Diplomat necə olmalıdır?

Diplomat öz həmvətənlərinin - uğurlu biznesmenlərin, istedadlı inzibatçıların və dövlət məmurlarının - bütün keyfiyyətlərinə malik olmalıdır. Ancaq, bundan başqa, diplomatiya çox şeyi - başqa ölkələri, başqa mədəniyyətləri və cəmiyyətləri, eləcə də onların inkişaf mexanizmlərini və həyat fəaliyyətlərini başa düşməyi tələb edən fəaliyyət növüdür. Diplomat adamları sevməli və onlarla səmimi qəlbdən maraqlanmalıdır.
Diplomat üçün vacib olan peşəkar biliklər və şəxsi keyfiyyətlər aşağıdakı şəkildə ifadə olunar.

Xüsusi biliklər

Öz ölkəsi haqqında dərin biliklərə və anlayışa malik olmaq onun coğrafiyasını, tarixini və mədəniyyətini, siyasi, ictimai, iqtisadi və demoqrafik quruluşunu və institutlarını, insani və iqtisadi ehtiyatlarını, kənd təsərrüfatını, sənayesini, maliyyəsini qısa desək, xarici siyasətin prioritetlərini müəyyən edən şeyləri bilmək deməkdir.
Başqa ölkələr və onun ölkəsinin üzv olduğu regional təşkilatlar, eləcə də müasir və potensial çox qüdrətli dövlətlər haqqında mümkün qədər tez qavranılmış belə biliklərə və anlayışlara malik olmaq.
Beynəlxalq əlaqələrin mexanizmlərini və proseduralarını bilmək. Bunun üçün aşağıdakıları bilmək vacibdir: diplomatik missiyaların və konsul məntəqələrinin geniş dünya şəbəkələrini, onların funksiyalarını, təcrübələrini və quruluşlarını; ticarət və maliyyə təsisatlarının geniş dünya şəbəkəsini və onların necə fəaliyyət göstərdiklərini; Birləşmiş millətlər Təşkilatını və başqa hökumətlərarası fəaliyyət göstərən ümumdünya və regional, beynəlxalq siyasi, ictimai və iqtisadi əməkdaşlıq institutlarını, eləcə də dövlətlər arasında davranış qaydalarını müəyyən edən beynəlxalq ictimai hüququ; beynəlxalq institutların fəaliyyətini tənzimləyən qanunvericiliyi. Onun yuxarıda deyilənlərdən az olmayan dərəcədə, kütləvi informasiya vasitələri inqilabının (media-inqilabı) ictimai və siyasi nəticələri barəsində təsəvvürü olmalıdır.

Peşə bacarıqları

Danışıqlar və gündəlik diplomatiya bacarığı
Müşahidə, analiz və məruzələr hazırlamaq bacarığı
Nümayəndəlik bacarığı
Missiyanı idarə etmək bacarığı
Kommunikativ bacarıq və ictimai diplomatiya bacarığı
Fərqli mədəniyyətlərin tutuşdurulması ilə bağlı bacarıqlar

Şəxsi keyfiyyətlər

Siyasi biliklər
Şəxsi səmimilik və həssaslıq
Əqli maraqcıllıq və öyrənməyə canatma

Əqli çoxcəhətlilik
Liderlik
Əməli zəka
Demək gərəkdir ki, əla diplomat üçün tələb olunan yuxarıda sadalanan keyfiyyətlər bir kişiyə yaxud qadına - adi bir adama az-az hallarda xas olur; bu biliklər və tələblər daha çox onların öz işlərində can atmalı olduqları məqsəddir.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

 

0 şərh