BMT-nin ixtisaslaşmış beynəlxalq təşkilatları

Xüsusi müqavilələrlə Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələndirilmiş hökumətlərarası idarə müstəqil, muxtar təşkilatdır. İqtisadi və sosial şura bu təşkilatların özləri arasında və BMT ilə əməkdaşlığını uzlaşdırır. On altı təşkilat birlikdə ixtisaslaşdırılmış idarəni təşkil edirlər (BMT-nin nizamnaməsində işlədilən termin). Onlar hər il İqtisadi və sosial şuraya məruzə edirlər. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 1957-ci ildə əsası qoyulmuş atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) hər il Baş məclisə, müvafiq olaraq Təhlükəsizlik şurasına və İqtisadi və sosial şuraya məruzə edirlər.

Ərzaq və kənd təsərrüfatı təşkilatı


FAO-nun (FAO — Food and Aqriculture-dən ixt. Redaktorun qeydi.) vəzifələri ərzaq mallarının istehsalı və əlavə fəaliyyətinin bütün cəhətlərini əhatə edir. O, dünya kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığının vəziyyəti haqqındakı dəlilləri və statistik məlumatları toplayır, işləyir və təsvir edir; istehsalatla, satışla, istehlakla, təchizatla, bazar tədqiqatları ilə, torpaqdan istifadə və təbii resursların mühafizəsi ilə məşğul olur. Təşkilat təcrübəli mütəxəssislər verir, ticarət və qonşuluq əlaqələri danışıqlarına kömək göstərir, kənd təsərrüfatının inkişafına təkan verir. Əsas məqsəd ətraf mühitə ziyan vurmadan, nailiyyətlər yolu ilə mükəmməllikləri, iqtisadi cəhətdən səmərəli və sosial münasib texnologiyaları tətbiq etməklə indiki və gələcək nəslin tələbatının təmin edilməsidir. Siyasət bütün üzv ölkələrin nümayəndələrinin iki ildən bir keçirilən Konfransında müəyyən edilir.
Baş direktor və katiblik Romada, regional nümayəndəliklər Akkrda, Banqkokda, Santyaqoda və Qahirədə, kontakt xidmətləri isə Vaşinqtonda və Nyu-Yorkda yerləşir.

Atom enerjisi üzrə beynəlxalq agentlik


MAQATE (ing. uyğun olaraq — İAEA) atom enerjisinin sülh məqsədləri üçün istifadəsinin tədqiqatını uzlaşdırır və yardım edir. Məlum təşkilat üzv dövlətlərə nüvə enerjisinin generasiya edilməsinə, onun tibdə, kənd təsərrüfatında və başqa sahələrdə istifadə edilməsinə aid məsləhətlər verir; radioaktiv tullantıların məhv edilməsi, suyun şirinləşdirilməsi; ehtiyac olduqda ekspertlərin xidmətini təklif edir, elmi-tədqiqat işləri aparır və tədris avadanlıqları verir.
Nüvə silahının yayımlaması haqqında Müqaviləyə əsasən (1968-ci ildən), MAQATE-nin yalnız texniki funksiyalarının təkmilləşdirilməsi üçün, ona nüvə potensialına malik olmayan və müqaviləni imzalamış ölkələrdə nüvə silahının istehsalı üzrə, sülh məqsədləri üçün istifadə edilən nüvə enerjisinin tətbiq edilməsinin qarşısının alınması və etibarlı mühafizəsinin təminatı üzrə, əlavə vəzifələr həvalə olundu.
Məlum təşkilat 115 üzvünün nüvə enerjisinə aid olan məlumatı toplayan və yayan nüvə enerjisi üzrə Beynəlxalq informasiya sistemindən (ing. uyğun olaraq — İNİS) istifadə olunmasına da cavabdehdir. MAQATE-nin qərargahı Vyanada yerləşir, otuz dörd nəfərdən ibarət olan rəhbərlik şurası və üzv-dövlətlərin illik Konfransı ilə idarə olunur.

Mülki aviasiyanın beynəlxalq təşkilatı


1944-cü ildə Çikaqoda əsası qoyulmuşdur, İKAO dünya mülki aviasiyasının nizamlı və iqtisadi inkişafının təhlükəsiz təminatı məqsədilə yaradılmışdır. İKAO beynəlxalq standartlar və qaydalar sistemini hazırlamışdır. Məlum təşkilatın köməyilə 180-dən çox millət uçuşların təhlükəsizliyinin təminatı məqsədilə əməkdaşlıq edirlər və mülki aviasiyanın texniki, iqtisadi və hüquqi sahələrində müqavilələr bağlayırlar.
İKAO-nun qanunverici orqanı keçən dövr ərzində təşkilatın işlərinə yekun vurmaq və gələcək fəaliyyət istiqamətlərini müəyyən etmək üçün üç ildə ən azı bir dəfə çağırılan, bütün üzv-ölkələrin nümayəndələrindən ibarət olan Məclisdir.
Şura İKAO-nun icraedici orqanı vəzifəsini yerinə yetirir və Məclis tərəfindən otuz üç üzv-ölkənin nümayəndələrindən ibarətdir; onlar beynəlxalq səviyyədə mülki aviasiyanın əsas maraqlarını ifadə etməlidirlər. Şura Məclisə tabe olur və praktik olaraq həmişə iclaslarını keçirir. Şuranın vəzifələrindən biri beynəlxalq mülki aviasiyanın Konvensiyasındakı Əlavəyə daxil etmək ardıcıllığı ilə uçuşların praktikası əsasında beynəlxalq standartların və tövsiyələrin təkmilləşdirilməsidir. Məlum orqan təşkilatın işini idarə edir, formalaşdırır və tabeçilikdə olan texniki komitələrə nəzarət edir, Çikaqo konvensiyasının maddələrinin tətbiqi və izahı zamanı üzv-dövlətlər arasında münsiflər məhkəməsi qismində çıxış edir, inkişaf etməkdə olan ölkələrə texniki kömək göstərir, prezidenti seçir, baş katibi təyin edir, təşkilatın maliyyə resurslarını idarə edir və əgər tərəflər ona istinad edərlərsə Konvensiyaya aidiyyəti olan məsələləri təhlil edir.
Şuraya aeronaviqasiya üzrə komissiya (texniki məsələlərdə), hava nəqliyyatı üzrə komitə (iqtisadi məsələlərdə), aeronaviqasiya xidmətinə birgə dəstək üzrə komitə, maliyyə komitəsi və hüquq komitəsi kömək edir.
İKAO-nun qərargahı Monrealda, yerli nümayəndəlikləri — Banqkokda, Qahirədə, Dakarda, Limada, Mexikoda, Nayrobi və Parisdə yerləşir.

