Рейтинг
+39.24

Diplomatiyada protokol və etiket

31 üzv, 38 topik

Diplomatın geyimi

Diplomatların geyiminə tələblər ölkədən, onun adət-ənənələrindən, iqlimindən asılı olaraq fərqlənir. Hal-hazırda geyim formasında rəsmiyyətçiliyə daha az  meyl bərqərar olmaqdadır. Buna baxmayaraq, riayət edilməli olan standart qaydalar mövcuddur (bəzi ölkələrin diplomatlarının geyindikləri diplomatik uniforma və milli     geyim­lərdən başqa).
____________________________________
Geyimin formasına standart tələblər adətən dəvətnamədə göstərilir. Bununla əlaqədar qadın geyimlərinə dair yalnız «müvafiq» qeydi mümkündür.
____________________________________
Qadın geyimi formal toplantılar abu-havasına canlan­dırma gətirir və xanımların individuallığını qabardır.
Ayrı-ayrı ölkələrdə, ənənəyə görə, bəzi tədbirlər üçün seçim imkanı çox məhduddur. Məsələn, R.C.Feltxemin təsvir etdiyinə görə, Böyük Britaniyada kişilər üçün aşağıdakı imkanlar mövcuddur:


Ardı →

Diplomatiya nədir?

Məlum olduğu kimi, diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir. Xarici siyasət diplomatiyanın məq­sədləri və vəzifələrini müəyyən edir, diplomatiya isə öz növbəsində, özündə xarici siyasətin həyata keçirilməsi üçün istifadə edilən praktiki tədbirlərin, həmçinin forma­lar, metodlar və vasitələrin məcmusunu ehtiva edir. Dip­lomatiya və xarici siyasət ayrılmaz və vahid bütövlük təş­kil edirlər, eyni bir prosesin bir-birini tamamlayan tərəfləridirlər.
Hesab edilir ki, diplomatiya onun müasir klassik anlamında gündəlik dövlət fəaliyyətinin xüsusi növü kimi XVI əsrin sonları-XVII əsrin əvvəllərində formalaşmışdır. Məhz bu zamanlardan  kralların və hökmdarların saraylarında daimi diplomatik nümayəndəliklər yaranır, həmçinin xarici nümayəndə heyətlərinin qəbulu, diplomatik danışıqlar və yazışmalar üzrə xüsusi dövlət qurumları fəaliyyət göstərməyə başlamışdı. Beynəlxalq münasibətlər tarixində diplomatiyanın mahiyyətini və ayrı-ayrı tərəflərini açıqlayan müxtəlif təriflər məlumdur.
I Napoleon hesab edirdi ki, diplomatiya təmtəraqlı libas geyinmiş siyasətdir. Ingilis diplomatı E.Satou diplomatiyanı «müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağlın tətbiqetməsi» kimi tərif edir.


Ardı →

Qəbul üçün geyim

Şam yeməyinə dəvətnamədə qonağın hansı geyim­də gəlməsi göstərilə bilər. Məsələn, smokinq, yaxud frak, xanımlar üçün ziyafət (axşam) paltarı. Bu cür göstəriş dəvətnamənin sağ (bəzən sol) aşağı küncündə fransız yaxud ingilis dilində yazılır (dəvətnamənin hansı dildə olmasından asılı olmayaraq). Fransızca aşağıdakı sözlərdən istifadə olunur: uniforme (forma), habit (frak), decoration (ordenlər). Ingiliscə: white tie/cravate blanche (frak), black tie/ cravate noire (smokinq/adi, sadə kostyum).
Əgər geyim forması göstərilibsə, qonaqlar qəbula müvafiq kostyumda gəlirlər. Əgər yazı yoxdursa yaxud uniforme yazılıbsa, aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur: səhər yeməyi, kokteyl və 20.00 radələrindən erkən başlayan digər tədbirlərə (milli bayram və ya dövlət başçısının şərəfinə olanları çıxmaq şərti ilə) kişilər adi gündəlik kostyumda gələ bilərlər.


