Diplomatik nümayəndəlik necə işləyir?

Nümayəndəlik başçısı

Nümayəndəlik başçısı onun missiyası ilə bağlı olan bütün fəaliyyətlərə görə məsuliyyət daşıyan şəxsdir. O, fərqli funksiyaları öz heyətinə tapşıra bilər, ancaq həm öz rəhbərliyinə görə, həm də onun tərəfindən vəkil edilmiş digərləri tərəfindən həyata keçirilən rəhbərliyə görə təkcə o cavabdehlik daşıyır.
Missiya heyətinin sayından asılı olmayaraq elə məsələlər siyahısı mövcuddur ki, ona adətən missiya başçısı şəxsən diqqət yetirir:
a) diplomatik siyasətin işlənib hazırlanmasına;
b) qəbul edən hökumətə öz hökumətinin ümumi maraqlara və ümumi siyasətə aidiyyəti olan ən vacib məsələlər üzrə rəyinin çatdırılmasına; bu cür işlərdə missiya rəhbəri iki hökumət arasında əlaqələndirici həlqə kimi fəaliyyət göstərir.
c) öz nazirliyinə, onların birbaşa əhəmiyyətə (yəni milli büdcə yaxud nazirlər kabinetində dəyişilmələr) yaxud dolayısı ilə əhəmiyyətə (yəni ictimai və iqtisadi vəziyyətlərdə dəyişikliklər və tendensiyalar) malik olmasından asılı olmadan, siyasi və iqtisadi səciyyəli hadisələr haqda və üçüncü tərəfin ( yəni yerli qəzetlərin məqalələri, diplomatların rəyləri) şərhləri haqda məruzə edilməsinə;
d) onun xidmət etdiyi dövlətdə nüfuzlu adamlar və milli hökumətin qaynaqları haqda məlumatlı olmağa;
e) onun təmsil etdiyi ölkənin etibarını möhkəmlətməli olan rəsmi və şəxsi davranışa;
f) yuxarıda göstərilən (a), (c), (d) və (e) bəndlərinin yerinə yetirilməsinin təmini məqsədilə, mümkün olduğu qədər, dostlarının əhatəsini genişləndirməyə.
Missiya başçısının əsas vəzifəsi missiyanın diplomatik siyasətinin xülasə edilməsindən ibarətdir, ona bu işdə baş müşavirlər - missiyanın müxtəlif şöbələrinin başçıları yardım edirlər. Nümayəndəliyin diplomatik siyasəti, dövlət başçıları (missiyanın təmsil etdiyi dövlət başçısı ilə bu missiyanın akkreditə olunduğu dövlətin başçısı) arasındakı münasibətlərə aid olan bütün məsələlərə konstruktiv yanaşmanın həyata keçirildiyi qədər daha dəqiq müəyyən oluna bilər. Belə siyasətin əsasında fərqli siyasi mülahizələrin və yanaşmaların müzakirəsi siyasi müdriklik, iki dövlətin adamlarının və hökumətlərinin yaxşı tanınması və anlaşılması dayanır. Diplomatik siyasət nümayəndəlik başçısı tərəfindən öz hökumətinə tövsiyələr yaxud yanaşmanın digər yolunun izahları, təlimatları və təklifləri biçimində ola bilər; yaxud da qəbul edən dövlətin hökumətinə alternativ təklifin edilməsi formasında. (məsələn, onun missiya başçısına öz hökumətinə çatdırmağı həvalə etdiyi məlumat, missiya başçısının rəyincə, yenidən baxılmağa layiqdir.) Diplomatik missiyanı poçt xidmətindən fərqləndirən onun o funksiyasıdır ki, o, sahibkarlara və gələn siyasətçilərə bu ölkədə hansı adamlara müraciət etməyi yaxud məsələlərin həll olunmasına necə yanaşmağı məsləhət görür.