Kənd təsərrüfatını inkişaf etdirmək üçün beynəlxalq fond


Kənd təsərrüfatını inkişaf etdirmək üçün beynəlxalq fondun təsis edilməsi üçün saziş 13 iyun 1976-cı ildə BMT-nin konfransında qəbul edilmiş və 20 dekabr 1976-cı ildə imzalanmaq üçün açılmışdır və 30 noyabr 1977-ci ildə qüvvəyə mindi, bundan sonra ilk üzvlük haqqı bir milyard dollara çatdı. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının artırılmasına və təchizat səviyyəsini qaldırılmasına kömək göstərmək üçün əlavə vasitələrin səfərbər edilməsidir. KTİBF (ing. uyğun olaraq — İFAD) yalnız kənd təsərrüfatı ilə, heyvandarlıq da daxil olmaqla, balıqçılıqla, emal etmək və saxlamaqla məşğul olur və öz diqqətini kənd yerlərində mərkəzləşdirir. Fondun başlıca məqsədi — uzunsürən aclığın və yarıac-yarıtox yaşamanın aradan qaldırılmasına səylə kömək etməkdir. KTİBF inkişaf etməkdə olan ölkələrdə ərzaq mallarının istehsalının xeyli artırılmasına yönələn layihələrin kreditləşməsini həyata keçirir, o cümlədən kənd əhalisinin nisbətən kasıb təbəqəsinin güzəranının yaxşılaşdırılması məqsədini daşıyır. Fond kiçik fermerləri və torpaqsız kəndliləri inkişaf prosesinə cəlb etməyə səy göstərir. Beləliklə, KTİF-i yalnız istehsalat deyil, həm də məşğulluğa, təchizata və gəlirlərin bölüşdürülməsinə yardım edə bilən hər bir layihənin təsiri maraqlandırır. KTİF-nin kredit əməliyyatları iki qrupa bölünür: Fond həyata keçirdiyi layihələr və inkişaf məsələləri ilə məşğul olan Dünya bankı. Beynəlxalq inkişaf assosiasiyası və müxtəlif inkişaf bankları (Afrika, Asiya, Amerikalararası, İslam) kimi maliyyə təşkilatları və digər maliyyə qurumları ilə birlikdə maliyyələşdirilən layihələr. KTİF-in kreditləri layihələrin ümumi xərclərinin müəyyən hissəsini təşkil edir: müvafiq dövlətlər öz paylarını ödəyirlər.
KTİF-nin ali orqanı, bərabər səsə malik olan hər üç qrup (inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan — neft ixracatı və digər inkişaf etməkdə olan ölkələr) üzv-dövlətlərin nümayəndələrinin daxil olduğu İdarə şurasıdır. Beləliklə, ümumi səslərin sayının üçdə-ikisi donor-ölkələrə aiddir, bununla belə həm də inkişaf etməkdə olan ölkələr səslərin üçdə-ikisinə malikdir. Fondun dövri əməliyyatları on səkkiz nümayəndə (hər qrupdan altı nəfər olmaqla) və on səkkiz müavindən ibarət olan, Fondun prezidentinin rəhbərlik etdiyi İcraiyyə komitəsi tərəfindən həyata keçirilir. Qərargah Romada yerləşir.

Beynəlxalq əmək təşkilatı


BƏT (ing. uyğun olaraq — İLO) bütün dünyada standartların yüksəldilməsi və insan əməyinə hörmətin tanınması məqsədilə 1920-ci ildə yaradılmışdır. O, həmçinin iş təşkilatlarının hüquqlarının və assosiasiyaların sərbəstliyinin bərpa olunmasına imkan yaradır. BƏT konvensiyaları qısaca və dürüst ifadə edir, tövsiyələr edir, iş şəraitlərində məruzələr qəbul edir, tədqiqatlar aparır və məlum sahədə sorğular edir. Təşkilatın fəaliyyət istiqaməti hər bir üzv-dövlətin nümayəndəsindən ibarət olan və hər il çağırılan Beynəlxalq əmək konfransı tərəfindən təyin olunur. Qərar səslərin üçdə-ikisi ilə qəbul olunur. İcraedici orqan hər kvartal çağırılan, əlli altı nümayəndədən ibarət olan İnzibati şura tərəfindən təqdim edilir. Onlar proqramların təyin olunmasına, konfransların təşkilinə, büdcənin hazırlanmasına və baş direktorun təyin edilməsinə cavabdehdirlər. BƏT sosial və iqtisadi inkişaf üzrə beynəlxalq şuralarda nisbətən pozitiv rol oynamaq üçün fəaliyyətinin və vəsaitlərinin desentralizasiyasının fəal partnyorluq siyasətindən istifadə edir.
BƏT-in qərargahı, katibliyi və Beynəlxalq əmək bürosu Cenevrədə, regional nümayəndəlikləri – Əddis-Əbəbədə, Banqkokda, İstanbulda, Limada yerləşir. Texniki və xüsusi təhsil Beynəlxalq mərkəzi Turində yerləşir.

