İmtiyaz və immunitetlər

Diplomatların cəmiyyətdə imtiyazlı mövqeyi bir ənənə şəklini alıb. Lakin onlara yalnız ənənəyə görə hörmət edilmir. Suveren dövlətin nümayəndələri kimi onlar öz diplomatik funksiyalarını yalnız fəaliyyət göstərdikləri ölkə tərəfindən edilə biləcək istənilən təzyiq növündən tam azad olmaları halında icra edə bilərlər. Diplomatlara verilən imtiyaz və immunitetlər hərdən artıq və mənasız görünürlər. Lakin tarixdə bir çox hallar məlumdur ki, yalnız qarşılıqlı surətdə tətbiq edilən imtiyaz və immunitetləri rəsmi tanınması diplomatik münasibətləri saxlamaq  imkan verirdi.
    ___________________________________
Diplomatik imtiyaz və immunitetlər dedikdə, əcnəbi diplomatlara, diplomatik nümayəndəliklərə öz funksiyalarını normal şəkildə icra etmələri üçün fəaliyyət göstərdikləri ölkədə verilən xüsusi hüquqlar və üstünlüklər başa düşülür.
  ___________________________________

    Başqa sözlə, dövlət onları öz yurisdiksiyasından azad edir. Diplomatın istifadə etdiyi immunitetlərin cəmini çox vaxt eksterritoriallıq adlandırırlar.
    Diplomatik əlaqələr məsələlərində əsas universal bey¬nəl¬xalq-hüquqi sənəd  olan diplomatik əlaqələr haqqında Vyana konvensiyasında imtiyaz və immunitetlərin xarakteri, həcmi və tətbiqi tam əks edilib. Digər razılıqlar da mövcuddur: 1963-cü ildə konsul əlaqələri haqqında Vyana konvensiyası, 1975-ci ildə dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərində təmsilçiliyi haqqında Vyana konvensiyası qəbul edilib.
    Diplomatik imtiyaz və immunitetlər şəxsi mənfəətin əldə edilməsini yox, diplomatlar və diplomatik nümayəndəliklərin effektiv işini nəzərdə tutur. Onlar şəxsən diplomata verilir və hər hansı bir razılıqla başqa şəxslərə ötürülə bilməz. Diplomatik imtiyaz və immunitetlərdən bütün akkreditə olunmuş diplomatlar, ayrı-seçkilik olmadan, qarşılıqlıq prinsipi əsasında  istifadə edirlər. Imtiyaz və immunitetlər həm diplomatik missiya, onun funksiyaları, həm də ayrıca götürülmüş insana şamil edilir.
    Diplomatik agentlərə təqdim edilən immunitetlər üç kateqoriyaya bölünə bilər:
— toxunulmazlıq;
— yurisdiksiyadan immunitet;
— nəzakətliyə əsaslanan imtiyazlar.
    Imtiyaz və immunitetlər həmçinin bir çox beynəlxalq təşkilatlarda tətbiq edilir. Məsələn, BMT-də – BMT əməkdaşları,  yaxud 1946-cı ilin imtiyaz və immunitetləri haqqında Konven-siyasına müvafiq olaraq dövlətlərin daimi təmsilçiləri tərəfindən təşkilatın funksiyalarının icra etmələri çərçivəsində.  Diplomatik missiyaya dair aşağıdakı imtiyaz və immunitetlər qüvvədədir.
    ____________________________________
Missiyanın ərazisi, binası və başçının şəxsi iqamətgahı toxunulmazdır.
Qəbul edən dövlətin nümayəndələri bu cür binalara və ətraf əraziyə missiya başçısının icazəsi olmadan daxil ola bilməzlər.
    ____________________________________
    Qəbul edən tərəf bu cür binalar və əraziləri basqından, zərər vermədən, yaxud missiyanın şərəfinin tapdanmasından qorunması üzrə  bütün lazımi tədbirlərin görüləcəyini təmin etməyə borcludur.
