. Qəbul edilən öhdəliklərdən geri çəkilmə həmişə nüfuzun, etibarın itirilməsinə gətirib çıxarırdı.
Hər konkret halda ənənəni nəzərə almaqla sənədin düzgün seçimini etmək böyük əhəmiyyət kəsb edir. Verbal notaya verbal, şəxsi məktuba şəxsi məktubla cavab verirlər.Şəxsi məktuba verbal nota ilə, şəxsi imzalı məktuba imza yerinə soyad çap edilmiş məktubla cavab vermək nəzakətsizlik kimi qəbul edilir.
_____________________________________
Sənədlər qüsursuz xaricə görünüşə malik olmalı, yüksək keyfiyyətli kağızdan istifadə edilir.
_____________________________________
Əllə bəzən yarımrəsmi xarakterli məktublar yazılır. Zərflər yaxşı keyfiyyətli və formatlı, sənədin ölçülərinə müvafiq ölçüdə seçmək lazımdır.


Ardı →

Diplomatik yazışma və diplomatik sənədlər

Beynəlxalq konfrans və danışıqlarda, rəsmi qəbullar və təntənəli tədbirlərdə (sonuncuların heç də həmişə və heç də diplomatik qurumun bütün əməkdaşlarına aidiyyatı olmur) iştirakdan başqa, diplomatların, demək olar ki, kənar baxış­lardan tamamilə gizli olan geniş vəzifələr dairəsi var. Diplomatların bədii surətdə dedikləri kimi, müasir diplomatiyanın adi iş günləri diplomatik parketdə yox, yazı masası arxasında keçir.
_____________________________________
Diplomatik sənədlərin iki növü mövcuddur: qurumdaxili və rəsmi yazalı əlaqələrin həyata keçirilməsində vasitəçi olan sənədlər.
_____________________________________
Protokol nöqteyi-nəzərindən təbii ki, ikinci növ sənədlər daha önəmlidir, lakin dəqiqlik, nəzakət, diqqətlilik və səliqəlik təkcə diplomatik nümayəndələrlə yox, səfirliklər və nazirliklərdə çalışan həmkarlarla da münasibətlərdə əhəmiyyət kəsb edir.


Ardı →

Missiyanın diplomatik tərkibi

Diplomatik əlaqələr haqqında 1961-ci ilin Vyana konvensiyasında diplomatik missiyanın ştatı aşağıdakı şəkildə müəyyən edilir:
a) «nümayəndəlik başçısı» akkreditə edən dövlətin bu qismdə fəaliyyət göstərmək vəzifəsini həvalə etdiyi şəxsdir;
b) «nümayəndəlik əməkdaşları» nümayəndəliyin başçısı və nümayəndəlik personalının üzvləridirlər;
c) «nümayəndəlik personalının üzvləri» nümayəndəliyin diplomatik personalının, inzibati-texniki personalının və xidmətçi personalının üzvləridirlər;


Ardı →

Missiya başçısı-səfir

E.Satou «Diplomatik praktika üzrə dərslik» kitabında qeyd edir ki, «səfir» sözü (ingil. «ambassador», frans. «ambassadeur»), çox güman ki, «vassal», «tərəfdar» anlayışlarından əmələ gəlib. Tədricən bu söz müxtəlif dillərdə dövlət başçısının təmsilçisinin ifadəedil­məsi kimi bərqərar oldu.
____________________________________
Səfir rütbəsinin müasir adı, məsələn, fövqəladə və səlahiyyətli səfir, daimi akkreditə olunmuş səlahiyyətli səfirlərin ölkəyə xüsusi tapşırıqla (misal üçün, tacqoyma mərasiminə) gəlmiş və bunun əsasında xüsusi ehtirama iddia edən fövqəladə səfirliklərin fövqəladə səfirləri ilə protokol birincilik uğrunda mübarizə nəticəsində yaranıb.
_____________________________________
Zaman keçdikcə diplomatik iyerarxiya bərqərar oldu, ənənələr formalaşdı.
Birinciliyi fövqəladə səfirlərə verməmək üçün XVII əsrin ikinci yarısında səlahiyyətli səfirlərin etimadnamələrində «fövqəladə» sözü əlavə etməyə başladılar və bununla protokol cəhətdən daimi səfirləri fövqəladə səfirlərlə bərabərləşdirdilər. Müasir beynəlxalq praktikada qəbul edilmiş diplomatik nümayəndəlik başçılarının tam rəsmi adları aşağıdakılardır:


Ardı →

Konsul missiyası

Konsul (lat. konsul) – iki ölkə arasında qurulmuş konsul münasibətləri çərçivəsində funksiyaların icrası üçün digər dövlətin hər-hansı şəhəri yaxud vilayətində daimi nümayəndə qismində təyin edilən vəzifəli şəxs. Konsul funksiyaları 1963-cü ilin Konsul əlaqələri haqda Vyana konvensiyası, bir sıra çoxtərəfli razılıqlar, həmçinin ikitərəfli konsul konvensiyaları və dövlətdaxili qanunvericiliklə təsbit edilir. Konsul qəbul edən dövlətin qanunvericiliyi ilə verilən bütün hüquqlardan öz ölkəsinin vətəndaşlarının mümkün qədər tam şəkildə istifadə etmələri üçün tədbirlər həyata keçirir, konsul dairəsi hüdudlarında olan ölkəsinin vətəndaşlarının qeydiyyatını aparır, onlara lazımi hüquqi yardım göstərir, vətəndaşların qanunla təsbit edilmiş sənədlərini (pasportlar, şəhadətlər və s.) verir, uzadır və onlara dəyişiklik edir, öz ölkəsinə daxil olması üçün vizaları verir, vizaların vaxtını dayandırır və uzadır, notarial hərəkətləri, həmçinin təmsil etdiyi dövlətdə verilmiş sənədlərin konsul leqallaşmasını icra edir.


Ardı →

Diplomatik münasibətlər

Diplomatik münasibətlər
Istənilən dövlət üçün diplomatik tanınma məsələsi böyük siyasi əhəmiyyət kəsb edir. Yeni yaranan dövlətlər ölkələr arasında münasibətlərin beynəlxalq hüquq sisteminin əsasını təşkil edən üç əsas prinsip üzərində qurulmasına çalışırlar: hüquq bərabərliyi, ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmamaq.
Beynəlxalq praktikada yeni dövlətin tanınmasının iki forması mövcuddur: de-faktode-yure.
De-fakto – natamam tanınmadır; digər dövlətin yalnız mövcudluq faktını tanıyan hər hansı bir dövlətin hökuməti həmin dövlətlə diplomatik münasibətlər qurmasa da, iş əlaqələri yaradır. De-fakto tanınmış dövlətlər yalnız rəsmilərə bərabər tutulmayan qeyri-rəsmi diplomatik nümayəndələr mübadiləsi edə bilərlər.
De-yure – yeni dövlətin tam şəkildə diplomatik münasibətlərin qurulması, qarşılıqlı razılıq əsasında səfirliklərin təsis edilməsi, qarşılıqlı sərfəli əlaqələrin inkişafı ilə tanınmasıdır.
Ardı →

Diplomatik missiya üzvlərinin təyinatı

Diplomatik missiyanın digər üzvlərinin diplomatik korpus siyahısına daxil edilmələri üçün qeyd olunan şəxslər barədə xarici işlər nazirliyini nota ilə məlumatlandırmaq lazımdır. Bir qayda olaraq, missiyanın yeni əməkdaşları rəsmi şəkildə xarici işlər nazirinə təqdim edilmirlər. Lakin məsələn, Fransada adətən missiya başçısı yeni əməkdaşlarını protokol rəhbərinə, onun müavinləri və müvafiq siyasi və inzibati şöbələrin rəhbərlərinə  təqdim edir.


Ardı →

Diplomatik missiya başçısının gəlişi

Təyinat ölkəsinə yollanmazdan öncə diplomatik nümayəndəliyin yeni başçısı adətən xarici işlər nazirliyində xüsusi hazırlıqdan keçir. O, öz ölkəsi və təyinat ölkəsi arasında bağlanmış bütün müqavilələr, razılıqlar və digər ikitərəfli sənədlərlə, diplomatik münasibətlərin tarixçəsi, siyasi, iqtisadi, mədəni və digər əlaqələrin vəziyyəti, diplomatik nümayəndəliyin ümumiləşdirilmiş və cari (gündəlik) informasiyası ilə tanış olmalıdır. Beynəlxalq ünsiyyətə aid olan mərkəzi qurum və təşkilatlarda görüşlər keçirilir və gələcək fəaliyyət ölkə ilə işlərin vəziyyəti müzakirə edilir. Həmin ölkənin tarixi, tanınmış incəsənət xadimləri, təsviri incəsənəti və ədəbiyyatı barədə bilikləri artırmaq da önəmlidir. Gedişindən 7-10 gün öncə səfirin təyinat ölkəsinin öz ölkəsindəki diplomatik nümayəndəliyinin başçısına protokol vizit (görüş) etməsi arzuolunandır.


Ardı →