Beynəlxalq dəniz təşkilatı


1982-ci ildə Hökumətlərarası konsultativ dəniz təşkilatının adı dəyişdirilib Beynəlxalq dəniz təşkilatı (İMO — İnternational Maritime Orqanisation-dan ixt. Redaktorun qeydi.) qoyulmuşdur. Məlum təşkilat gəmiçiliklə əlaqədar texniki məsələlərə cavabdehlik daşıyır. O, 1948-ci ildə Cenevrədə keçirilən BMT-nin Dənizçilik konfransında qəbul olunmuş Dənizçilik konvensiyasına müvafiq olaraq yaradılmışdır. Təşkilatın fəaliyyəti dəniz nəqliyyatının təhlükəsizliyinin, dənizlərin gəmilər tərəfindən çirkləndirilməsinin qarşısının alınmasının, məlumatların verilməsinin, konfransların keçirilməsinin, beynəlxalq konvensiyalara riayət edilməsinin təminatına yönəlmişdir. Təşkilatın assambleyası onun bütün üzvlərindən ibarətdir və iki ildə bir dəfə çağırılır; Şuraya otuz dörd üzv daxildir. Şurada beş daimi komitə fəaliyyət göstərir: dənizdə təhlükəsizlik üzrə, hüquqi məsələlər üzrə, dəniz mühitinin mühafizəsi üzrə, dəniz ticarəti və texniki əməkdaşlığı üzrə. Qərargah və katiblik Londonda yerləşir.

Beynəlxalq elektrik rabitəsi ittifaqı


BERİ (uyğun olaraq ing. — İTU) beynəlxalq əməkdaşlığı genişləndirir və davam etdirir, tədqiqatlar aparır və elektrik rabitəsinin inkişafına kömək edir, həm də Konvensiyanın şərtlərinin yerinə yetirilməsinə nəzarət edir. Təşkilatın fəaliyyət istiqaməti üzrə qərarı üzv dövlətlərin beş ildən bir çağırılan səlahiyyətli konfransı qəbul edir. Qərarların icrasına nəzarəti konfrans tərəfindən seçilən və hər il görüşlər keçirən, həmçinin üç daimi orqandan (tezlikləri qeydiyyatı Beynəlxalq komitəsi, radio üzrə Beynəlxalq konsultativ komitə və teleqraf və telefon üzrə Beynəlxalq konsultativ komitə) ibarət olan İnzibati şura edir. Baş katiblik Cenevrədə yerləşir.

Dünya bankı


Dünya bankı davamlı inkişafa və investisiyaya imkan yaratmaqla yoxsulluğu aradan qaldırmağı və yaşayış səviyyəsini yaxşılaşdırmağı öz qarşısında məqsəd qoyur. Bank bu məqsədinə nail olmaq üçün kreditlər verir, texniki yardımı təmin edir və inkişaf etmiş üzv-ölkələrin siyasətlərini koordinasiya edir.
Dünya bankının tərkibinə bu bölmələr daxildir: Beynəlxalq Yenidən qurma və inkişaf bankı (BYİB uyğun olaraq ing. — İBRD) 1944-cü ildə təsis edilmişdir və aralıq səviyyədə gəliri olan ölkələrin inkişafı üçün çox borc verən təsisatdır, həm də başqa mənbələrdən olan bu kimi layihələrin maliyyələşdirilməsində iştirak edir. Müxtəlif növ kapital obyektlərinin maliyyələşdirilməsi ənənəsindən savayı, avtomobil və dəmir yollarını, telekommunikasiyaları, limanları və energetika avadanlıqlarını, Dünya bankı öz inkişaf strategiyasında inkişaf etməkdə olan ölkələrdə istehsalın həcminin artırılması yolu ilə və onları aktiv tərəfdaş qismində cəlb etməklə bu ölkələrin kasıb əhalisinin rifahına birbaşa təsir edən kapital qoyuluşuna xüsusi əhəmiyyət verir. Fond həm də qeyri-hökumət təşkilatları ilə, BMT-nin müəssisələri ilə, işgüzar dairələrlə, regional təşkilatlarla əməkdaşlıq edir və 179 üzv-ölkəni birləşdirir.
Bank tərəfindən təklif olunan inkişaf konsepsiyası «mənasız» nəzəriyyə deyil, adamların konkret ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur. Davamlı inkişafa, ətraf mühitin müdafiəsinə, iqtisadi qərarların qəbul edilməsində qadınların iştirakına, ailələrin planlaşdırılmasına, idarə etmə formasının şəffaflığına və açıqlığına və sahibkarlıq fəaliyyətinin tanınmasına, xüsusi sektorda rəqabətə və inkişafa bazarı yanaşmaya xüsusi aksent hazırlanır. Bundan əlavə təşkilat Rusiyanın, Baltika və Mərkəzi Avropa ölkələrinin iqtisadi keşiş prosesinə yardım edir.
BYİB, onun kapitalının abunəçisi olan üzv-ölkələri, dünya maliyyə bazarlarında əsas etibarilə borc vəsaitindən əldə etdiyi öz kredit əməliyyatları ilə, həm də bölüşdürülməmiş gəlirdən və ona borcların vaxtından əvvəl ödənməsi üçün verilən ödəmələrlə maliyyələşdir. Adətən ödəmənin təxirə salınma müddəti beş il ödəniş vaxtı ilə iyirmi il və daha az olur. Borclar inkişaf etməkdə olan ölkələrə iqtisadi və sosial inkişafın nisbətən yüksək pilləsinə qalxmaq üçün verilir. Borclar üzrə faiz kreditlərin dəyərinə müvafiq olaraq müəyyən edilir. BYİB-nin nizamnaməsi əməliyyatların aparılmasının müəyyən edilmiş qaydalarına nəzarət edir. Borclar yalnız istehsalat məqsədləri ilə verilə bilər və alan ölkələrdə iqtisadi artımı stimullaşdırmalıdır. Bank borcların ödənməsi perspektivlərinə lazımi diqqət yetirməlidir: hər bir borcun qaytarılması hökumət tərəfindən təmin edilməlidir. Borcların istifadə edilməsi konkret hər hansı üzv-ölkədə alma ilə məhdudlaşdırıla bilməz: borcların verilməsi haqda bankın qərarı yalnız iqtisadi mülahizələrə əsaslanmalıdır.
Beynəlxalq inkişaf assosiasiyası (BİA, uyğun olaraq ing. — İDA) 1056-cı ildə yaradılmışdır, faizsiz kreditlər verməklə nisbətən geridə qalmış ölkələrdə inkişafa kömək edir. BİA-nın kreditləri, hansı ki, yalnız hökumətlərə verilir, faizlər əlavə edilmədən on ildən əlli ilə qədər uzadılma vaxtına malikdir. Dünya ölkələrinin təxminən altmışı təşkilatın fəaliyyət dairəsindədir.
Beynəlxalq maliyyə korporasiyası (BMK, uyğun olaraq ing. — İFC) 1956-cı ildə yaradılmışdır, daha az inkişaf etmiş ölkələrin iqtisadi inkişafına yardım edir, borclar vasitəsilə xüsusi sektorun artımına onların iqtisadiyyatına və qanuna uyğun maliyyələşdirilməsinə, həmçinin konsultasiya edilməsinə və bu məqsəd üçün milli və xarici kapitalın səfərbər olunmasına kömək edir. BMK ya üzv-ölkələr mütləq BYİB-ə üzv olmalıdırlar. Hüquqi və iqtisadi nöqteyi-nəzərdən BMK və BYİB ayrı-ayrı təşkilatlardır. BMK-nın öz personalı var, lakin inzibati və digər suallarla Banka müraciət edir.
İnvestisiyaların təminatı üzrə çoxtərəfli agentlik (uyğun olaraq ing. — MİGA) ticarətə aid olmayan riskin təminatını saxlayır və xarici kapitalın inkişaf etməkdə olan ölkələrə cəlb edilməsinə kömək edir.
İnvestisiya mübahisələrinin tənzimlənməsi Beynəlxalq mərkəzi (uyğun olaraq ing. — İCSİD) xarici investisiyanın arbitraj və razılaşma üsulu vasitəsilə inkişaf etməkdə olan ölkələrə daxil olmasına kömək edir.