    Binalar ətraf ərazi ilə, həmçinin missiyaya məxsus nəqliyyat axtarışdan, müsadirədən, həbsə qoyulmadan, yaxud məhkəmə hökmünün icraatından immunitetə malikdirlər. Dip¬lo¬matik, inzibati və texniki personal üzvlərinə məxsus nəqliyyat (adətən müvafiq şəkildə qeydiyyatdan keçmiş diplomatik nömrəyə malikdir) analoji immunitetdən istifadə edir.
    Öz növbəsində səfirliklərin binaları diplomatik xidmətin məsələləri və qaydaları ilə uzlaşmayan məqsədlər üçün is¬tifadə oluna bilməz.
    ____________________________________
Toxunulmazlıq həmçinin qeydlərə, sənədlərə, korrespondensiyaya və arxivlərə də şamil edilir. Onlar istənilən vaxt və istənilən yerdə toxunulmazdır.
    ____________________________________
    Diplomatik nümayəndəliyin binası qarşısında nümayiş, piket və ya mitinqlər keçirildiyi hallara xüsusi fikir vermək lazımdır.
    Diplomatik nümayəndəliyə bir qrup şəxs səfir, yaxud diplomatik personaldan kimləsə söhbət barədə xahişlə müraciət edə bilərlər. Səfirlik aşağıdakı variantlardan istifadə edə bilər: qapını açmamaq; müraciəti şərh vermədən qəbul etmək; qeyd edilən qrupun nümayəndəsini səfirliyin binasına dəvət edib öz dövlətinin mövqeyini ona izah etmək.
    Nümayiş nəzarət altından çıxırsa, protokol şöbənin başçısı dərhal diplomatik nümayəndəliklərin mühafizəsi üzrə polisə müraciət edə və Vyana konvensiyasının müvafiq müddəasına istinad edə bilər. Həmin müddəaya əsasən, «qəbul edən dövlət diplomatik nümayəndəliyin sakitliyinin hər hansı şəkildə pozulmasını, yaxud onun şərəfinin təhqir edilməsinin qarşısını almağa… borcludur» (1961-ci ilin diplomatik əlaqələri haqqında Vyana konvensiyası M.22, b.2).
    Diplomatik missiya həmçinin bütün xidməti məsələlər üzrə azad ünsiyyət hüququ var. Öz hökuməti ilə ünsiyyət üçün o, kuryerlərdən, həmçinin şifrələnmiş məktublardan istifadə edə bilər. Lakin xüsusi əlaqə vasitələri  yalnız fəaliyyət ölkəsinin hökumətinin razılığa ilə quraşdırıla və istifadə oluna bilər.
    ___________________________________
Diplomatik poçt dedikdə, içində yalnız xidməti sənədlər, yaxud xidməti istifadə üçün əşyalar olan möhürlənmiş, dəqiq nişanlanmış çanta, torba, çamadan başa düşülür.
    ___________________________________
    Içindəkinin vacibliyindən asılı olaraq diplomatik poçtu adətən iki kateqoriyaya bölürlər: müşahidə edilən və müşahidə edilməyən. Diplomatik poçt açıla, yaxud həbs edilə bilməz və onun göndərilməsi üçün istənilən imkandan istifadə etmək olar.