Administrasiya və koordinasiya

Əksər diplomatik xidmətlərdə missiyanın siyasi və iqtisadi fəaliyyətinin koordinasiya edilməsinə və missiyanın administrasiyasının bütün yanlış işlərinə görə bircə əməkdaş (missiya başçısının müavini) cavabdehlik daşıyır. O, aşağıdakıları təmin edir: nümayəndəliyin müxtəlif şöbələrinin işinin düzgün koordinasiyasını; heyətin təşkil olunmasının və tərkibinin düzgünlüyünü; missiyanın kommunikasiyasının və binasının etibarlı və lazımınca istifadəsini. Heyətin avadanlığının təmin olunması ayrıca məsələdir və bu vacibdir, belə ki, məsələn, işə yeni başlayan əməkdaşlar və diplomatik heyətin üzvü olmayanlar, özlərini yalqız hiss edə bilərlər ki, bunun da mənfi nəticələri ola bilər.
Müdiriyyətin xüsusən vacib vəzifələrindən biri - missiya başçısına və ya onun bütün yerli məsələlər üzrə materialların toplanması və yenilənməsidir bunlar heyətinin üzvünə zəruri ola bilər.
Adətən belə materiallara aşağıdakılar aiddir:
a) qəbul edən dövlətin xarici işlər Nazirliyinin və missiyanın əlaqədə olduğu istənilən başqa idarə və təşkilatların strukturu haqda məlumatlar; hər bir bölmə hansı məsələlərlə məşğul olur; müsahibəni necə almalı və kimə müraciət etməli (yaxud kimdən kənar gəzməli);
b) fəaliyyət göstərdikləri ölkədəki son hadisələr haqqında qısa məlumatlar;
c) heyət üzvləri üçün vacib yerli məsələlərə aid olan qulluq məruzəsi: tibbi, stomatoloji, nəqliyyat və idman şəraitləri, iqlim, yaşayış şəraiti, xidmətçilər, məktəblər kilsələr və s. (bu informasiya missiyanın gələcək üzvlərinin təlimatlandırılması üçün göndərən dövlətin heyətlə məşğul olan müvafiq kadrlar şöbəsinə göndərilməlidir);
(d) siyasi, hərbi, inzibati, sənaye, ticarət, akademik və ictimai sahələrdə nüfuza malik olan tanınmış və işgüzar adamları özündə əks etdirən şəxslərin siyahısı.
Yeni gələn nümayəndəlik başçısı belə informasiyaya malik olmaqla yerli şəraitlə tez tanış olar və müvafiq fəaliyyət istiqaməti seçə bilər. Xüsusilə, onun ölkəsinin maraqları üçün kimin daha böyük əhəmiyyət daşıdığını dərhal öyrənə bilər, təmaslarda səhvlərdən yan keçə, öz işlərini daha yaxşı təşkil edə bilər.

Kommersiya və iqtisadiyyat şöbələri

Missiyanın işində iqtisadi və kommersiya fəaliyyəti mühüm əhəmiyyətə malikdir. İqtisadi fəaliyyət qəbul edən hökumətin iqtisadi və maliyyə siyasətinin analizindən, onun dövlətin daxili və xarici siyasətinə təsirini dəyərləndirməkdən, gələcək dəyişikliklərin proqnozundan və ölkələr arasında qarşılıqlı əlaqələrə təsiri olan iqtisadi məsələlər barədə məruzələr hazırlamaqdan (eləcə də - lazımı danışıqların aparılmasından) ibarətdir. Bu iş müvafiq statistikanın toplanmasını və analizini, müvafiq nazirliklərdə, bank və maliyyə sektorunda geniş əlaqədə olmasını tələb edir. Müasir texnologiyanın yardımı ilə statistika diplomatın hökumətinə tez bəlli ola bilər, ancaq diplomatik iş baş verən hadisələrin müşahidəsindən, informasiyanın hissə-hissə yığılmasından, rəqəmlərin arxasında dayanan faktları, onların qarşılıqlı əlaqələrini və əhəmiyyətini anlamaqdan ibarətdir.
Kommersiya fəaliyyəti iki funksiyanı yerinə yetirir: ticarətin dəstəklənməsi və kapital qoyuluşunun və ticarət siyasətinin formalaşdırılması. Ticarətə yardım öz ixracatçılarının və potensial idxalatçıların sövdələşmələrinin təşkili üçün müstəqil tədqiq etmə və yüksək peşəkar vərdişlər tələb edir.
Diplomatlar gələn biznesmenlərə işgüzar imkanlar axtarışında yardım etməyə, onların səciyyəvi xahişlərinə cavab verməyə və bütövlükdə onların informasiya bazasını təmin etməyə (onların yerli bazara girmələrinə, gərəkli adamlarla təmas qurmalarına eləcə imkan yaratmaq üçün) hazır olmalıdırlar. Bu fəaliyyət növü də bazarları və onların strukturunu, onlarda qüvvədə olan subyektləri bilməyi, elan edilən tenderləri daim izləməyi və açılan imkanları "iti gözlə" görməyi tələb edir.
Ticarət siyasətinin uğurla yeridilməsi aşağıdakı biliklərə malik olmaqla bağlıdır: qəbul edən hökumətin qanunvericiliyini; onun ticarət məsələlərində, regional preferensial ticarət zonaları yaradılması məsələlərində mövqeyini; hökumətin məşğulluq və istehsal amillərinin qloballaşması problemini necə həll etməyə çalışmasını. Diplomatlar diqqətlərini ilk növbədə öz hökumətlərinin maraqlarında cəmləşdirməklə yanaşı, eləcə də əks istiqamətdə - yerli biznesmenlərlə işləməli, onların maraqlarının əlverişli ikitərəfli münasibətlər çərçivəsində təmin olunmasına imkan yaratmalıdırlar.
Silah satışı üzrə danışıqlar ticarət şöbəsinə nisbətən, müdafiə məsələləri üzrə attaşe ilə daha tez-tez aparılır. Qəbul edən dövlətlə mühüm kontraktlar silahlara yaxud başqa bu cür məmulatlara aid olduqda, missiya başçısı zərurət yaranacağı təqdirdə diplomatik təzyiqin göstərilməsində aparıcı rol oynaya bilər.