BMT-nin elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı


YUNESKO-nun (UNESCO -ixt. United Nations Educational Scientific and Cultural Orqanisation) fəaliyyəti bütün dünyada praktik olaraq təhsil standartlarının yüksəldilməsi layihələrinə, biliklərin mübadiləsinə, elm, təhsil və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığa kömək etməyə yönəldilmişdir. Təşkilat bütün dünyada miqyasların genişləndirilməsinə və kütləvi informasiya vasitələrinin keyfiyyətinin yüksəldilməsinə, elmi tədqiqatlar və əməkdaşlıq vasitəsilə daha yaxşı həyat səviyyəsinin təmin edilməsinə səy göstərir. Qərargah və katiblik Parisdə yerləşir. Təşkilata bütün üzv-dövlətlərin nümayəndələrindən ibarət və iki ildə bir dəfə keçirilən Baş konfrans və əlli bir nümayəndədən ibarət ən azı üç ildə bir dəfə çağırılan İcraiyyə şurası rəhbərlik edir. Milli komissiyalar üzv-dövlətlərin çoxluğunun təsiri ilə YUNESKO-nun fəaliyyət sahəsini genişləndirirlər. YUNESKO-nun filialları Nyu-Yorkda, Havanada, regional maarifləndirici mərkəzləri — Nayrobidə, Montevideoda, Qahirədə, Dehlidə və Cakartada yerləşir.

BMT-nin inkişaf proqramı


BMTİP (uyğun olaraq ing. — UNDP) 1 yanvar 1986-cı ildən BMT-nin ixtisaslaşdırılmış idarəsi statusunu almışdır. Proqram BMT-nin Xüsusi fondunun və inkişaf etməkdə olan ölkələrə texniki kömək və konsultasiya verən kompleks texniki yardım Proqramının əlaqələndirilməsini təşkil edir. BMT-yə üzv-ölkənin ianə verməsini Proqramın fondu tərtib edir. Hökumətlərlə birlikdə qabaqcadan kapital qoymanın yüksək prioritet proqramını həyata keçirir; ekspertlər və məsləhətçilər, həm də xüsusi avadanlıqlar verir; müqavilə xidmətləri, xaricdə təcrübə keçmək üçün təqaüd verir. Yardım iqtisadi faydalılığın analizlərini aparmaq üçün, metodik-tədqiqat
institutlarının fəaliyyətinin təşkilinin və genişləndirilməsinin, təhsil və ixtisası artırmaq üçün şəraitin yaradılması, həmçinin digər az əhəmiyyəti olmayan vacib sahələrdə inzibati və institut bazalarının təkmilləşdirilməsi, inkişafı və işi üçün, kənd təsərrüfatında və sənayedə istehsalatın yüksəldilməsi üzrə layihələrə kömək etmək üçün verilir.
BMTİP-nin rəhbərliyini EKOSOS tərəfindən seçilən, qırx səkkiz üzvdən ibarət İcraiyyə şurası həyata keçirir. İnkişaf proqramının, kredit alan təqribən yüz ölkədə rezident-nümayəndəliyi var. Qərargahı Nyu-Yorkda yerləşir.

Ümumdünya poçt ittifaqı


ÜPİ (uyğun olaraq ing. — UPU) bütün dünyada poçt xidmətlərinin saxlanmasına və inkişafına cavabdehlik daşıyır. Qərargahı Berndə yerləşir, ona Ümumdünya poçt konqresi rəhbərlik edir. Konqres bütün üzv-dövlətlərin nümayəndələrindən ibarətdir, beş ildən bir çağırılır və daimi İcraiyyə şurasını seçir. Şuraya ərazi mənsubiyyətinə görə Konqres tərəfindən seçilən qırx bir nümayəndə daxildir, sessiya hər il keçirilir.