    Diplomatik poçtu xüsusi diplomatik kuryer daşıya bilər. Diplomatik kuryer şəxsi toxunulmazlıqdan istifadə edir və hər hansı formada saxlanılmağa, yaxud həbs edilməyə məruz qala bilməz. Bu adətən onun statusunu təsdiq edən və diplomatik poçtu təşkil edən yük yerlərinin sayını göstərən nazirlik və ya səfirlik sənədləri ilə missiyası təsdiqlənən XIN qulluqçusudur. Daimi diplomatik kuryer olmadığı təqdirdə, XIN və ya missiya xüsusi səfər üçün diplomatik kuryer qismində başqa səbəblərlə səfər edən dövlət qulluqçusunu təyin edə bilər. O, dip¬lomatik poçt onda olduğu müddətdə daimi diplomatik kuryerin malik olduğu immunitet və şəxsi toxunulmazlıq¬dan istifadə edir. Bundan başqa son zamanlar kifayət qədər yayılmış təcrübəyə əsasən, diplomatik poçt təyyarə heyətinin rəhbərinə də həvalə edilə bilər. O, ölkəyə xidməti çıxışdan daxil olur və tərk edir, onu diplomatik poçtun yük yerlərinin sayını təsdiqləyən sənədlərlə təchiz edirlər və bu zaman o diplomatik kuryer hesab edilmir. Diplomatik missiyanın üzvü diplomatik poçtu şəxsən əldən-ələ təyyarə heyətinin rəhbərinə (komandirinə) vermək və eyni qaydada götürmək hüququna malikdir.

    ____________________________________
Dövlət və onun diplomatik missiyası ilə əlaqə üçüncü ölkədən keçə bilər. Diplomatik poçt və diplomatik kuryerlər üçüncü ölkədən tranzitlə keçərkən öz toxunulmazlığını qoruyub saxlayır.
    ____________________________________
Diplomatik missiyalara malik olduqları, yaxud icarəyə götürdükləri  missiya binaları və ərazilərinə görə bütün dövlət, regional, bələdiyyə vergi və rüsumlarından azaddırlar. Istisna yalnız kommunal xərclər (su, elektrik enerjisi, ərazinin təmiz¬lənməsi) təşkil edir.
Diplomatik missiya xidməti istifadə üçün əşyaların göm¬rük və digər bu kimi rüsumlarsız idxalı hüququna malikdir. Missiya əmlakının idxalı ilə bağlı əlavə xidmətlərə görə (məsələn, saxlanılması və gətirilməsi) xərclərdən azad deyil. Rüsumsuz idxal edilmiş mallar qəbul edən dövlətin ərazisində dövlətin təsbit etdiyi şərtlər istisna olmaqla, satıla və ya yayıla bilməz.
_____________________________________
Şəxsi diplomatik immunitetlər və imtiyazlar diplomatlara və onlarla birgə yaşayan ailə üzvlərinə verilir. Lakin sonuncuların diplomatın fəaliyyət göstərdiyi ölkənin vətəndaşları olması halını çıxmaq şərti ilə.
_____________________________________
Ailəyə adətən diplomatın həyat yoldaşı və yetkinlik yaşına çatmamış övladları aid edirlər. Bir qayda olaraq, xanımının müşahidə etmədiyi diplomat ailəyə onunla bir¬gə yaşaması şərti ilə anası, yaxud bacısını və yetkinlik yaşına çatmamış oğlu və qızlarını şamil etmək hüququna malikdir.
Məhdud diplomatik imtiyaz və immunitetlər missiya əməkdaşlarının aşağıdakı kateqoriyalarına şamil edilir: fəaliyyət göstərdikləri ölkənin vətəndaşları, yaxud daimi sakinləri olanlara; inzibati, texniki və xidməti personalın üzvlərinə.
Diplomatik imtiyaz və immunitetlərin yayılması, bir qayda olaraq, şəkilli diplomatik yeniləşdirmə sənədlərinin, sahibinin imzası, həmçinin qəbul edən dövlətin   bəyan etməyi lazım bildiyi təlimatlarla təsdiqlənir.