TƏYINATLAR, GƏLMƏLƏR VƏ GETMƏLƏR

Təyinatlar haqqında xəbər verilməsi

Qəbul edən dövlətin ilkin razılığı yalnız diplomatik missiya başçısının, eləcə də bəzən hərbi, hərbi-dəniz, hərbi-hava attaşesinin təyinatı zamanı tələb olunur, ancaq buna baxmayaraq birinci imkan düşən kimi qəbul edən dövlətin xarici işlər Nazirliyini diplomatik heyətin bütün təyinatları haqqında xəbərdar etmək vacibdir.

Gəlmələr və getmələr haqda xəbər verilməsi

Diplomatik missiyanın başçısı, əgər belə bir imkan düşərsə, həm öz gəlməsinin (missiyanın bitməsi ilə əlaqədar olaraq ölkədən getməsinin), həm də digər missiya üzvlərinin, eləcə də onların ailələrinin gəlmələrinin və getmələrinin tarixi, vaxtı və yeri barədə təyinat ölkəsi xarici işlər Nazirliyinin protokol şöbəsini qabaqcadan xəbərdar etməlidir. Bundan başqa, bəzi ölkələrdə, missiyanın yerləşdiyi ölkənin xarici işlər Nazirliyinin konsul şöbəsinə həmin ölkə vətəndaşlarının və ya rezidentlərinin müəyyən vəzifələrə təyin olunması yaxud onlarda azad olunması barədə onlara ətraflı informasiyanın çatdırılması praktikası mövcuddur.

Gəlmə prosedurası

Missiya başçısı öz vəzifələrini icra etmək üçün təyinat yerinə gəldikdə protokol şöbəsinin başçısı yaxud onun təmsilçisi ilə görüşür. Amma əgər missiya başçısının gəlişi dövlət, milli, dini bayramlarla üst-üstə düşürsə yaxud istirahət gününə təsadüf edirsə, belə görüş keçirilmir (ölkələrin böyük əksəriyyətində); görüş eləcə də səhər tezdən və ya iş gününü sonunda keçirilmir. Missiya başçısı öz gəlişi barədə təxirə salmadan təyinat ölkəsinin xarici işlər nazirliyinə (öz ölkəsinin xarici işlər nazirinə verdiyi qaydada) məlumat verir və özünü təqdim etmək üçün, eləcə də, bir çox ölkələrdə tətbiq olunduğu kimi, öz etimadnaməsinin surətini təqdim etmək üçün görüş haqda razılığa gəlir.
Məsələn, Böyük Britaniya və Quzey İrlandiya birləşmiş krallığında, Səfir yuxarıda deyilən rəsmi görüş vaxtı yaxud gəlişindən sonra tez bir zamanda, xarici işlər və Birlik işləri üzrə dövlət katibinə ünvanlarımız aşağıdakı məzmunlu məktubu protokol şöbəsinin başçısına şəxsən təqdim edir:

Hörmətli Cənab / Xanım
Bununla Sizə bu il (filan tarixdə) özümün Londona gəlməyim və filan dövlətin Kraliçanın Sarayı yanında (Fövqəladə və Səlahiyyətli) Səfiri vəzifələrini qəbul etməyim barədə məlumat vermək şərəfinə nail oluram.
Mən, Böyük Britaniya və Britaniya millətlər Birliyi xarici işlər Nazirliyinin müvafiq rəsmi vəzifəli şəxsləri ilə görüşmək imkanı verilməsi, eləcə də, müəyyən olunmuş qaydada, surətini Sizin nazirliyə verəcəyim etimadnaməni təqdim etməkdən ötrü Ülyahəzrət Kraliçanın Qəbulunda ola bilməyim üçün sizə olduqca minnətdar olardım.

Sizin sadiq bəndəniz
[Səfirin adi imzası]

Çox Hörmətli
xarici işlər və Britaniya Birliyi işləri üzrə Dövlət katibinə,
xarici işlər və Birlik işləri üzrə Nazirlik, London.

Böyük Britaniyada mövcud olan təcrübəyə görə, yeni gələn səfirin etimadnaməsinin surətinin (eləcə də, zəruri hallarda - onun sələfinin geri çağırılma sənədinin) və onun gəlişi barədə xəbər verən məktubun qəbul edilməsi, onun vəzifəyə başlamasının formal təsdiqləndiyinə dəlalət edir. Əgər missiya başçısı en titre işlər vəkili dərəcəsinə malikdirsə, o, xarici işlər nazirliyində akkreditə edilməlidir və xarici işlər nazirinə posta təyin edilməsi haqda məktub verməlidir. Amma o, vəzifəyə başlayaraq, bizim günlərdə tez-tez təcrübədən keçirildiyi kimi, faktiki olaraq Səfir vəzifələrinin icrasına başlayır və onun növbəti dövlət başçısının rəsmi qəbuluna (öz etimadnamələrinin əslini təqdim etmək üçün) getmək olur. Adətən belə qəbul protokol şöbəsi başçısının köməyi ilə təşkil olunur. Əgər qəbul vaxtı qısa nitqlə çıxış etmək qaydadırsa, onun məzmununu qabaqcadan xarici işlər nazirinə çatdırmaq lazımdır.
Yeni gələn diplomatik nümayəndəlik başçılarının (məsələn, səfirin, işlər vəkilinin nazirin) qəbulu üçün dövlət tərəfindən müəyyən edilmiş prosedura, bütün hallarda eyni cür olmalıdır.
Missiya başçısı vəzifəyə rəsmi şəkildə başlayandan bilavasitə sonra, diplomatik korpusun duayenini və başqa missiyaların başçılarını bu barədə xəbərdar edir və diplomatik protokola uyğun olaraq onlarla görüşlər təşkil edir.
Mühüm diplomatik fəallığın müşahidə olunduğu və diplomatik missiyaların sayının son otuz ildə üçqat artdığı London kimi şəhərlərdə, yeni gələn diplomatik missiya başçılarının vəzifəyə başlaması üzrə ənənəvi tədbir müasir şəraitə uyğun olaraq dəyişdirilmişdir. İndi diplomatik missiya başçısı nazirlərlə və xarici işlər və millətlər Birliyi işləri üzrə Nazirliyin yüksək vəzifəli şəxsləri ilə nəzakət görüşləri keçirəndən sonra, adətən gəldiyi andan bir həftə yaxud on gün ərzində diplomatik korpusun duayeni, eləcə də başqa ölkələrin diplomatik missiyalarına başçılıq edən bəzi həmkarları ilə görüşür. Seçim edilməsi onun gəldiyi ölkənin siyasi maraqlarına yaxud coğrafi vəziyyətinə əsasən, əhəmiyyətin azalması sırası ilə aparılır. Bundan başqa, yeni gələn missiya başçısı tanınmış şəxsiyyətlərlə (öz seçimi üzrə) görüşə bilər. Yeni gələn missiya başçısının vəzifəyə başlaması tamamilə öz etimadnamələrinin surətlərini xarici işlər və millətlər Birliyi işləri üzrə Nazirliyinə təqdim etdikdən sonra baş verdiyinə görə, etimadnamələrin əslini təqdim etmək üçün Ülyahəzrət Kraliçanın qəbuluna getmək, bir çox başqa ölkələrdəki kimi, vəzifəyə başlamanın başlıca və başlanğıc aktı deyil, mahiyyətcə, simvolik tamamlayıcı prosedura, sonuncu iş demək olur. Kraliça tez-tez Londondan kənarda olduğu üçün, bəzən, gələn missiya başçısı öz etimadnamələrini ona təqdim edənə qədər bir ay keçir. Bununla bərabər, o, başqa diplomatik missiyaları öz gəlişindən xəbərdar edən nota göndərə, yaxud vəzifələrinin icrasına başlaya bilər.
Əgər missiya başçısı öz həmkarını əvəz edirsə (yeni diplomatik missiyanın açılışının əksinə olaraq), o, öz sələfi ilə münasibətdə, geri çağırılma sənədlərinin təqdim edilməsini nəzərdə tutan müvafiq proseduraların gözlənilməsinə nəzarət etməlidir.