Ümumdünya səhiyyə təşkilatı


ÜST-nin (uyğun olaraq ing. — WHO) məqsədi bütün dünyada əsasən fiziki, həm də əqli və sosial sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasıdır. Təşkilat üzləşdiyi problemlərin miqyasını və müxtəliftərəfliliyini nəzərə alaraq, ÜST-nin Aleksandriyada, Brappavildə, Kopenhagendə, Dehlidə, Manilada və Vaşinqtonda regional nümayəndəlikləri, həmçinin elmin müxtəlif sahələrində ekspertlər komitəsi vardır. Təşkilatın qərargahı və katibliyi Cenevrədə yerləşir. Təşkilatın işinə üzv-dövlətlərdən ibarət, hər il çağırılan Ümumdünya səhiyyə assambleyası rəhbərlik edir. İcraiyyə şurası Assambleya tərəfindən seçilmiş otuz bir nümayəndədən ibarətdir.

Ümumdünya əqli mülkiyyət təşkilatı


1974-cü ildə ixtisaslaşdırılmış təşkilat statusunu alan ÜƏMT (uyğun olaraq ing. — WİPO) beynəlxalq əməkdaşlığa istinad edərək əqli mülkiyyətin mühafizəsinə cavabdehdir. Təşkilat əqli mülkiyyətinə ixtira etmə, ticarət nişanı, layihələr və müəlliflik hüquqları aiddir. ÜƏMT özünə qoşulmuş məlum konvensiyanın iştirakçı-dövlətlər qrupu, müxtəlif «ittifaqlar» tərəfindən idarə olunur, nümunə üçün müəllif hüquqları üzrə Bern konvensiyası. ÜƏMT-nin fəaliyyətinin və vəsaitinin xeyli hissəsi texnologiyalara vermək aksenti ilə inkişaf etməkdə olan ölkələrə yardım üçün təyin edilir. Təşkilatın qərargahı gündəlik işgüzar görüşlər keçirilən, həmçinin təşkilata üzv-dövlətlərin iştirakı ilə gələn ilin büdcəsi və fəaliyyət planı müəyyənləşdirilən illik konfranslar keçirilən Cenevrədə yerləşir. Konfrans adətən Baş assambleya və Bern yaxud Paris «ittifaq»ının iştirakçıları olan ölkələrlə birlikdə keçirilir.

Ümumdünya meteoroloji təşkilat


ÜMT (uyğun olaraq ing. — VMO) beynəlxalq meteoroloji xidmətlərin yaxşılaşdırılmasına, standartlaşma və meteoroloji məlumatların mübadiləsinə, meteoroloji stansiyaların beynəlxalq şəbəkəsinin yaradılmasına kömək edir. Təşkilat tədqiqatların aparılmasına, mütəxəssislərin ixtisaslarının yüksəldilməsinə kömək edir, gələcəkdə meteoroloji biliklərin gəmiçilikdə tətbiqinin mümkünlüyünü, kənd təsərrüfatında və insanın fəaliyyət göstərdiyi başqa sahələrdə su sərfiyyatını öyrənir. Təşkilatın qərargahı və katibliyi Cenevrədə yerləşir. ÜMT-nin fəaliyyətinə üzv-dövlətlərin meteoroloji xidmət başçılarından ibarət olan, dörd ildən bir çağırılan Ümumdünya meteoroloji konqresi, eyni zamanda iyirmi doqquz nümayəndədən ibarət olan, hər il çağırılan İcraiyyə komitəsi rəhbərlik edir.

Köməkçi təşkilatlar


Birləşmiş Millətlər Təşkilatının təşəkkül tapması üçün Baş Assambleya əlavə funksiyaların yerinə yetirilməsi məqsədilə bir neçə əlavə təşkilatlar yaratdı. Həmin təşkilatlar struktur və fəaliyyət sahəsi üzrə fərqlidirlər, lakin hamısı Baş assambleyaya tabe olurlar.