Şəxsi imtiyaz və immunitetlər diplomatın qəbul edən dövlətə daxil olduğu andan, yaxud, əgər o artıq ölkədədirsə, XIN müvafiq bildirişindən sonra tətbiq edilməyə başlanırlar. Diplomatik imtiyaz və immunitetlər missiya üzvü işini bitirərək ölkəni tərk etdikdə, yaxud əgər o ölkəni dərhal tərk etmirsə, müəyyən müddətin bitməsindən sonra qüvvədən düşürlər. Lakin vəzifə xidmətlərinin icrası prosesində törədilmiş əməllərə aid hüquqi məsuliyyətdən immunitet zamanla məhdud-laşdırılmır. Imtiyaz və immunitetlərin varlığı diplomata fəaliyyət göstərdiyi dövlətdə kommersiya, yaxud digər şəxsi gəlir gətirən fəaliyyətlə məşğul olmağa icazə vermir. Missiya üzvünün vəfatı halında onun ailə üzvləri ölkəni tərk edə biləcəkləri kifayət qədər müddət ərzində öncədən verilmiş imtiyaz və immunitetlərdən istifadə etməyə davam edirlər.
Əlbəttə, qəbul edən dövlət tərəfindən diplomat və onun ailəsinə təqdim edilmiş immunitet onları öz dövlətlərinin yurisdiksiyasından azad etmir.
_____________________________________
Bütün diplomatlar və onların ailə üzvləri (qəbul edən dövlətin vətəndaşları olmamaq şərti ilə) şəxsi toxunulmazlığa malikdirlər.
_____________________________________
Diplomat və onun ailəsini qəbul edən dövlət onların azadlıq və şərəfini fiziki zor və qəsddən qorunması təminatlarını təqdim etməyə borcludur.
Üçüncü ölkədən keçid zamanı da diplomat toxu¬nul¬maz¬lıqdan istifadə edir. Lakin bu əraziləri kəsişdiyi dövlətlər tərəfin¬dən edilən xoşməramlıq və nəzakət aktıdır.

_____________________________________
Dövlətin təmsilçisi olan diplomata istənilən hücum həmin dövlətə qarşı yönəlmiş  hücum kimi qiymətləndirilir.
_____________________________________
Əgər diplomat fəaliyyət göstərdiyi ölkənin rəsmi  qisimdə çıxış edən yüksək vəzifəli məmuru tərəfindən təhqir edilirsə, akkreditə edən dövlət qəbul edən dövlətin hökumətini dəyən zərərə görə məsuliyyətli hesab edir və bu halda xarici dövlət üzrxahlığını bildirməlidir.
Qəbul edən dövlətin sərəncamında da sui-istifadə hallarında maraqlarının müdafiəsi üçün vasitələr var – diplomatın geri çağırılmasını tələb etmə, yaxud onun persona non qrata elan edilməsi.
Avtomobil qəzası halında sürücünün, yaxud maşının sahibi olan diplomatın mülki məsuliyyəti haqqında məsələ qalxa bilər. Sonuncu hadisənin şərtlərindən asılı olmayaraq dərhal göndərildiyi dövlətin xüsusi icazəsi olmadan imtina edə bilmədiyi diplomatik immunitetə istinad etməlidir. Bu onun ölkəsinin nüfuzu üçün əhəmiyyət kəsb edir. Diplomat ifadə verməkdən imtina edərək istintaqın gedişatına mane olmamalı; əksinə, müvafiq orqanlara yardım etməlidir. Ümumən qəbul edilib ki, zərərçəkənə dəyən zərəri ödəməkdən qaçmaq üçün yurisdiksiyadan immunitetə istinad etmək olmaz.
Diplomat immunitetindən şəxsi təşəbbüsü ilə imtina edə bilməz. Immunitet diplomata onun hökuməti maraqları naminə verilir və yalnız hökümət immunitetdən imtina edə bilər.
Mülki və inzibati məsuliyyət üzrə immunitetdən imtinaya aşağıdakı hallarda icazə verilir:
— diplomatik missiyaya aid olmayan şəxsi mülkiyyət olan daşınmaz əmlak üzrə əməllər;
— diplomatın icraçı, sərəncamçı, varis yaxud özəl şəxs qismində çıxış edə biləcəyi hallarda varisliklə bağlı əməllər;
— qəbul edən ölkədə diplomatın istənilən kommersiya fəaliyyəti üzrə əməllər. Bu məhdudiyyət diplomatın xanımı və ailəsinə də şamil edilir.
