Diplomatik münasibətlərin kəskinləşməsi

Heç bir dövlət dünyanın hər bir paytaxtında diplomatik missiyalar saxlamır, onların əksəriyyəti öz milli maraqları ilə zəruri məsrəflər arasında seçim etməli və balans qurmalı olur. Müəyyən bir dövlətdə tam diplomatik missiyanın olmaması problemi dörd üsuldan biri ilə həll oluna bilər.
a) belə dövlətdə daimi missiya ilə təmsil olunmuş hökumətdən, onun adından da fəaliyyət göstərməsi xahişi ilə; hökumət bu təklifə qəbul edən dövlətin təqdirini aldıqda razılaşa bilər. Belə şəraitdə daimi missiyanın başçısı adətən öz fəaliyyətini iki əlaqədar hökumət arasında məlumatların ötürülməsinə və konsul məsələlərinə yönəldir və onun öz hökuməti ilə adından fəaliyyət göstərdiyi əcnəbi hökumət arasında ixtilaf yaranarsa, onun öz dövlətinin maraqları üstün tutular;
b) başqa dövlətdəki missiya başçılarından birini qeyri-rezident və ya "dəvətli" qismində müvafiq dövlətdə akkreditə etməklə;
c) işlər vəkili ad interim statusuna malik akkreditə olunmuş əcnəbi missiya başçısının başçılıq etdiyi diplomatik missiyanın yerləşdirilməsi ilə. Praktikada, bir sıra dövlətlərin vakansiyanın doldurulması üçün adekvat diplomatik heyət seçimində qarşılaşdığı çətinliklər ucbatından, qəbul edən tərəf adətən missiyaya daha aşağı dərəcədən olan diplomatın başçılıq etməsinə razılıq verir;
d) çox yüksək rəsmi şəxsin (məsələn, xarici işlər Nazirliyinin daimi katibinin), öz dövlətinin paytaxtında yaşayış yerini saxlamaqla, qeyri-rezident və ya "dəvətli" qismində bir neçə dövlətdə akkreditasiyası.

Bəzi hallarda, məsələn, dəyişən durumun missiyanın mövcudluğunun gərəksizliyinə gətirib çıxartdığını, yaxud onların səmərəsizliyini əsas gətirməklə, əlaqədar dövlətlər arasında qarşılıqlı razılaşma nəticəsində, diplomatik missiyalar geri çağırıla bilərlər. Missiyaların geri çağırılması eləcə də xarici siyasətin qabaqcadan düşünülmüş addımı kimi baxıla bilər və açıq "kanonerkalar diplomatiyası" dövründə missiyaların geri çağırılması ilə sonradan diplomatik münasibətlərin sonrakı kəsilməsi savaşın məntiqi başlanğıcı kimi zahir olurdu. Praktikada böyük dövlətin yalnız belə hərəkətlərlə hədələməsi adətən kiçik dövləti öz xarici siyasətinə yenidən baxmaq vaxtı çatdığına inandırmaq üçün yetərli olub. Bu gün bu manevr bəzən təhdiddən daha çox protest kimi tətbiq olunur, ancaq bu zaman onun təsiri məhdud olur və adətən bütün cəlb edilmiş tərəflərə yaratdığı narahatlıqla tarazlaşmır.

Hətta missiya geri çağırıldıqda və diplomatik münasibətlər formal olaraq qırıldıqda belə, əlaqələr az hallarda kəsilir: dünya dövlətləri getdikcə daha artıq dərəcədə bir-birlərindən asılı olur və diplomatik münasibətlər çox vaxt əvvəlkindən başqa səviyyədə, ancaq (qəbul edən dövlətin etiraz etməməsi şərti ilə) münsiflərin yaxud dövlətin bu ölkədə daimi missiya ilə təmsil olunan "etibarlı təsisatı" vasitəsi ilə davam etdirilir. Bəzi hallarda ölkəni, adətən "konsultasiya üçün" yalnız missiya başçısı tərk eləyir və qısa bir zaman kəsiyində geri dönür. Daha ciddi durumlarda missiya başçısı və heyətin əksəriyyəti "maraqlar şöbəsini", öz ölkəsinin maraqlarının qorunmasını gözləyən missiya hissəsi kimi öz yerinə saxlayaraq ölkəni tərk eləyir. "Maraqların qorunması şöbəsinin" üzvləri şəxsi diplomatik imtiyazlarını və toxunulmazlıqlarını özlərində saxlayırlar, öz hökumətləri ilə öz şöbələri adından imtiyazlı əsaslarla danışıqlar aparırlar və adi rejimdə işləməkdə davam edirlər; istisna olaraq onlar öz rəsmi otaqlarında milli bayraqlarını asa yaxud milli gerblərini göstərə bilməzlər. Əks təqdirdə yalnız "maraqlar şöbəsinə" məxsus olan bayraq və gerbləri asa bilərlər.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

 

0 şərh