İnsan hüququ


İnsan hüququna beynəlxalq dəstək müxtəlif formalarda artıq çoxdan bəri mövcuddur. Proses millətlər Liqası Konvensiyasının qəbul edilməsindən və 1919-cu ildə Beynəlxalq əmək təşkilatının yaradılmasından sonra təkan aldı. Lakin beynəlxalq münasibətlərdə insan hüququnun müəyyən edilməsi amili 10 dekabr 1948-ci ildə Baş assambleya tərəfindən qəbul edilən insan haqları Deklarasiyasından sonra başladı. Assambleya Təşkilata üzv-dövlətlərdən Deklarasiyanın mətnini nəşr etməyi və "ölkənin siyasi statusuna yaxud ərazisinə sərhəd qoymadan əsasən məktəblərdə və başqa təhsil müəssisələrində yaymaq, oxumaq və təfsilatı ilə izah etməyi" tələb etdi.
Deklarasiyada əsasən göstərilən iki beynəlxalq sənəd hazırlanmışdır:
3 yanvar 1976-cı ildən qüvvəyə minən və səksən dörd səhifədən ibarət iqtisadi, sosial və mədəni hüquqlar üzrə Beynəlxalq konvensiya və 23 mart 1976-cı ildə qüvvəyə minən mülki və siyasi hüquqlar üzrə Beynəlxalq müqavilə və Əlavə protokol. Səksən bir dövlət Müqaviləni təsdiq etdi, otuz bir dövlət də Əlavə protokolu qəbul etdi.
Nizamnamənin 62-ci maddəsinə müvafiq olaraq İqtisadi və sosial şura «bütün ölkələrə insan hüquqlarına və əsas azadlıqlarına riayət edilməsinə hörmətin yüksəldilməsi məqsədilə məsləhətlər verməyə» borcludur. Həmin məsələlər İkinci (Sosial) komitənin tabeçiliyində olan kompetensiyasındadır. Şura həm də insan hüquqları üzrə Komissiyanı və qadın hüquqları üzrə Komissiyanı təsdiq etdi.
İnsan hüquqları üzrə komissiya insan hüquqları ilə bağlı hər hansı məsələ üzrə təxminən altı həftədən bir çağırılır. Komissiya Təşkilatın qırx üç üzv-dövlətlərinin nümayəndələrindən ibarətdir. Köməkçi orqanlara diskriminasiyanın qarşısını almaq və azlığın müdafiəsi üzrə Yardımçı komissiya və müxtəlif işçi qruplar aiddir.
Qadın hüquqları üzrə Komissiyaya Birləşmiş Millətlər Təşkilatının otuz iki üzv-dövlətinin nümayəndələri daxildir. Sessiya iki ildən bir keçirilir və üç həftə davam edir. Komissiyanın əsas tapşırığı qətnamə və qərarların layihələrini hazırlayıb baxılmaq üçün İqtisadi və sosial şuraya təqdim etməkdir. Baş assambleya 18 dekabr 1979-cu ildə qadınların bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında Konvensiya qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci ildə qüvvəyə mindi. Komissiya həm də iyirmi üç üzvdən ibarət və hesabatları Baş assambleyaya təqdim etmək üçün, qadınların ayrı-seçkiliyinin aradan qaldırılması üzrə Komitəni təsis edir.
İnsan hüquqları üzrə Komitə 1977-ci ildə mülki və siyasi hüquqlar üzrə Beynəlxalq müqaviləyə müvafiq olaraq, Təşkilata üzv-ölkələrdə insan hüquqlarına riayət edilməsi sahəsində tərəqqini müşahidə etmək məqsədilə yaradılmışdır. Nümayəndələrin insan hüquqları sahəsində on səkkiz yüksək əxlaqi və yüksək səlahiyyətli Komitədən ibarətdir. Onlar öz həmvətənləri arasında Konvensiyanı qəbul etmiş dövlətlər tərəfindən dörd illik müddətə seçilir. Komitə Təşkilata üzv-dövlətlərdən və Əlavə protokolu imzalayan dövlətlərdən fərdi qaydada şikayətləri qəbul edə bilər. Komitə hər il sessiya keçirir və məruzələri Baş assambleyaya təqdim edir.
Birləşmiş Millətlər Təşkilatı BMT-nin insan hüquqları üzrə ali komissarının rəhbərlik etdiyi qurumun insan hüquqlarına riayət etməsi fəaliyyətinə daima xüsusi diqqət yetirir. Bundan əlavə Baş assambleyanın və müvafiq köməkçi qurumların müəyyən etdiyi nizamnamələrin formal haşiyələrində aparteid və irqi diskriminasiyanın müxtəlif formaları, işçi qüvvənin işgəncəsi və miqrasiyası, həmçinin ayrı-ayrı dövlətlərdə baş verən hadisələr kimi təxirəsalınmaz məsələlər üzrə deklarasiyalar və qətnamələr qəbul edilir.

Beynəlxalq Hüquq Komissiyası


BHK (uyğun olaraq ing. İLC) 1947-ci ilin noyabrında BMT-nin Baş assambleyasının qətnaməsi ilə təsdiq edilmişdir. Komissiya Baş assambleya tərəfindən beş illiyinə seçilmiş otuz dörd görkəmli beynəlxalq hüquqşünasdan ibarətdir və «beynəlxalq hüququn mütərəqqi inkişafına və onun kodifikasiyasına» kömək edir. Komissiyanın üzvləri hökumətlərin nümayəndələri deyillər, lakin şəxsi peşəkarlıq keyfiyyətlərinə görə seçilirlər və ekspertlərin rolunu yerinə yetirirlər.

Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq tədris və elmi-tədqiqat institutu


Qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə Beynəlxalq tədris və elmi-tədqiqat institutu (uyğun olaraq ing. İNSTRAW) 1985-ci ildə Baş assambleya tərəfindən yaradılmışdır. Həmin təşkilat tədqiqatların, təhsilin, toplanışların və məlumat mübadiləsinin vasitəçisidir, hökumətlərarası, hökumət və qeyri-hökumət təşkilatlarının inkişaf prosesinə qadınların iştirakçı qismində və benefisiar kimi cəlb olunmasına yönəldilmiş fəaliyyətlərini stimullaşdırır və yardımla təmin edir. İnstitutun fəaliyyəti könüllü ianələrdən maliyyələşdirilir. İnstitutun özü Santo-Dominqoda (Dominikan Respublikası) yerləşir.

Başqa konsultativ orqanlar


Bəzən Baş assambleya tərəfindən müəyyən məqsədlərə nail olmaq üçün yaradılan xüsusiləşdirilmiş müəssisələr arasında yuxarıda adları çəkilən müəssisələr daimi yaxud demək olar ki, daimi xarakter almışdılar, halbuki Baş assambleyanın tabeçiliyində olan başqaları hələ belə status almamışdılar. Sırf təşkilati və inzibati funksiyalarla vəzifələndirilmiş həmin təşkilatlar siyasi məsələlərlə, dekolonizasiya və hamilik, hüquq, elm və təhsil, sülhün və təhlükəsizliyin saxlanması məsələləri ilə məşğul olurlar. Bunlardan:
Koreyanın unifikasiyası və yenidən qurulması Komissiyası
Kosmosun sülh məqsədləri üçün istifadə edilməsi
Fələstində barışıq Komissiyası
Radiasiyanın təsiri üzrə Komissiya
Birbaşa peyk verilişləri üzrə İşçi qrup
BMT-nin Universiteti (Tokio)
Ərzaq üzrə ümumdünya şurası

Tərksilah üzrə Konfrans və tərksilah üzrə Komissiya


Tərksilah üzrə Konfrans 1959-cu ildə ABŞ, SSRİ, Fransa və Böyük Britaniya arasında bağlanan müqavilə ilə fəaliyyətə başlayır, adları çəkilən dörd ölkənin Bolqarıstanın, Kanadanın Çexoslovakiyanın və Rumıniyanın vəzifələndirildiyi on millətin tərksilah məsələləri üzrə təsis edilmiş Komitəsi.