Diplomat və onun ailə üzvləri şahid qismində ifadə verməyə borclu deyillər və bu məqsədlə onları məhkəməyə çağırılmasını tələb etmək olmaz. Lakin onlar bunu şifahi, yaxud yazılı şəkildə ədalət məhkəməsinə yardım məqsədi ilə edə bilərlər.
Diplomatın şəxsi və xidməti sənədləri, yazışması, onun və ailə üzvlərinin əmlakı toxunulmazdır.
Diplomat və onun ailə üzvləri qəbul edən ölkənin bütün vergi və rüsumlarıdan azaddırlar: daşınan və daşınmaz əmlaka, dövlət, regional və bələdiyyə vergilərindən, aşağıdakı hallar istisna olmaqla:
— bilvasitə vergilər, məsələn, əlavə dəyər vergisi;
— qəbul edən ölkənin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka vergi və rüsumlar, daşınmaz əmlakın göndərilən dövlət tərəfindən idarə edilməsi və əmlakın missiya məqsədlərinə xidmət etməsi hallarını çıxması şərti ilə;
— qəbul edən dövlət tərəfindən tutulan və Vyana konvensiyasının 39-cu maddəsi ilə nəzərdə tutulan mirasa vergilər;
— qəbul edən ölkədə əldə olunan şəxsi gəlirə və həmin ölkədə kommersiya fəaliyyətindən tutulan vergilər;
— qeydiyyat, protokol əlavə xərclərinin ödənişi, borc iltizamları, daşınmaz əmlak üzrə gerb rüsumu.
Gömrük rüsumlarından azadolma şəxsi istifadə və ev təsərrüfatı üçün lazım olan əşyalara da şamil edilir. Bu zaman diplomatlar və onların ailə üzvləri qəbul edən dövlət tərəfindən rüsumsuz idxal edilmiş əşyalara qarşı irəli sürdüyü bütün tələblərə riayət etməlidirlər.
Diplomatın şəxsi yükü yoxlamadan azaddır, yükdə immunitetə malik olmayan yaxud qanunsuz olaraq idxal və ya ixrac edilən əşyaların olmadığına əmin olmaq ehtiyacının yaranması kimi ciddi halları çıxmaq şərti ilə. Belə olan halda yoxlama diplomatın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir.
_____________________________________
Diplomatlar xidmət etdikləri dövlətin ərazisində azad hərəkətetmə hüququna malikdirlər, dövlət təhlükəsizliyi, yaxud digər səbəblərə görə daxilolma məhdudlaşdırılmış yerləri çıxmaq şərti ilə.
 ____________________________________
Qeyd olunduğu kimi, diplomatlar və onların ailə üzvləri üçüncü ölkədən xidmət yerinə və geriyə təhlükəsiz keçidlərrinin təminatı üçün lazım olan toxunulmazlıq və digər immunitetlərdən istifadə edirlər. Adətən onlar səfərlərinin məqsədini izah edən öz XIN məktubuna (üçüncü ölkənin, yaxud bir neçə ölkənin dilində olmasına üstünlük verilir) yaxud ərazilərindən keçdikləri ölkənin vizasına malik olmalıdırlar.
Dövlətin imtiyaz və immunitetləri təqdim etməsi onlara sahib olanın yüksək məsuliyyətlilik və alicənablıq səviyyəsini nəzərdə tutur. O, qəbul edən ölkənin daxili işlərinə müdaxilə, həmçinin xidməti binaları qeyri-xidməti məqsədlərlə istifadə edə bilməz.
Müvafiq imtiyaz və immunitetlərin əldə edilməsi üçün formal əsas diplomatik pasportlardır. Sərhəd, polis və gömrük orqanları bu pasportların sahiblərinə xüsusi ehtiramla yanaşmalıdırlar.
Diplomatik pasportda onu verən dövlətin adından pas¬portun sahibi ilə layiqli qaydada rəftar etmək və ona istənilən yardımı göstərmək xahişi əks olunur. Diplomatik pasportların verilməsinə hər dövlət tərəfindən xüsusi nəzarət olmalıdır.