Ardı →

Diplomatik qəbullarda əyləşdirmə

Nahar və şam yeməklərinin təşkili zamanı daha bir incə problem yaranır. Qəbulun optimal tarixini seçmək, dəvət­na­mələri göndərmək, yaxşı qida və içkini təmin etməkdən başqa masa arxasında düzgün əyləşməni düşünmək lazımdır.
Səhər yeməyi, nahar, şam yeməyi növlü qəbullarda qonaqlar dəqiq nizamla əyləşirlər. Ən sanballı yer qəbul sahibəsindən sağda (xanımlar iştirak edirsə), sonra sahibədən solda, qəbul sahibindən soldakı yerlər gəlir. Qəbul sahiblərindən uzaqlaşdıqca yerlərin sanballığı da azalır. Yalnız kişilərin iştirak etdiyi qəbulda ən ali qonağa qəbul sahibi ilə üzbəüz masanın qarşı tərəfindən yer ayrılır.
Əyləşdirmənin başlıca qanunu — ən sanballı yerlərdə ən hörmətli qonaqlar əyləşir. Bundan imtina, geri çəkilmə nüfuza qəsdən zərərvurma kimi qiymətləndirilə bilər.


Ardı →

Diplomatik sənədlərin növləri

Diplomatik sənədlərin növləri


Şəxsi nota


Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir.
Nota onu imzalayanın adından — birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir (Səfir) müraciəti ilə başlayır.
Sonra məzmun hissəsi başlayır. Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment, nəzakət formulu ilə bitir.
Nəzakət formullarndan asılı olaraq, notanın tonallığı daha mülayim, yaxud daha sərt ola bilər. Əgər adresata cənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa, bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir. Əgər hörmətli müraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə, nota daha isticanlı və dostyana olur.
Diplomatik praktikada digər nəzakət formulları da geniş yayılıb.
Xarici işlər naziri, yaxud səfirinə:
Cənab Nazir, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Elçiyə, işlər üzrə müvəkkilə:
Cənab işlər üzrə müvəkkil, sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.



Ardı →

Vizit kartı

Son illərdə vizit kartları geniş yayılıb. Informasiya funksiyasından başqa onlar özünəməxsus alət rolunu oynayır və onun sahibinin qiyabi olaraq təqdim edilməsi, milli yaxud digər bayramla, ad günü, vəzifədə yüksəlmə, ailəvi xoş hadisə və s. ilə bağlı təbrik etmək, başsağlığı, təşəkkürü bildirmək, tanışlığın qurulması üçün istifadə olunur. Müəyyən hallarda vizit kartını edilmiş vizitə cavab olaraq göndərmək olar. Onunla birgə suvenir və güllər də göndərmək münasibdir.


Ardı →

Axşam qəbulları

Axşam qəbulları: kokteyl, a lya furşet, nahar, şam yeməyi, nahar-bufet, çay.
Kokteyl 17-18.00 radələrində başlayır və saat-yarım-iki saat davam edir. Bu tədbir təşrifat xarakteri daşıyır və hansısa hadisəni qeyd etmək və ya kimisə təbrik etmək üçün təşkil edilir. Məsələn, bu cür qəbulu etimadnamənin verilməsi, müqa­vilənin imzalanması və ya nümayəndə heyətinin gəlişi ilə bağlı keçirmək olar.
Kokteyllərdə ofisiantlar alkoqollu (adətən şampan) və alkoqolsuz içkiləri və kanape şəklində qəlyanaltılar paylayırlar. Hərdən isti yeməklər verilir və ofisiantların içkilər təqdim etdiyi bufetlər təşkil edilir.


Ardı →

Diplomatik münasibətlər

Diplomatik münasibətlər
Istənilən dövlət üçün diplomatik tanınma məsələsi böyük siyasi əhəmiyyət kəsb edir. Yeni yaranan dövlətlər ölkələr arasında münasibətlərin beynəlxalq hüquq sisteminin əsasını təşkil edən üç əsas prinsip üzərində qurulmasına çalışırlar: hüquq bərabərliyi, ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmamaq.
Beynəlxalq praktikada yeni dövlətin tanınmasının iki forması mövcuddur: de-faktode-yure.
De-fakto – natamam tanınmadır; digər dövlətin yalnız mövcudluq faktını tanıyan hər hansı bir dövlətin hökuməti həmin dövlətlə diplomatik münasibətlər qurmasa da, iş əlaqələri yaradır. De-fakto tanınmış dövlətlər yalnız rəsmilərə bərabər tutulmayan qeyri-rəsmi diplomatik nümayəndələr mübadiləsi edə bilərlər.
De-yure – yeni dövlətin tam şəkildə diplomatik münasibətlərin qurulması, qarşılıqlı razılıq əsasında səfirliklərin təsis edilməsi, qarşılıqlı sərfəli əlaqələrin inkişafı ilə tanınmasıdır.
Ardı →