Tərksilah üzrə Konfrans və tərksilah üzrə Komissiya


Tərksilah üzrə konfrans öz başlanğıcını ABŞ, SSRİ, Fransa və Böyük Britaniya arasında 1959-cu ildə bağlanmış müqavilədən götürülür: bu müqavilə yuxarıda göstərilən dörd dövlətlə yanaşı Bolqarıstanı, Kanadanı, Çexoslovakiyanı, İtaliyanı, Polşanı və Rumıniyanı birləşdirən tərksilah məsələləri üzrə on millətin Komitəsini təsis edir.
Təşkilat 1961-ci ildə on səkkiz millətin tərksilah üzrə Komitəsi, 1969-cu ildə üzvlərinin sayı iyirmi altıya çatdıqda isə — tərksilah üzrə Komitənin Konfransı adlandırıldı (uyğun olaraq ing.-CCD). 1978-ci ildə BMT-nin tərksilah üzrə birinci Xüsusi sessiyasında (uyğun olaraq ing — UNSSD) üzvlərin sayı qırxa qədər artdı və onun əvvəlki tərksilah üzrə Komitə adı qaytarıldı (uyğun olaraq ing. -CD). 1984-cü ildə qurumun adını yenidən tərksilah üzrə Konfrans ilə əvəz etdilər. Konfrans fevraldan aprelə qədər və iyundan avqusta qədər ildə iki dəfə Cenevrədə keçirilir. Bu tərksilah sahəsində çoxtərəfli danışıqlar üzrə yeganə beynəlxalq təşkilatdır.
BMT-nin tərksilah üzrə komissiyası (uyğun olaraq ing. — UNDC ), əksinə, məsləhətçi orqandır. O, ilk dəfə 1952-ci ildə Təhlükəsizlik şurası tərəfindən yaradıldı və onun tərkibinə on bir dövlət daxil oldu, sonra 1957-ci ildə üzvlərin sayı iyirmi beşə qədər artdı, bir il sonra isə Birləşmiş Millətlər Təşkilatının bütün üzv-dövlətləri şuraya daxil oldular. BMT-nin tərksilah üzrə Komissiyası 1965-ci ildən 1979-cu ilə qədər çağırılmamışdır, amma fəaliyyətinin yeniləşdirilməsindən sonra tərksilah üzrə birinci Xüsusi sessiyanın ardınca hər il Nyu-Yorkda müstəqil sessiyaları keçirilir.

BMT uşaq fondu


YUNİSEF (UNİCEF — United Nations Childrens-dan ixtisarla. — Red.qeydi) bütün dünya uşaqlarının sosial təminatına və yardımına imkan yaradır. Fond səhiyyə, qidalanma, ailə və uşaq firavanlığı, təhsil və sənət öyrətmə sahəsində xüsusi layihələrə dəstək verir; ana və uşaq mərkəzləri üçün lazımi avadanlıqları verir, təlimlərin haqqını ödəyir və xidmət heyətinin maaşlarını verir, epidemiyalar əleyhinə kampaniyalar həyata keçirir; keyfiyyətli məhsulların istehsalına və istehlakına yardım göstərir; inkişaf etməkdə olan ölkələrdə subasmalardan, zəlzələlərdən, quraqlıqlardan və başqa fəlakətlərdən əziyyət çəkən uşaqlar üçün əsas sosial xidmətlərə yardım göstərir. YUNİSEF-in fəaliyyəti EKOCOC-un himayəsi altında həyata keçirilir və hökumətlərin və xüsusi adamların ianələri hesabına maliyyələşdirilir. BMT baş katibi otuz bir üzvdən ibarət olan və hər il çağırılan idarə heyəti ilə məsləhətləşmədən sonra idarə başçısını təyin edir. Fond Nyu-Yorkda BMT katibliyində yerləşir, nümayəndəlikləri Abidcanda, Banqkokda, Boqotda, Kopenhagendə, Katmanduda, Sidneydə və Tokiodadır.

Ticarət və inkişaf üzrə BMT Konfransı


YUNKTAD (UNCTAD United Nations Conference on Trade Development-dən ixtisarla. Red. Qeydi.) ilk dəfə 1964-cü ildə Baş məclisin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələrin maraqları dairəsində beynəlxalq ticarətin yenidən qurulmasının təmin edilməsi məqsədilə keçirilmişdir. Konfrans Baş məclisin xüsusi təşkilatı statusunu almışdır və İqtisadi və sosial şura vasitəsilə məruzələri Baş məclisə təqdim edir. YUNKAD-ın fəaliyyəti əsas xammal növlərinə düzgün və stabil qiymətlərin qoyulmasına, ticarət və inkişaf üçün əlverişli şəraitin yaradılmasına, həmçinin inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrin bazarlarına daxil olmasını təmin etmək üçün yönəldilmişdir. Qərargahı və katibliyi Cenevrədə yerləşir, bunlara üzv-dövlətlər tərəfindən dörd ildən bir çağırılan Konfrans, həm də ticarət və inkişaf üzrə Şura rəhbərlik edir. Şura Konfrans tərəfindən seçilmiş 121 nümayəndədən ibarətdir, və ildə bir dəfə çağırılır. Onun tərkibinə yeddi əsas komitə daxildir: gəmiçilik, istehsal və əmtəə üzrə Komitələr; ticarətdə ödəmə balansının və maliyyələşdirmənin görünməyən mənbələri üzrə Komitə; inkişaf etməkdə olan ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə Komitə; texnologiyaların ötürülməsi üzrə Komitə; preferensiya üzrə Komitə, həmçinin müxtəlif altkomitələr, işçi qruplar və ad hoc ekspert komitələri. YUNKTAD-ın əsas məqsədi inkişaf etməkdə olan ölkələrin həmrəyliyi və əməkdaşlığı preferanslarının və konsepsiyalarının Ümumi sistemini yaratmaqdan ibarətdir.