Əksər dövlətlər diplomatik pasportları diplomatik immu¬nitet hüququna malik, bəzi dövlətlər isə həmçinin yüksək mövqe sahibləri olan vətəndaşlarına verirlər. Pasportlar immunitetlərə sahib olmanın yox, sahibinin xüsusi missiyasının təsdiqi kimi qəbul edilirlər.
Bəzi hallarda beynəlxalq təşkilatlarda ölkə   nüma¬yən¬¬dələri diplomatlarla eyni olan imtiyaz və immunitetlərə malik olurlar. Məsələn, BMT imtiyaz və immunitetlər haqqında 1946-cı ilin Konvensiyası və BMT xüsusi təşkilatlarına dair konvensiyasına müvafiq olaraq     BMT-də və onun xüsusi qurumlarında.
Digər beynəlxalq təşkilatlarda (Avopa Şurası, Avropa Ittifaqı, Müstəqil Dövlətlər Birliyi, ATƏT və s.)     imtiyaz və immunitetlər haqqında məsələ nizamnamədə yaxud qəbul edən ölkə və beynəlxalq təşkilat arasında bağlanmış müqavilədə təsbit edilir.
Imtiyaz və immunitetləri xarici dövlətlərin diplomat kimi akkreditə olmayan, lakin diplomatik və ya xüsusi  funk¬siyaları icra edən xarici dövlət təmsilçilərinə şamil edilməsi bir adət şəklini alıb. Bu kateqoriyaya rəsmi və qeyri-rəsmi səfərlər zamanı dövlət başçıları, yaxud onların təmsilçiləri, konfransa gəlmiş dövlət nümayəndə heyətləri və s.
Diplomatik sığınacağın təqdim edilməsi
Beynəlxalq hüquq üzrə mütəxəssislər və diplomatlar arasında diplomatik missiyanın ərazisində sığınacaq vermə hüququ ilə bağlı çoxlu mübahisələr və fikir ayrılıqları var idi. Bu humanist təcrübənin məqsədəuyğunluğu və prinsiplərini nüfuzdan salan sui-istifadələri istisna etmək üçün bəzi ölkələrin hökumətləri bir-birinə münasibətdə riayət edilməli olan sığınacaq vermə qaydaları haqqında müxtəlif razılaşmalar bağlayıblar.
Məsələn, bu problemlər kəskin diskussiyalara səbəb olmuş Latın Amerikası ölkələrinin spesifikasını nəzərə alan bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur.
Bu cür aktlar hələ XIX əsrin sonu-XX əsrin əvvəllərində qəbul edilməyə başlandı. Bu 1889-cu ildə Montevideoda imzalanmış konvensiya, 1911-ci ilin Boliviya razılığı, 1928-ci ilin Havana konfransının sənədləri, 1933 və 1939-cu illərdə Montevideoda imzalanmış  konvensiya¬lar, 1954-cü ildə Karakasda X Amerikaarası konfransında qəbul edilmiş diplomatik sığınacaq üzrə konvensiyalardır.
Avropada siyasi sığınacaq alma təcrübəsi, demək olar ki, dayandırılıb. Hesab edilir ki, vəziyyəti yalnız danışıqlar vasitəsilə həll etmək olar, çünki diplomatik əlaqələr haqqında Vyana konvensiyası diplomatik missiyaların toxunulmazlığını (və bununla içəridə olanların hamısının) təmin etsə də, üzərinə konvensiyanını təsiri şamil edilməyən istənilən şəxsin toxunulmazlıq və təhlukəsizlik təminatı ilə çıxışı müddəalarını özündə ehtiva etmir.
Adi beynəlxalq hüquq çərçivəsində diplomatik sığı¬nacağın tanınmamasına baxmayaraq belə, digər regionlarda qeyd olunan təcrübə davam edir.

0 şərh