Getmə prosedurası

Diplomatik nümayəndəlik başçısı öz postunu tərk etməzdən bir az əvvəl (qəbul edən tərəfin geri çağırılmanın təşəbbüsçü olduğu hallardan başqa), xarici işlər nazirinə bu haqda xəbər verən nota ünvanlanır və dövlət başçısının onu qəbul etməsini xahiş edir. Bu vida qəbulu şəxsi səciyyəlidir və gedən missiya başçısı ondan öz geri çağırılma sənədini təqdim etmək üçün istifadə edə bilər. İndiki dövrdə öz postunu tərk edən missiya başçısının dövlət başçısı tərəfindən imzalanan geri çağırılma sənədi ilə onun davamçısının etimadnaməsinin eyni vaxtda təqdim olunması praktikası daha geniş yayılıb.
Gedən missiya başçısı diplomatik korpusun duayeninə və başqa diplomatik missiyaların başçılarını, məsələn, aşağıdakı şəkildə məlumatlandırır:

Zati-Aliləri (yaxud Cənab işlər Vəkili), bununla Zati-Alinizi, öz missiyamın bitməsi ilə əlaqədar olaraq filan tarixdə______ [tarix] filan yerə _______ [yer] getməyim barədə məlumatlandırmaq şərəfinə nail oluram.
Məni əvəz edən şəxsin gəlişinə qədər səfirliyin fəaliyyətinə rəhbərlik, işlər vəkili ad interim qismində cənab......................... (məsələn, səfirliyin Müşaviri) tərəfindən həyata keçiriləcək.
İcazə verin, fürsətdən istifadə edib, ölkələrimiz və diplomatik nümayəndəliklərimiz arasında həm rəsmi, həm xüsusi səciyyəli yaxşı münasibətlər qurulmasına kömək edən əməkdaşlığınıza görə, Sizə (Zati-Alinizə) öz səmimi minnətdarlığımı bildirim.
Zati-Aliləri (Cənab işlər Vəkili), mənim ən dərin ehtiramımı qəbul edin.
Səfirin adı (inisialı)
Zati-Aliləri_________________-nə
yaxud İşlər vəkili və s.

Diplomatik missiya başçısı öz vəzifələrini icra etməyi ölkəni tərk etdikdə, yaxud əgər geri çağırılması haqda məlumat verən dəqiq tarix onun notasında göstərilibsə, daha tez bitirmiş olur. (Əgər missiya başçısı ölkəni qabaqcadan göstərilmiş müddətdən gec tərk edirsə, onun və ailəsinin bütün imtiyazları və diplomatik toxunulmazlığı müəyyən bir müddətdə saxlanmış olur.) adətən gedən missiya başçısını protokol şöbəsinin nümayəndəsi yola salır.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

 

0 şərh