Ətraf mühit üzrə BMT proqramı


YUNEP (UNEP — United Nations Environment Proqramme-dən ixtisarla) 1973-cü ildə Stokholmda keçirilən ətraf mühit məsələləri üzrə BMT Konfransından sonra yaradılmışdır. Proqramın əsas tapşırıqları ətraf mühitin çirklənməsinin hər hansı təzahürü ilə mübarizə üzrə siyasətin aparılmasından və koordinasiyasından, müvafiq tədqiqatların aparılmasından ibarətdir. Qərargahı və katibliyi Nayrobidə, Banqkokda, Qahirədə, Cenevrədə, Meksikada və Nyu-Yorkda yerləşən büroları qeydiyyatdan keçmişdir.

Əhali üzrə BMT fondu


Əhali üzrə BMT fondu (UNFPA — United Nations Fund fon Population Activities-dən ixtisarla. — Red. qeydi.) 1967-ci ildə yaradılmışdır və BMT-nin inkişaf proqramının müdirinə tabedir. UNFPA-nın fəaliyyəti əhali, həmçinin qadın hüquqları məsələlərində geniş spektri əhatə edir. Fondun mütəxəssisləri əsas diqqəti əhalinin meyllərinə, milli siyasət xadimlərinin rəylərinə və görülmüş işlər barədə müntəzəm olaraq İqtisadi və sosial şuraya təqdim olunan hesabata yönəldirlər. Fond həmçinin 1975 1985-ci illərdə təşkilata üzv-ölkələrdə əhalinin siyahıya alınmasını apardı.

BMT ali komissarının qaçqınların işi üzrə İdarəsi


BMT ali komissarının qaçqınların işi üzrə İdarəsinin (uyğun olaraq ing. — UNHCR) yaranması birinci dünya müharibəsinin nəticələri və beynəlxalq birliyin vəzifə borcu prinsipi əsasında millətlər Liqasının qurulması ilə qaçqınların müdafiəsini təmin etmək və onların problemlərini həll etməklə bağlıdır. İkinci dünya müharibəsindən sonra Liqanın işinin uzadılması məqsədilə BMT 1951-ci ildə BMT ali komissarının qaçqınların işi üzrə İdarəsi ilə əvəz edilən Beynəlxalq qaçqınlar təşkilatını yaratdı. İdarənin tapşırığı — «beynəlxalq müdafiənin təmin edilməsi və qaçqınların problemlərinin həllinin axtarışı». BMT ali komissarının qaçqınların işi üzrə İdarəsinin fəaliyyət qaydası və bu təşkilatın üzvlərinin vəzifə borcları 1951-ci ildən qaçqınların statusu haqqında Konvensiyada və növbəti 1967-ci ildəki Protokolda (126 ölkə birinci sənədi, 118-i isə ikinci sənədi qəbul etdi) müəyyən edilmişdir. Həmin sənədlər «qaçqınlar» terminini müəyyən edir və qaçqınların sosial və hüquqi statusunu təshih edir. Regionlarda müvafiq konkret şəraitlərə uyğun olaraq qərarları və prinsipləri qəbul edirlər, o cümlədən qaçqın problemlərinin səciyyəvi baxışlarını Afrikada 1969-cu ildə yaradılmış Afrika birliyi təşkilatının Konvensiyası və 1984-cü ildə yaradılmış qaçqın məsələləri görə Kartagen deklarasiyası nizamlayır.
Qaçqınların işi üzrə BMT ali komissarı baş katibin tövsiyəsi ilə BMT Baş məclisi tərəfindən seçilir. Baş məclis və EKOSOS strategiyanı hazırlayır, qırx yeddi üzv-dövlətin nümayəndəsindən ibarət və iki altkomitəyə malik İcraiyyə komitəsi onu icra edir.

Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı


YUNİDO (UNİDO — United Nations İndustrial Development Orqanization-dan ixtisarla. — Red. Qeydi.) sənaye inkişafı sahəsində BMT qüvvələrinin koordinasiyası və dəstəyi məqsədilə, həmçinin inkişaf etməkdə olan ölkələrin xeyrinə tədqiqatların aparılması məqsədilə 1966cı ildə Baş məclis tərəfindən yaradılmışdır. Rəhbərlik edən orqan — Sənaye inkişafı üzrə Şura — Baş məclis tərəfindən seçilir və EKOSOS vasitəsilə məruzələri Məclisə təqdim edir. Katiblik Vyanada yerləşir.

BMT tədris və elmi-tədqiqat institutu


YUNİTAR-ın fəaliyyəti (UNİTAR — United Nations İnstitute for Training and Research-dan ixtisarla. — Red. Qeydi.) əmək ehtiyatlarının ixtisaslarının yüksəldilməsi vasitəsilə proseslərin müasirləşdirilməsinə və inkişafına yardım etməyə yönəldilmişdir. İnstitut diplomatiya sahəsində təhsil, beynəlxalq təşkilatların fəaliyyətini, iqtisadi və texniki əməkdaşlığı öyrədir və BMT-nin fəaliyyəti ilə bağlı xüsusilə inkişaf etməkdə olan ölkələrdə BMT-də sonrakı işlər üçün yaxud milli xidmətlərdə birinci dərəcəli mütəxəssislərin hazırlanmasına maddi yardım edir. YUNİTARIN siyasətini qəyyumlar Şurası müəyyən edir. İdarə başçısı və qərargah Nyu-Yorkda yerləşir.

Fələstinli qaçqınlara kömək və işlərinin təşkili üçün BMT-nin yaxın şərq agentliyi


FİTYŞA (uyğun olaraq ing. -UNRVA) Yaxın Şərqdə fələstinli qaçqınlara kömək və dəstək verir, onları daimi yaşayış yeri ilə təmin etməyə çalışır. Agentlik əvvəldən BMT-nin Baş məclisinin ixtisaslaşdırılmış idarəsi kimi təsis edilmişdir. Hökumət və şəxsi mənbələrdən könüllü ianələr hesabına maliyyələşdirilir. Əsas tapşırığı qaçqınları ərzaqla, paltar və mənzillə, təhsil və səhiyyə ilə təmin etməkdir. Agentliyin fəaliyyətinə Konsultativ komitə rəhbərlik edir. Baş sərəncamçı Vyanada qərargahda yerləşir.
Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

0 şərh